Ronaldo tarixi təklifi rədd etdi – 200 milyona “yox” dedi

“Yuventus”un dalınca düşdüyü dünyaca məşhur futbolçu Kristiano Ronaldo Çindən gələn təklifə “yox” cavabı verib.

Turkustan.info xarici mediaya istinadən bildirir ki, portuqaliyalı oyunçu müqaviləsi 2 il olmaqla 200 milyon avronu qəbul etməyib.

Dünya Çempionatına erkən vida edən Kristiano Ronaldonun transfer olunması hazırda gündəmin ən çox danışılan mövzularındandır. İllik 100 milyon avroluq təklifi qəbul etməyən və Çini istəməyən təcrübəli futbolçu Avropadan ayrılmaq istəmədiyi üçün bu təklifə soyuq baxdığını bildirib.   /A24.az/