Gün: İyul 7, 2018

Kəmaləddin Heydərov bütün nazirləri geridə qoydu

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin sərəncamı ilə Nazim Məmmədov fövqəladə hallar nazirinə müavin təyin edilib. Turkustan.info xəbər verir ki, bu təyinatdan sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavinlərinin sayı 8 nəfərə çatıb. Bununla da K.Heydərov nazirlər arasında ən çox müavini olan məmura çevrildi. Fövqəladə hallar nazirinin müavinləri bunlardır: Birinci müavin – general-leytenant Rəfael Mirzəyev (2006-cı ildən) ; […]

Gəncənin deputatı Fəzail Ağamalıya cavab verdi: “… kölgə salmasın!”

“Deputat Fəzail Ağamalının dövlət məmuruna qarşı törədilən terror aktına münasibət göstərmək əvəzinə “İcra başçısı xalqın yanında olmalıdır. Onun yanında mühafizəçinin nə işi var?” deyir. Fəzail Ağamalı Elmar Vəliyevin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı işlədiyi son 7 ilə nəzər salsa, Gəncənin yeni tarixini vərəqləsə, məmur-vətəndaş münasibətlərinin necə olduğunu aydın görə bilər”. Turkustan.info […]

Azərbaycanın məşhur siması CANLI YAYIMDA damarlarını doğradı – VİDEO 18+

Feysbuk sosial şəbəkəsinin istifadəçilərinin yazdığına görə, Cəlil Cavanşirin qardaşı yazıçının yaşadığı evə gəlib və qardaşını intihar cəhdindən yayındırıb. Cəlil Cavanşır bildirib ki, sosial şəbəkədəki dostlarına vida nitqi söyləyir. Bundan sonra o, sevgi, həyat, ölkə barədə müxtəlif qarışıq fikirlər söylədikdən sonra damarlarını kəsdiyini nümayiş etdirib. Yazar sosial şəbəkə istifadəçilərinə ünvanını və harada […]

Türkiyədə prezident üsulu ilə bağlı – Fərman

Türkiyədə prezidentlik sistemi ilə bağlı fərman verilib.  Turkustan.info xəbər verir ki, 218-ci maddədəki “Baş nazirlik” sözü “Prezidentlik” olaraq dəyişdirilib. Bundan əlavə, “Nazir” və “Nazirlər Kabineti” sözləri “Prezident” və “Prezident köməkçiləri” sözləri ilə əvəzlənib. Qeyd edək ki, 2019-cu ildə ölkə tam olaraq prezident idarə üsuluna keçəcək və baş nazir postu bunun üçün […]

Əliyevlə Qarabağ danışıqlarını o aparmalıdır – Sərkisyan

Dağlıq Qarabağ konfliktinin güc yolu ilə həll variantları qəbuledilməzdir. Turkustan.info-nun verdiyi məlumata görə, bu barədə Ermənistan prezidenti Armen Sərksiyan İrəvanda “Demokratiya, təhlükəsizlik və xarici siyasət” mövzusunda keçirilən üçüncü gənclər forumunda çıxışı zamanı bildirib. “İstənilən hərbi həll yolu hamı üçün – “Arsax” (işğal altındakı Dağlıq Qarabağ – red.), Ermənistan və Azərbaycan […]

Naxçıvanda 3 hərbçimizin öldüyü qəzanın təfərrüatı

Naxçıvanda hərbçilərin həlak olduğu yol qəzasının təfərrüatları məlum olub Turkustan.info-nun Trend-ə istinadən məlumatına görə, hərbçilərin olduğu avtomobil Günnüt kəndindən qayıdarkən qarşıdan gələn xüsusi təyinatlı avtomobilə yol vermək üçün yolun sağına çəkilib. Avtomobilin ağırlığına tab gətirməyən yol-asfalt örtüyünün zədələnməsi maşının dərəyə aşmasına səbəb olub. Qeyd edək ki, Əlahiddə Ümumqoşun Ordusunun mətbuat […]

Təhsil naziri işdən çıxarıldı – FƏRMAN

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyulun 7-də Məmməd Qəribovun Naxçıvan Muxtar Respublikasının  təhsil naziri vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb. Turkustan.info məlumatına görə, fərmanda deyilir: “Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram: Məmməd Abdulla oğlu Qəribov Naxçıvan Muxtar Respublikasının  təhsil […]

Qanun imzalandı: Hansı ərazilərin adları və necə dəyişib – SİYAHI

Qamışovka, Krasnı Xutor, Çistı Klyuç, Lüksemburq…  Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 6-da bir sıra qəsəbə və kəndlərinin adlarının dəyişdirilməsi haqqında Qanunu imzalayıb. Qanuna əsasən adları dəyişdirilən yaşayış məntəqələri Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı, Samux, Şəmkir və Yevlax rayonlarında yerləşir. Dəyişikliklər […]

Şabrandakı dəvə fermaları hansı məmurundur?

İyulun 3-də Mingəçevir şəhərindəki Azərbaycan İES-də baş vermiş qəzadan sonra “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyevin personası gündəmi zəbt edib. “Azərenerji” sədrinin adı ətrafında açılan müzakirələrdə  onun rəsmi işi, əlaqələri, qeyri-qanuni biznesi, əmlakı təftiş olunur, müxtəlif iddialar səsləndirilir. Məsələn, sosial şəbəkələrdə qeyd olunur ki, Etibar Pirverdiyev Şabran rayonu ərazisində dəvə fermaları […]

Ərdoğanın andiçməsinə Putin gəlməyəcək

Türkiyə prezidentinin andiçmə mərasiminə qatılacaq rusiyalı heyətə ölkənin baş naziri Dmitri Medvedyev başçılıq edəcək.  Turkustan.info-nun xarici mətbuta istinadən xəbərinə görə, bu barədə Rusiya Baş Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.  Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski də andiçmə mərasiminə qatılacağını açıqlayıb.  /Cebhe.info/

Paşinyana Kremldən “oğru” sürprizi: “Kriminal generallar” oyunda

Ermənistanın yeni hakimiyyəti “oğru dünyası”na qarşı qəddar olacağını bildirərək “qanuni oğru”ları həbsxanaya göndərəcəyini bəyan etsə də, kriminal aləmdə İrəvana maraq ölməyib. Turkustan.info xəbər verir ki, baş nazir Nikol Paşinyanı indi daha 2 “sürpriz” gözləyir. Belə ki, Rusiyada həbsdən buraxılan 2 “qanuni oğru” – Ruben Kosayan və Arsen İrəvanski ölkələrinə qayıtmağı düşünürlər.  […]

İDEAL çəkinin hesablanma QAYDASI – BUNU BİLİRDİNİZMİ?

Artıq çəki son illər hər kəsin, xüsusilə də xanımların ən çox mübarizə apardığı məsələlərdəndir. Arıqlamaq üçün ən müxtəlif üsullar olsa da, sağlam arıqlamaq daha düzgündür. Azərbaycan Tibb Universitetinin qidalanma və kommunal gigiyena kafedrasının müdiri İbrahim Əhmədovun dediyinə görə, artıq çəkinin hesablanması üçün bir sıra üsullar var: “Əgər boy 1,70 santimetr, […]

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının Elmi Əsərlər jurnalı yenidən nəşrə başlayır

Mərkəzi Elmi Kitabxana 20 noyabr 2013-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Mətbu nəşrlərin reyestri”nə (3816) və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”na daxil edilmiş İSSN: 2219-5874 AMEA Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər jurnalının çap və […]

Erməni nazir Qarabağ danışıqları barədə: “Bizim tərəfdən heç nə dəyişməyib”

“Ermənistan üçün Qarabağ danışıqlarındakı dinamikliyi saxlamaq vacibdir”. Turkustan.info xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Zoqrab Mnaçakayan bildirib. Onun sözlərinə görə, azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüş yaxın zamanlara planlaşdırılır. Erməni nazir “Şant” telekanalına müsahibəsində öz tərəflərindən heç nəyin dəyişmədiyinə diqqəti çəkib .  Eyni zamanda “Kaspişikin qrupunun genişləndirilməsi və atəşkəs rejiminə […]

Ərdoğan 3 gün sonra Azərbaycana gəlir

“Azərbaycan ilə Türkiyə arasında əlaqələr çox yüksək səviyyədədir və bundan sonra daha da inkişaf edəcək”. Turkustan.info Türkiyə mediasına istinadən xəbər verir ki, bunu prezident Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki qrup toplantısında bildirib. O, qeyd edib ki, ilk xarici səyahətini Azərbaycana və Şimali Kipr Türk Cümhuriyyətinə edəcək: […]

Eldar Əzizovdan Elmar Vəliyevlə bağlı təkzib: “İstintaq gedir”

 Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı həyata keçirilən silahlı terror hadisəsi ilə bağlı bəzi mətbuat orqanlarında Gəncə şəhərinin sabiq icra başçısı, hazırda Bakı şəhəri Səbail Rayon İcra başçısı Eldar Əzizovun adından münasibət yayımlanıb. Müxbirimiz Eldar Əzizovla görüşməyə nail olub və İH-nin binası qarşısında onunla görüşərək,onun adından baş verən […]

Elmar Vəliyev haqqında ən son xəbər – İYULUN SONUNDA…

Sui-qəsdə məruz qalan Gəncə Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin İsrailə aparılmasına dair məlumat vermişdik. Lakin icra başçısının Baş Prokurorun müavini işləyən qardaşı onun ölkədən çıxarılmasını təkzib etməsə də qardaşının İsraildə olmadığını idda edib. Turkustan.info bildirir ki,Gununsesi.info Elmar Vəliyevlə bağlı ən son məlumatları əldə edib. Belə ki, İsraildə dünya səviyyəli həkimlərin […]

Bundan sonra evakuasiyanı polis etməyəcək – Yenilik

Xəbər verdiyimiz kimi, ötən gün prezident İlham Əliyev Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.  Fərmana əsasən Bakı Nəqliyyat Agentliyinin səlahiyyətləri xeyli genişləndirilib.  Yol təhlükəsizlik məsələləri üzrə ekspert Ərşad […]

Prezident yüksək vəzifəli məmurları işdən çıxardı – SON DƏQİQƏ

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədr müavinləri Nazim Məmmədov və Şahin Bağırov vəzifələrindən azad olunublar. Turkustan.info-nun APA-ya istinadən məlumatına görə, prezidentin digər sərəncamları ilə İqbal Babayev və Cavad Qasımov Dövlət Gömrük Komitəsinin sədr müavinləri təyin olunub. Qeyd edək ki, bu təyinata qədər İqbal Babayev Fəaliyyətin Qiymətləndirilməsi […]

Azərbaycanın sabiq baş naziri vəfat etdi

Tanınmış ictimai xadim Fehruz Mustafayev vəfat edib. Turkustan.info Qaynarinfo-ya istinadən xəbər verir ki, o, 85 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Fehruz Mustafayev 1992-ci ilin 4 aprel – 14 may tarixlərində Azərbaycanın baş nazir səlahiyyətlərini icra edib. O, SSRİ dövründə Heydər Əliyev və Brejnev tərəfindən Sosialist Əməyi Qəhrəmanı mükafatına laiq […]

Ermənilərin qətlə yetirdiyi Zəhranın qardaşı doğulub

Ötən il erməni təxribatı nəticəsində həyatını itirən Zəhranın qardaşı dünyaya gəlib. Turkustan.info xəbər verir ki, bu barədə məlumatı “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə paylaşıb. Füzuliyə il mərasiminə gedən K. Ağazadə uşağa Murad adının qoyulduğunu bildirib: “Bu mələk erməni terrorunun qurbanı olan mələk Zəhranın yeni doğulmuş qardaşıdır. Allahın ailəyə nəsib etdiyi […]

“WhatsApp” bu dəfə pul mükafatı paylayacaq – 50 min dollar…

Məşhur sosial platforma olan “WhatsApp” 50 min dollar qədər pul mükafatı paylamağa hazırlaşır. “Facebook”un bazasında yaradılan “WhatsApp” bu dəfə inteqrasiya etdiyi yeniliyi ilə deyil, start verdiyi mükafat proqramı ilə gündəmdədir. 1,5 milyard aktiv istifadəçisi olan mesajlaşma platforması sosial elmlər və yanlış məlumatlarla mübarizə aparmaq üçün bu addımı atıb. Şirkət araşdırmaları […]

Elmar Vəliyevi əməliyyat edən həkimin köməkçisi – “Xəstənin halı tam yaxşı olmayana qədər…”

Xəbər verdiyimiz kimi, Türkiyədəki Bahçeşehir Universitetinin tibb fakültəsinin dekanı, məşhur beyin cərrahı, professor Türker Kılıç iyulun 4-də Gəncəyə dəvət edilib. Türkiyəli cərrah Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsnin sədri Kərəm Həsənov tərəfindən dəvət edilib və xüsusi təyyarə ilə Gəncəyə gətirilib. Türkiyəli həkim elə həmin gün Gəncə şəhər İcra Hakimiyyətinin güllələnmiş […]

Putin Ermənistana qəzəbləndi – Moskvadan sərt qərar

Kreml Paşinyanın kadrlarına da şübhəli baxmağa başladı; “Rus NATO-su”nun məxfi məlumatlarının qərbyönlü təhlükəsizlik katibi Armen Qriqoryanın əlinə keçməməsi tələb edildi; rəsmi İrəvanın izahı kara gəlmir…   Ermənistanın baş naziri Nikol Paşinyanın NATO sammitinin keçiriləcəyi Brüsselə səfərə ciddi şəkildə hazırlaşması haqda bir neçə dəfə yazmışıq. Xəbər verdiyimiz kimi, 4 gün sonra – […]

Yunis Səfərov terrorist çıxdı – Elmar Vəliyev işinin inanılmaz sensasiyaları

Gəncənin İH başçısına sui-qəsdin motivi ilə bağlı rəsmi açıqlama yayıldı; Yunis Səfərov Qum və Suriyada döyüş təlimləri keçib; başçının general qardaşı isə Rusiya izindən danışdı; Səfərov daha öncə də Y.Vəliyevə sui-qəsd cəhdi edibmiş Gəncədə Rusiya vətəndaşı Yunis Səfərovun icra başçısı Elmar Vəliyevə qarşı törətdiyi qanlı aksiyadan 3 gün keçir. Azərbaycanın […]

Bu gün Dünya Çempionatında 1/4 finalın son iki oyunu keçiriləcək

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında 1/4 final oyunları bu gün yekunlaşacaq.  Turkustan.info xəbər verir ki, Dünya Çempionatının bugünkü 1/4 finalında aşağıdakı qarşılaşmalar baş tutacaq: 18:00. İsveç – İngiltərə 22:00. Rusiya – Xorvatiya  Xatırladaq ki, dünən Fransa Uruqvaya, Belçika isə Braziliyaya qalib gələrək yarımfinala çıxıb. Mundialın yarımfinal matçları isə iyulun 10-11-də oynanılacaq. Üçüncü yer uğrunda görüş […]

Enerji təxribatı, yoxsa səriştəsizlik? – Millət vəkili

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Zahid Orucun Axar.az-a müsahibəsini təqdim edirik: – Prezident İlham Əliyevin iyulun 4-də Mingəçevir İES-də baş vermiş yanğından dolayı ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar keçirdiyi müşavirə hansı mesajları verdi? – Mingəçevir İES-in enerji blokunda baş verən qəzanın doğurduğu nəticələrə ölkə başçısı səviyyəsində […]

Polis ölkədə çevriliş etmək istəyən, Elmar Vəliyevə atəş açan şəxsi niyə tutmayıb? – MÜƏMMA

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd törədilməsi cəmiyyətdə çaşqınlıq yaradıb.  Turkustan.info BakuPost.az-a istinadən xəbər verir ki, çaşqınlığa səbəb təkcə ölkənin ikinci şəhərinə rəhbərlik edən, kifayət qədər iri çaplı məmurunun, eyni zamanda Azərbaycanın hərbi prokurorunun qardaşının güllələnməsi faktı deyil. Həmçinin, baş verən hadisənin hansı zəmində törədildiyi ilə bağlı elə […]