Bu gün Dünya Çempionatında 1/4 finalın son iki oyunu keçiriləcək

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında 1/4 final oyunları bu gün yekunlaşacaq. 

Turkustan.info
 xəbər verir ki, Dünya Çempionatının bugünkü 1/4 finalında aşağıdakı qarşılaşmalar baş tutacaq:


18:00. İsveç – İngiltərə

22:00. Rusiya – Xorvatiya 

Xatırladaq ki, dünən Fransa Uruqvaya, Belçika isə Braziliyaya qalib gələrək yarımfinala çıxıb.

Mundialın yarımfinal matçları isə iyulun 10-11-də oynanılacaq. Üçüncü yer uğrunda görüş iyulun 14-də, final qarşılaşması isə iyulun 15-də keçiriləcək.