Ca. İyl 18th, 2019

“Yeganə ideal həll yolu…” – İrəvanda Naxçıvan müzakirəsi

Ermənistanın Müdafiə naziri David Tonoyan ATƏT sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Anjej Kasprşiki qəbul edib.

İrəvanda keçirilmiş görüşdə bölgədə baş verən son proseslər müzakirə edilib.

Təmas xəttindəki son vəziyyətin müzakirə edildiyi görüşdə Azərbaycanın Naxçıvan bölgəsi ətrafında yaranmış gərginliyə də toxunulub.

Anjej Kasprşik Dağlıq Qarabağ münaqişəsi üzrə gedən danışıqlarda müzakirə ediləcək məsələlərlə bağlı Tonoyana məlumat verib. O, mövcud gərginlik şəraitində münaqişə üçün yeganə ideal həll yolunun dialoq olduğunu Ermənistan müdafiə nazirinin diqqətinə çatdırıb.   /ednews.net/az