Gün: İyul 6, 2018

Elmar Vəliyevi güllələyən Yunis Səfərov baş verənləri danışdı – TAM VİDEO

Məlum olduğu kimi Yunis Səfərov 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və onu mühafizə edən Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açaraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hər iksinin vəziyyəti ağırdır. Turkustan.İnfo xəbər verir ki, daha sonra Yunis Səfərova […]

Hacı Şahin Həsənli Elmar Vəliyevin güllələnməsi barədə danışdı

Bir qədər əvvəl Baş Prokurorluq, Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Təhlükəsizlik Xidməti (DTX) Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücumla bağlı birgə məlumat yaydı. Məlumatda qeyd olunurdu ki, Rusiya vətəndaşı olan Yunis Səfərovun törətdiyi bu cinayət məqsədyönlü şəkildə həyata keçirilən, əvvəlcədən planlaşdırılmış terror aktıdır Belə ki, o, […]

Yunis Səfərovun Moskvadakı qohumları danışdı:“Yunis hüquqşünasdır, tarix müəllimi işləyib”

Gəncənin icra başçısı Elmar Vəliyev və daha bir polis əməkdaşına sui-qəsddə təqsirləndirilən Yunis Səfərov radikal düşüncəli şəxsdir. Bu barədə APA-nın Moskva müxbirinə Yunis Səfərovun yaxınları məlumat verib. Yaxınlarının dediyinə görə, Y. Səfərov orta təhsilini Moskvadakı Kərim Kərimov adına 157 saylı orta məktəbdə alıb. Onun anası Leyla Səfərova da həmin məktəbdə […]

Elmar Vəliyevi güllələyən şəxs ermənidir? – FOTOFAKT

Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsd edən Yunis Səfərovla bağlı müəyyən informasiyalar yayılır. İcra başçısının qardaşı, respublikanın hərbi prokuroru Xanlar Vəliyev mətbuata açıqlamasında bildirib ki, Yunis Səfərovla anası ermənidirlər və Rusiya xüsusi xidmət orqanlarına çalışırlar. Lakin əldə etdiyimiz sənəd Yunis Səfərovun erməni olmadığl faktını təsdiqləyir. Səfərovun doğum haqqında şəhadətnaməsində onun […]

Qarabağ münaqişəsinin həllində Moskvanın mövqeyi – TƏSDİQLƏNDİ

Rusiya Təhlükəsizlik Şurasının (TŞ) katibi Nikolay Patruşev ermənistanlı həmkarı Armen Qriqoryanla görüşü zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə mərhələli həlli üzrə Moskvanın mövqeyini təsdiqləyib. Turkustan.info bu barədə Rusiya TŞ-nın bəyanatına istinadən məlumat verir. Bəyanatda qeyd olunur ki, Rusiyanın regionda sabitlik tərəfdarı olan və Dağlıq Qarabağ probleminin tərəflərinm maraqları […]

“Bu söyüşlərin bir axırı olmalıydı… “ – Fəzail Ağamalı

Fəzail Ağamalı “Bəzi məmurlar niyə söyüş söyür” sualına cavab verdi Azərbaycanda bəzi dövlət məmurların leksikonunda qeyri-etik ifadələr işlətməsi hallarına rast gəlirik. Mətbuatda, mediada, sosial şəbəkələrdə, internet resurslarında bununla bağlı vaxtaşırı videolar, səs yazıları paylaşılır. Bəzən də bütün bunların nəticəsi olaraq, sonda həmin məmurların xalqın qəzəbinə tuş gəldiyinin, ölkə rəhbərliyi tərəfindən […]

İlham Əliyev 4 fərman, 3 sərəncam imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1193-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il […]

Novruz Məmmədova yeni vəzifə verildi

Bu gün Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib. Dövlət Neft Fondundan  verilən xəbərə görə, iclasda baş nazir Novruz Məmmədov Dövlət Neft Fondunun Müşahidə Şurasının qərarı ilə Müşahidə Şurasının fəaliyyətdə olan sədri seçilib. Bildirilir ki, Dövlət Neft Fondunun 2017-ci il üzrə maliyyə fəaliyyəti haqqında illik hesabat, maliyyə fəaliyyətinin auditinin nəticələri, ARDNF-nin 2017-ci il büdcəsinin icrası və […]

Prezident yeni fond yaratdı

Azərbaycan Prezidenti İlham Əliyev Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması haqqında fərman imzalayıb. Bu barədə Dövlət başçısının rəsmi saytında məlumat verilir.  Fərmana əsasən, fond Diasporla İş üzrə Dövlət Komitəsi nəzdində hüquqi şəxs statusuna malikdir. Prezident İlham Əliyev həmçinin fondun nizamnaməsini də təsdiq edib. Sənədə əsasən, nizamnamənin təsdiqi və […]

“Elmar Vəliyevə sui-qəsd edənin anası ermənidi xüsusi xidmət orqanlarında çalışır”- Hərbi prokror Xanlar Vəliyev

Gəncə Şəhər İcra Hakimiyyətinin sui-qəsdə məruz qalan başçısı Elmar Vəliyevin dünən gecə saatlarında İsrailə aparılması ilə bağlı məlumat yayılıb. Yayılan xəbərdə onun müalicə reabilitasiya məqsədi ilə İsrailə aparıldığı qeyd edilib. Turkustan.info bildirir ki, Bizimyol.info əməkdaşı yayılan xəbərlə bağlı, eyni zamanda Elmar Vəliyevin məsələsinin ölkə gündəmini zəbt etdiyini nəzərə alaraq icra başçısının […]

Şevçenkodan Nikola: 7 rayon şərtsiz qaytarılmalıdır – Video

Ermənistan Azərbaycanın işğal edilmiş torpaqlarını geri qaytarmalıdır. Turkustan.info xəbər verir ki, bu sözləri rusiyalı jurnalist Maksim Şevçenko öz Yutub səhifəsində paylaşıb. “Aleksandr Duqin bir müddət əvvəl məni Azərbaycana və Fizuli rayonuna getməyə dəvət etdi. Erməni oxucular məni qınıyaraq deyirlər ki, guya mən satılmışam, Abşeron manqurtuyam, Bakıdan pul almışam. Sizi əmin edirəm […]

Elmar Vəliyevi güllələyən Yunis Səfərov danışdı: “Hadisəni mən törətmişəm…” – VİDEO

“Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısında baş vermiş hadisəni mən törətmişəm. Hazırda saxlanılmışam və istintaq gedir”. Turkustan.info xəbər verir ki, bunu “Xəzər Xəbər”ə açıqlamasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açaraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirmiş Yunis Səfərov […]

Qızı zorladı, dostunu susdurmaq üçün öldürdü

Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmaz rayon sakini Ehtiram Hidayətovun (1973-cü il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı başlayıb. Turkustan.info-nun məlumatına görə, bu il fevralın 4-də Xaçmaz rayonunun Çarxı kəndində yaşayan Ehtiram Hidayətov münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə həmkəndlisi Əfqan Cəfərova (1973-cü il […]

Verilişində Xoşqədəmin adını eşidən Zaur özünü saxlaya bilmədi – VİDEO

Aparıcı Zaur Baxşəliyev “Bizimləsən” proqramının mövsüm finalında iki gənci evləndirib. Turkustan.info xəbər verir ki, qonaqlar arasında şair Nazilə Səfərli də olub. Verilişə gələn digər aparıcı İlham Mirzəyev gəncləri təbrik edib. “Allah onları xoşbəxt və Xoşqədəm etsin”, – deyə gənclərə təbrik ünvanlayan İlhamın sözləri studiyada gülüşə səbəb olub. Belə ki, Xoşqədəm adını eşidən Zaur və Nazilə gülməyə başlayıb.  […]

“Vətəndaşlarla dövlət orqanlarının həmrəyliyi alqışa layiqdir”

“İnsanlar bir-birilərinə dəstək verdikləri zamanda müxalifət məkrli işlərlə məşğuldur” Azərbaycanda dövlətlə xalq öz birliyini ən ekstremal vəziyyətə belə itirmir. İyulun 2-si və 3-də qəfil enerji kəsintisi zamanı bu bir daha öz təsdiqini tapdı. Diqqətçəkən məqam odur ki, insanlar təşvişə düşmədən vəziyyəti anlayışla qarşıladılar. Eyni zamanda adi insanlar aidiyyəti dövlət orqanlarına […]

Beynəlxalq Türk Akademiyasının nümayəndələri Aşıq Şəmşir Muzeyində olublar – FOTOLAR

Bakıda səfərdə olan Beynəlxalq Türk Akademiyasının katibliyinin rəhbəri Asqat Keşikbay və qurumun əməkdaşı Füzuli Məcildi Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyində olublar. Turkustan.info xəbər verir ki, görüşdə İB-in sədr müavini Həbib Misirov XX əsr Azərbaycan aşıq sənətinin ustadı, Türk dünyasının klassik aşığı Dədə Şəmşirin həyat yolu, yaradıcılığı haqqında qonaqlara ətraflı […]

İstək liseyi fəaliyyətini dayandırdı

Ötən gün “İstək” liseyinin təsisçisi bu təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə bağlı qərarın qəbul edilməsi barədə Təhsil Nazirliyinə müraciət edib. Nazirlikdən verilən məlumata görə, müraciətdə “İstək” liseyində çalışan pedaqoji heyətin digər təhsil müəssisələrində işlə təmin edilməsi və şagirdlərin təhsillərinin digər ümumi təhsil müəssisələrində davam etdirməsinə köməklik göstərilməsi məsələləri əksini tapıb. […]

3 nəfər həbs olundu – Elmar Vəliyevə sui-qəsdin izləri İrana apardı – RƏSMİ AÇIQLAMA

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətləri Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin güllələnməsi hadisəsi barədə növbəti dəfə birgə məlumat yayıb. Turkustan.info-nun xəbərinə görə, məlumatda xatırladılıb ki, 2018-ci il iyul ayının 3-də Gəncə şəhərində anadan olmuş Yunis Səfərov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə […]

“Nəsimi dünyası” adlı ustad Nəsimiyə həsr olunmuş gecə böyük maraqla və alqışlarla qarşılandı

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin, Beynəlxalq Muğam Mərkəzinin və Nəsimi sevdalısı iş adamı Tahir Gözəlin dəstəyilə böyük şairimiz, ustad İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş möhtəşəm “Nəsimi dünyası” adlı gecə keçirilib. Azərbaycanın tanınmış ictimai xadimlərinin, alimlərin, ziyalıların, QHT və KİV rəhbərlərinin, bir sözlə Nəsimi sevərlərin […]

Azərbaycanda günəş və küləkdən enerji almağa 60 milyon manat yatırılıb – Bəs NƏTİCƏ varmı?

Bu vaxtadək dövlət tərəfindən Azərbaycandakı günəş və külək elektrik stansiyası üzrə layihələrə 60 milyon manatdan çox vəsait qoyulub. Turkustan.info AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) sədr müavini Cəmil Məlikov deyib. O qeyd edib ki, indiyədək dövlət tərəfindən 56 milyon […]

Məmur iş başında öldü – Azərbaycanda

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin vəzifəli əməkdaşı iş vaxtı dünyasını dəyişib. Turkustan.info Femida.az-a istinadən xəbər verir ki, Agentliyin Avtomobil yollarının istismarı və təmiri idarəsinin regional və yerli əhəmiyyətli avtomobil yollarının istismarı və təmiri şöbəsinin rəis müavini Yusif Babayev 70 yaşında vəfat edib. Onun ürəktutmasından öldüyü deyilir.

Astana – Türk dünyasının və xeyir işlərin astanası

Aida Eyvazlı  …Bu gün 20 yaşı tamam olur.  Bəzəyi-düzəyi, gözəliyi göz oxşayır. Görənləri heyran qoyur. Bu kiçik yaşıyla Meqapolisin ən gözəl şəhərinə çevrilib. 1996-cı ilə qədər hələ Akmola kimi tanınan, 1999-cu ildə UNESKO-nun “Sülh şəhəri” adlandırılan Astana… 1998-ci ildə şəhər statusu alarkən, bu tarixi qeyd etməyə gələnlər arasında Azərbaycan ovaxtkı […]

Güllə yarası alan polis dünyasını dəyişdi

Güllə yarası alan polis dünyasını dəyişdi. İyunun 30-da Bakıda özünü güllələyən polis əməkdaşı xəstəxanada dünyasını dəyişib. Turkustan.info-nun Trend-ə istinadən məlumatına görə, polis leytenantı Rüfət İsmayılov iyulun 4-də axşam saatlarında müalicə olunduğu Baku Medical Plazada dünyasını dəyişib. Mərhumun meyiti artıq ailəsinə təhvil verilib. Xatırladaq ki, Nəsimi rayon Polis İdarəsinin əməkdaşı olan […]

Başçını niyə vurdular: Azərbaycanı dini motivlərlə çalxalamaq istəyirlər? – SOS!

İcra başçısına atəş açan şəxsin həyat yoldaşı olduğu iddia edilən qadının vasitəsi ilə səsləndirilən iddialar təkzib olunur; Siyavuş Novruzov: “Elmar Vəliyevə qarşı sui-qəsddə dini amildən söhbət gedə bilməz; İmam Hüseynə münasibət pis idisə, İmamzada ən yüksək səviyyədə bərpa olunub vətəndaşlarımızın ixtiyarına verilməzdi”; Kənan Rövşənoğlu: “Bu hadisəni dindar törətsə belə, motiv […]

Dünya çempionumuz ermənini belə məğlub etdi – VİDEO

Xorvatiyanın paytaxtı Zaqrebdə yeniyetmə güləşçilərin dünya çempionatı davam edir. Turkustan.info xəbər verir ki, artıq oğlanlarda sərbəst güləş yarışları başa çatıb. Millimiz bu yarışdan iki qızıl və bir bürünc medal qazanıb. Əlihəsən Əmirli (48 kq) və Turan Bayramov (65 kq) qızıl, Əbülfəz Nəsirov (55 kq) isə bürünc medala layiq görülüb. Bunlardan dünya çempionumuz Turan Bayramovun yolu 1/4 finalda […]

İlham Əliyev və Paşinyanın… – Erməni ekspertdən Qarabağla bağlı QORXUNC XƏBƏRDARLIQ

“Dağlıq Qarabağda müharibə və ya, ən azından vəziyyətin kəskinləşməsi qaçılmazdır”. Bu haqda erməni ekspert Anna Mkrtçyan bildirib. Onun sözlərinə görə, danışıqların xeyli vaxt ərzində aparılmaması və tərəflərin mövqelərinin sərtləşməsi belə pessimist proqnozlar üçün əsas kimi xidmət göstərir. Ekspert qeyd edir ki, Dağlıq Qarabağ üzrə yüksək səviyyədə danışıqlarda daxili siyasət hadisələrinə […]

Borclu ölərsə, krediti zamin ödəməlidir – QƏRAR

Ötən gün Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilib.  Turkustan.info xəbər verir ki, iclasda Mülki Məcəllənin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb. Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim S.Salmanovanın məruzəsini, […]

Nazirlik Yunis Səfərovun necə xəsarət aldığını açıqladı

“Gəncədə ağır cinayət törədən Yunis Səfərov tutulduqdan sonra heç bir işgəncəyə məruz qalmayıb”. Turkustan.info xəbər verir ki, bunu APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib: “O ki, qaldı onun sosial şəbəkələrdə yayılmış fotosuna, bəli, Yunis Səfərov cinayəti törətdikdən sonra həmin ərazidə xidmətdə olan polis əməkdaşları onun tutulması üçün […]

Elmar Vəliyev İsrailə aparıldı – SON DƏQİQƏ

Gəncə şəhər icra hakimiyyətinin sui-qəsdə məruz qalan başçısı Elmar Vəliyev dünən gecə saatlarında İsrailə aparılıb. Turkustan.info xəbər verir ki, bu barədə Gununsesi.info-ya icra başçısına yaxın mənbələrdən informasiya verilib. Məlumatda qeyd olunur ki, əməliyyatdan sonrakı prosedurların İsraildə həyata keçrilməsi məsləhət olunub. Buna görə də xüsusi həkim nəzarəti altında elmar Vəliyevi bu […]

Prezidentin kürəkənini güllələdilər

Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin kürəkəni Mindia Qoqoçuriyaya qarşı silahlı hücum törədilib. Turkustan.info Gürcüstan mediasına istinadən xəbər verir ki, hadisə ötən gün baş verib. Mindia Qoqoçuriya güllə yarasıyla xəstəxanaya yerləşdirilib, onun üzərində əməliyyat aparılıb. Gürcüstan Daxili İşlər Nazirliyi cinayət işinin araşdırılmasına başlayıb.  Mindia Qoqoçuri prezident Georgi Marqvelaşvilinin birinci arvadından olan qızı Maşo […]

Rusiyada fövqəladə vəziyyət elan edildi – SƏBƏB?

Rusiyanın Kabarda-Balkar respublikasında çayların daşma təhlükəsi ilə əlaqədar fövqəladə vəziyyət elan edilib. Turkustan.info-nun məlumatına görə, bölgədə yağan aramsız yağış nəticəsində Baksan çayının hövzədən çıxması təhlükəsi mövcuddur. Bildirilir ki, daşan sel suları Elbrus dağlarının ətəklərində isə federal yolların 12 sahəsini, eləcə də 2 körpünü dağıdıb. Qeyd olunur ki, fövqəladə vəziyyət bütün […]

Mariya Zaxarova Rusiyanın Azərbaycana yardımından danışdı

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Mingəçevir şəhərindəki “Azərbaycan” İstilik Elektrik Stansiyasında baş vermiş qəzaya münasibət bildirib. Turkustan.info “Sputnik”ə istinadən xəbər verir ki, o, iyulun 5-də keçirilən ənənəvi brifinq zamanı Rusiyanın Azərbaycana yardımından danışıb. “Azərbaycana elektrik enerjisi tədarükünün bərpa edilməsində Rusiyanın “İnter RAO” şirkətinin əhəmiyyətli yardım göstərdiyini qeyd etmək […]

Bu bitkinin kökü 48 saatda xərçəng qəfəslərini öldürür

Bu bitkinin kökü 48 saatda xərçəng qəfəslərini öldürür.! Teref.info SaqlamHeyat.az-a istinadən Kanada həkimlərinin elmi sübutlarını təqdim edir. İnsanlar dərman bitkiləriylə müalicəyə çox da etibar etmir. Onlar güclü tibbi preparatları istifadə etməyə, müalicənin ən müasir metodikaları keçməyə daha çox meyllidir, hansılar ki, birini müalicə edirlər, amma başqasını şikəst edirlər. Öz həyatını […]

Bu gün Dünya Çempionatının 1/4 finalıdır – TƏQVİM

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında 1/4 final oyunları başlayır.  Turkustan.info xəbər verir ki, 1/4 Dünya Çempionatının 1/4 finalında aşağıdakı millilər oynayacaq: İsveç, İngiltərə, Fransa, Uruqvay, Xorvatiya, Braziliya, Belçika, Rusiya.   İyulun 6-7-də keçiriləcək 1/4 finalda Uruqvay-Fransa, Rusiya-Xorvatiya, Braziliya-Belçika, İsveç-İngiltərə oyunları baş tutacaq. 6 iyul 18:00. Uruqvay – Fransa 22:00. Braziliya – Belçika 7 […]

Türkiyə yeni sistemə keçir – 17 prezident Ankarada olacaq

Türkiyədə yeni sistemə keçid mərasimi keçiriləcək. Turkustan.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Prezident Hökumət Sisteminə keçid mərasimi bazar ertəsi saat 17:00-da Beştəpədə baş tutacaq. Tədbirdə iştirak etmək üçün 17 ölkənin prezidenti, 8 baş nazir Ankaraya yollanacaq.  Ölkə başçısı Rəcəb Tayyib Ərdoğan qonaqlarının şərəfinə axşam yeməyi verəcək.  /BakuPost/

Elmar Vəliyevin qardaşı: “İnsanlar buna sevinir” – ŞOK AÇIQLAMA (Foto)

“Söz tapmıram danışmağa, Elmara güllə atanı “milli qəhrəman” elədilər.  Bunu edənlər ermənidir, Elmara güllə atan da ermənidir. Bunun başqa adı yoxdur. Elmara atılan güllə dövlətə atılıb. İnsanlar isə buna sevinir. Bəzi jurnalistlərin yazdıqlarını oxuyanda adam dəhşətə gəlir”. Turkustan.info bildirir ki, bu sözləri Gununsesi.info-ya eksklüziv açıqlamasında sui-qəsdə məruz qalan Gəncə şəhər icra hakimiyyətinin başçısı […]

Elmar Vəliyevin qardaşı danışdı: “İnsanlar buna sevinir…” – ŞOK AÇIQLAMA (Foto)

“Söz tapmıram danışmağa, Elmara güllə atanı “milli qəhrəman” elədilər.  Bunu edənlər ermənidir, Elmara güllə atan da ermənidir. Bunun başqa adı yoxdur. Elmara atılan güllə dövlətə atılıb. İnsanlar isə buna sevinir. Bəzi jurnalistlərin yazdıqlarını oxuyanda adam dəhşətə gəlir”. Turkustan.info bildirir ki, bu sözləri Gununsesi.info-ya eksklüziv açıqlamasında sui-qəsdə məruz qalan Gəncə şəhər icra hakimiyyətinin […]