Dəhşətli YANĞIN BAŞLADI: FHN helikopter və təyyarələr GÖNDƏRDİ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yardımlı rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən  verilən məlumatda bildirilib ki, iyulun 5-də gecə saat 3 radələrində Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin əhatə etdiyi Yardımlı rayonunun Bərican kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə yanğın hadisəsi baş verib.
Yanğının söndürülməsi üçün əraziyə dərhal ETSN-nin Regional Meşə Təsərrüfatı Mərkəzlərinin və FHN-nin Yanğından Mühafizə Dəstəsinin əməkdaşları cəlb edilib.Yanğın 1 hektar ərazini əhatə edir. Ərazidəki quru ot örtüyü və xırda kollar yanıb.
Hazırda yanğının söndürülməsi üçün operativ tədbirlər görülür, yanğın lokallaşdırılır.
ETSN əhalini meşədə istirahət edərkən məsuliyyətli, odla ehtiyatlı olmağa, xüsusilə havaların isti keçməsi ilə əlaqədar yanğın təhlükəsizliyi normalarına riayət etməyə çağırır. Əks halda baş vermiş yanğın qarşısı alınmaz nəticələrə səbəb olar, meşə örtüyünə ciddi ziyan dəyər.   /Publika.az/