Gün: İyul 8, 2018

Elektrik böhranı aradan qalxdı, başqa problem yaranıb

Abşeron rayonu ərazisində yeni problem meydana çıxıb. Turkustan.info bildirir ki, rayon sakinlərinin Sputnik Azərbaycan-a verdikləri məlumata görə, gözlənilmədən internet bağlantıları kəsilib. İnterneti kəsilən sakinlərdən Tural Məmmədovun sözlərinə görə, durumla bağlı aydın bir cavab ala bilmirlər: “Mən “Qlobal Networks” provayderinin abunəçisiyəm. Bu dəqiqələrdə qəfildən mənzilimizdə internet bağlantısı kəsildi. Dərhal şirkətlə əlaqə saxladım. […]

Eks deputat gəncəlilərə müraciət etdi: “Gəncəlilər daim…“

“Əziz gəncəlilər, son günlər ərzində sosial şəbəkələrdə Gəncə ilə bağlı təxribat tipli məlumatlar paylaşılır. Tanınmamış cib telefonlarından sms şəklində paylaşımlar edilir və “facebook” messengeri eyni qaydada bu məqsədlərlə istifadə olunur”. Turkustan.info xəbər verir ki, bunu Milli Məclisin Gəncədən seçilmiş sabiq deputatı Aydın Abbasov deyib. Sabiq deputat gəncəlilərə müraciət edib: “Eziz […]

“Danışıqlara qayıdırıq” – İrəvan Qarabağ variantını açıqladı

Rəsmi İrəvan hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli üçün “Madrid prinsipləri” hələ də öz gücünü qoruyur. Turkustan.info teleqraf.com-a istinadən bildirir ki, bunu Ermənistanın Xarici İşlər naziri Zoqrab Mnatsakanyan deyib. Erməni diplomat Ermənistan- Azərbaycan münaqişəsi üzrə gedən proseslərin inkişaf mərhələsində olduğunu iddia edib: “Müzakirələrdə təkamül prosesi gedir. Biz indi […]

Deputat: Deyəsən, təpiyin vaxtı çatıb

Atəşkəs çox kövrəkdir və hər an genişmiqyaslı müharibəyə çevrilə bilər. Turkustan.info xəbər verir ki, bunu millət vəkili Bəxtiyar Sadıqov deyib. O, qeyd edib ki, atəşkəsi isə işğalçı Ermənistan, onun rəhbərliyi təhdid edir. Millət vəkilinin sözlərinə görə, atəşkəs yenidən pozulacağı təqdirdə də, ən çox ziyan çəkən və itirən tərəf Ermənistan olacaq. […]

Paşinyanın oğlu Azərbaycana gəlir – TARİX AÇIQLANDI

Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot iyulun 9-da hərbi xidmətə yola düşəcək. Turkustan.info xəbər verir ki, bu haqda Ermənistanın İctimai televiziya şirkətinin informasiya xidmətinin direktoru Vaaqn Tevosyan Feysbuk səhifəsində yazıb. Daha əvvəl Nikol Paşinyan erməni ictimaiyyəti qarşısında bəyan edib ki, oğlu Aşot Paşinyan hərbi xidməti Azərbaycanın işğal altındakı ərazisində – […]

Xanım prezident qələbəni futbolçularla BELƏ QEYD ETDİ – FOTO

Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç DÇ-2018-in ¼ final mərhələsində Rusiya üzərində qələbəni milli komandanın futbolçuları ilə bərabər qeyd edib. Turkustan.info “Report”a istinadən xəbər verir ki, Qrabar-Kitaroviç oyundan sonra soyunub-geyinmə otağına gələrək futbolçuları təbrik edib və onlarla birgə şəkil çəkdirib. Fotonu yığmanın futbolçusu Marko Pyatsa öz “Twitter” mikrobloqunda paylaşıb. Xorvatiya prezidenti ¼ final […]

Xomeyninin nəvəsi İranı AYAĞA QALDIRDI – FOTO

İran İslam Respublikasının banisi Ayətullah Xomeyninin nəvəsi Əli İşrakinin ailəsi ilə çəkdiyi fotoşəkil İranda gündəm olub. Turkustan.info xarici mediaya istinadən xəbər verir ki, İşrakinin həyat yoldaşı və iki qızı ilə çəkdiyi fotoşəkildə görünən çanta əhalinin sərt reaksiyasını doğurub. İşrakinin böyük qızı olan Yasəminin qolundakı çanta lüks məhsulları ilə tanınan İtaliyanın moda […]

ATƏT-də Qarabağ müzakirəsi: İşğal altında…

Berlində Reyxstaqın binasında (Almaniya Bundestaqının iqamətgahında) Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) 27-ci illik sessiyasının plenar iclasında ATƏT PA-nın vitse-prezidenti, Azərbaycan Milli Məclisinin deputatı Azay Quliyev dondurulmuş münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həllində ATƏT-in Minsk qrupunun qeyri-effektivliyi məsələsini qaldırıb. Axar.az xəbər verir ki, deputat […]

Ərdoğanı 10 min polis qoruyacaq – Mühüm gün

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sabah baş tutacaq andiçmə mərasiminə 22 dövlət başçısı qatılacaq. Turkustan.info xəbər verir ki, mərasimlə bağlı xüsusi təhlükəsizlik tədbirləri görüləcək. Məlumata görə, bunun üçün 10 mindən çox polis asayişin qorunmasına yönləndirilib. Andiçmədə dövlət başçıları ilə yanaşı, bir sıra ölkələrin nazirləri, parlament rəhbərləri və deputatları da iştirak […]

“Dato Ağcəbədinski” Ukraynada saxlanıldı – “Lotu Quli”nin rəqibidir

Azərbaycanlı “qanuni oğru” Ukraynada saxlanılıb. Turkustan.info yerli mətbuata istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı Məmmədov Cavid polis tərəfindən saxlanılıb. O, Ukrayna ərzisindən deportasiya olunub və ölkəyə girişinə 5 illik qadağa qoyulub.  Məlumata görə, o, kriminal aləmdə “Dato Ağcəbədinski” kimi tanınır. Lvov polisinin onu saxlamasına səbəb isə, 33 yaşlı “qanuni oğru”nun […]

Ronaldo tarixi təklifi rədd etdi – 200 milyona “yox” dedi

“Yuventus”un dalınca düşdüyü dünyaca məşhur futbolçu Kristiano Ronaldo Çindən gələn təklifə “yox” cavabı verib. Turkustan.info xarici mediaya istinadən bildirir ki, portuqaliyalı oyunçu müqaviləsi 2 il olmaqla 200 milyon avronu qəbul etməyib. Dünya Çempionatına erkən vida edən Kristiano Ronaldonun transfer olunması hazırda gündəmin ən çox danışılan mövzularındandır. İllik 100 milyon avroluq təklifi […]

Prezident nazirləri bu gün yenidən topladı – VİDEO+FOTO

İyulun 8-də Azərbaycan Prezidenti  İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Turkustan.info Azərtaca istinadla xəbər verir ki, dövlət başçısı iclasda çıxış edib. Müşavirə ilə bağlı videoya bu linkdən baxa bilərsiniz: https://video.azertag.az/video/64813

Öcalanın qardaşı oğlu TBMM-də: “Atatürkə sadiq qalacağıma böyük Türk milləti önündə and içirəm”-VİDEO

Türkiyənin 27-ci çağırış parlamentinin millət vəkillərinin andiçmə mərasimində PKK lideri Abdullah Öcalanın qardaşı oğlu Ömər Öcalan da iştirak edib. Ömər Öcalan andiçmə mərasimində HDP-nin Şanlıurfadan olan millət vəkili qismində iştirak edib. Xatırladaq ki, HDP CHP-nin səslərinin bir qismini bu partiyaya yönləndirməsi sayəsində TBMM-də təmsil olunmağa haqq qazanmışdı (Axar.az).

İtaliyadan Azay Quliyevə dəstək: Minsk konfransını çağırmaq təklifi nəzərə alındı

Berlində Reyxstaqın binasında (Almaniya Bundestaqının iqamətgahında) Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) 27-ci illik sessiyasının plenar iclasında ATƏT PA-nın vitse-prezidenti, Azərbaycan Milli Məclisinin deputatı Azay Quliyev dondurulmuş münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həllində ATƏT-in Minsk qrupunun qeyri-effektivliyi məsələsini qaldırıb. Turkustan.info Azərtac-a istinadla xəbər […]

Yunisin başındakı papaq kimindir və anlamı nədir? – SENSASİON FAKTLAR, FOTOLAR

Elmar Vəliyevə qəsd eləmiş Yunis Səfərovu Hizbullahla birləşdirən amil yalnız… Ölkə mediasının və sosial şəbəkənin əsas gündəmi Gəncədə baş vermiş sui-qəsd və onun ardınca baş verənlərdir. Cümə günü hüquq-mühafizə orqanları rəsmi açıqlama yayaraq hadisəni terror aktı elan etdi. Dünən isə Elmar Vəliyevi güllələyən Yunis Səfərovun xanımı videomüraciət yayaraq bəzi iddialara […]

Kreml siyasətini dəyişir: Qarabağla bağlı ciddi tələb

Həmsədrlərin bu bəyanatı gözlənilməz oldu. Çünki hamı danışıqlar prosesinin artıq dalana dirəndiyini düşünürdü. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popovun Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün planlaşdırıldığı ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib. O bildirib ki, kifayət qədər mürəkkəb bir vəziyyət […]

“Bu, ən yaxşı variantdır” – İrəvanda Qarabağ müzakirəsi

Böyük Britaniya Xarici İşlər Nazirliyinin daimi sekretarı Simon Makdonald Ermənistana səfər edib. Səfər çərçivəsində o, Ermənistanın Xarici İşlər naziri Zoqrab Mnatsakanyanla görüşüb. Görüşdə ikitərəfli münasibətlərlə yanaşı, Ermənistan – Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsi də müzakirə edilib. Münaqişənin dinc yolla həllində maraqlı olduqlarını bildirən ingilis diplomat bu variantın bölgənin təhlükəsizliyi baxımından məqsədəuyğun […]

Kino tarixinə düşən ən gözəl öpüş səhnələri – FOTO

Aktyorları sadəcə dostluq və iş münasibətləri bağlayırsa, çəkiliş meydançasında onlarla kamera və insan qarşısında səmimi ehtiras və sevgili rolunu canlandırmaq çox çətindir. Hər halda aktyorun peşəkarlığı ondadır ki, o, istənilən tapşırığı yerinə yetirə bilir. Turkustan.info Ümumdünya öpüş günü münasibətilə kino tarixinə düşən ən gözəl öpüş səhnələrini seçmək qərarına gəlib. “Küləklə […]

Bakıda özəl qəbiristanlıq: Qəbir yerləri neçəyədir? – Video

Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq massivi deyilən ərazidə özəl qəbiristanlıq fəaliyyət göstərir. Turkustan.info xəbər verir ki, sakinlər iddia edirlər ki, bu qəbiristanlıq sahibkara məxsusdur və burada dəfn xərcləri dövlət və bələdiyyə məzarlıqlarından xeyli bahadır. Məhəmməd adlı bir şəxs isə iddia edir ki, bu məzarlıqda qəbir yerləri üçün konkret qiymətlər qoyulub. Xəzər […]

Meydan sahibləri mundialla vidalaşdı

Futbol üzrə dünya çempionatında 1/4 finala yekun vurulub. Turkustan.info xəbər verir ki, bu mərhələnin son matçında meydan sahibi Rusiya ilə Xorvatiya qarşılaşıb. Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Lakin komandalar əlavə olunmuş otuz dəqiqə ərzində hərəyə daha bir qol vurub. Beləliklə, 120 dəqiqə 2:2 hesabı ilə nəticələndiyindən, komandalar qalibi […]