Elmar Vəliyevi güllələyən Yunis Səfərov baş verənləri danışdı – TAM VİDEO

Məlum olduğu kimi Yunis Səfərov 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və onu mühafizə edən Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açaraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hər iksinin vəziyyəti ağırdır.
Turkustan.İnfo xəbər verir ki, daha sonra Yunis Səfərova aid olduğu iddia olunan bəzi fotolar yayılıb və hüquq-mühafizə orqanları tərəfindən ona işgəncə verildiyi iddia olunub.
Bu gün isə ilk dəfə olaraq Y. Səfərovun həbs olunandan sonra videosu yayılıb. O, açıqlamasında cinayəti törətdiyini etiraf edir və ona qarşı heç bir işgəncə və ya təzyiq edilmədiyini, bütün hüquqlarının təmin olunduğunu bildirir.
Həmin açıqlamanın tam videogörüntüsünü təqdim edirik:   /Minval.İnfo/