Gün: İyul 10, 2018

9 gün əvvəl prezident tərəfindən təltif edilmişdi, bu gün şəhid oldu – Gəncə qazisinin qardaşı idi

Xəbər verdiyimiz kimi, bu gün saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici […]

Gəncədə öldürülən rəis müavinin FOTOSU

Xəbər verdiyimiz kimi, Gəncədəki iğtişaşların qarşısını alarkən şəhid olan polis zabitlərindən biri Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini,  polis polkovniki İlqar Balakişiyevdir. Turkustan.info xəbər verir ki, İ. Balakişiyev Gəncədə məşhur şəxslərdən olub. O, uzun müddət imiş Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsində çalışırmış. Bir neçə il əvvəl İ. […]

Gəncədə iğtişaşın qarşısını alan iki polis əməkdaşı şəhid oldu – RƏSMİ MƏLUMAT

2018-ci il iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərmişlər.     Turkustan.info xəbər verir ki, DİN-dən APA-ya verilən mlumata görə, xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan […]

Gəncədə qanunsuz aksiyanın qarşısı alınıb – İki polis…

Bu gün axşam saatlarında Gəncə şəhərində bir qrup şəxs qanunsuz aksiya keçirməyə cəhd edib.   Turkustan.info bildirir ki, APA-nın yerli bürosunun xəbərinə görə,  sayı 200 nəfərə yaxın olan dəstə sabitliyi pozmaq, iğtişaş törətmək məqsədilə qanunsuz aksiya keçirməyə cəhd edib. Lakin polisin həyata keçirdiyi tədbirlər nəticəsində  aksiyanın qarşısı alınıb. Məlumata görə, 30-a yaxın […]

Bu, manatla bağlı qəti fikir deməyə əsas verir – Sabiq nazir

2016-cı ilin dünya iqtisadi böhranının yaşatdığı çətinliklərdən sonra hökumətin ölkə iqtisadiyyatının stabilləşdirilməsi istiqamətində atdığı addımlar öz nəticələrini verməyə başladı. Belə ki, 2017-ci il stabilləşmə ili kimi yaddaşlarda qaldı. Həmin ilin sonlarına yaxın və 2018-ci ilin əvvəllərində ölkə prezidenti 2018-ci ilin yüksəliş ili olacağını bəyan etdi. Belə də oldu. Turkustan.info bildirir […]

İlham Əliyev 8 sərəncam, 5 fərman imzaladı

İlham Əliyev “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1164-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb. Turkustan.info sərəncamın mətnini təqdim edir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci […]

Yevlaxlıların Elmar Vəliyevlə bağlı hadisəyə münasibəti necə oldu?

3 iyul Gəncənin İcra Başçısı Elmar Vəliyevə olan sui-qəsddən 7 gün keçir. Bu 7 gün əslində özünü dərk edən, dövlətinin və onun səlahiyyətli nümüyəndəsinin yanında olan hər kəs üçün ağır və sıxıntılı oldu. Bir yandan İcra başçısına edilən terror, digər tərəfdən isə terroru törədən bir soyuqqanlı qatilin, cinayətkarın  sosial şəbəkələrdə […]

İnsan üzlü pişik görənləri heyrətə düşürür – FOTO

Rusiyada yaşayan Tatyana Rastorgueva pişiyinin şəkillərini sosial şəbəkə hesabında paylaşdıqda gözləmədiyi bir maraqla qarşılaşıb. Turkustan.info xəbər verir ki, iki aylıq pişik internetin yeni ulduzu olub. Maine Coon cinsli bala pişik Valkyrie insana bənzəyən üz cizgiləri ilə diqqət çəkərək sosial şəbəkənin yeni fenomenləri sırasında yer alıb. Bir çox internet istifadəçisi şərhlər […]

Putin və Tramp Qarabağı da müzakirə edəcək: Müharibə riski var

“ABŞ və Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olmalarına baxmayaraq, iki ölkə prezidentləri son bir neçə ildə ilk dəfə görüşəcək. Suriya, Ukrayna, Krım və NATO ətrafındakı vəziyyəti müzakirə edəcək liderlər çətin ki, Qarabağ münaqişəsinin həllinə toxunsunlar”. Turkustan.info xəbər verur ki, bunu amerikalı analitik Pol Stronski erməni mətbuatına açıqlamasında deyib. Analitikin fikrincə, […]

Əli Həsənovun kitabı tacik və rus dillərində çap olundu

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Azərbaycanlılara qarşı ermənilərin soyqırımı siyasəti” adlı kitabı Düşənbədəki “Buxaro” nəşriyyatında tacik və rus dillərində çap olunub. Turkustan.info xəbər verir ki, Azərbaycanın Tacikistandakı səfirliyinin təşəbbüsü ilə nəşr edilmiş kitabı tacik dilinə Gulnazar Keldi tərcümə edib. Artıq on birinci dildə nəşr edilmiş əsərdə son […]

İlham Əliyev 3 sərəncam imzaladı

İlham Əliyev “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1164-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb. Turkustan.info sərəncamın mətnini təqdim edir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci […]

“Qardaşlığımızın güclənərək davam edəcəyinə inanıram” – Ərdoğan

Bildiyiniz kimi, biz bu qardaşlığımızı “bir millət, iki dövlət” anlayışı ilə bu günə qədər gətirdik. Dünən andiçmə mərasimimizi keçirdik, yeni hökumətimizin tərkibini açıqladıq. Ardınca isə Azərbaycanda prezident seçkilərindən dərhal sonra qardaşım İlham Əliyev bizi necə ziyarət etdisə, biz də ilk səfərimizi Azərbaycana edirik. Bu qardaşlıq mesajımızı azərbaycanlı qardaşlarımıza ən güclü […]

Ərdoğanın Azərbaycan səfərinin görüntüləri yayıldı – FOTO + VİDEO

Türkiyə mediasında bu gün Azərbaycan gələn Ərdoğnaın Bakıdakı səfərinin görüntüləri yayımlanıb. Turkustan.info bildirir ki, xəbər “ənənə dəyişmədi – ilk səfər Azərbaycana” başlığı ilə dərc edilib. Xəbərdə qeyd edilib ki, Türkiyə prezidenti Ərdoğan İlham Əliyev tərəfindən Zaqulbada yerləşən sarayında rəsmi qarşılanıb. Ərdoğan ilk olaraq Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin qəbriylə Türkiyə və […]

Paşinyanın oğlu Qarabağın harasında yerləşdi? – FOTO

Dünən Ermənistan KİV-i işğalçı ölkənin baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın hərbi xidmətə yola düşməsi barədə məlumat tirajladı. Turkustan.info modern.az-a istinadən xəbər verir ki, düşmən mətbuatı Aşot Paşinyanın işğal altındakı Dağlıq Qarabağ torpaqlarında könüllü xidmətə yollanmasını şişirdilmiş və daxili auditoriyaya hesablanmış emosional rənglərlə çatdırdı. Emosional effekti gücləndirmək üçün isə […]

“Ərdoğanın andiçmədən dərhal sonra Azərbaycana səfər etməsi mühüm siyasi hadisədir” – Hikmət Babaoğlu

“Qardaş Türkiyə Cümhuriyyəti ən yeni siyasi tarixinin mühüm bir səhifəsinə qədəm qoyur. Uzun illər parlamentar tipli idarəetmə sisteminin diqtə etdiyi yorucu və səmərəsiz koalisyon hökumətlər mərhələsi artıq arxada qaldı”. Turkustan.info xəbər verir ki, bunu Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Bababoğlu deyib. Onun sözlərinə görə, etnososiologiya belə […]

Əli Həsənovun ermənilərin soyqırımı siyasətinə dair kitabı Düşənbədə iki dildə çap olundu – FOTO

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Azərbaycanlılara qarşı ermənilərin soyqırımı siyasəti” adlı kitabı Düşənbədəki “Buxaro” nəşriyyatında tacik və rus dillərində çap olunub. Turkustan.info Azərtac-a istinadla xəbər verir ki, Azərbaycanın Tacikistandakı səfirliyinin təşəbbüsü ilə nəşr edilmiş kitabı tacik dilinə Gulnazar Keldi tərcümə edib. Artıq on birinci dildə nəşr […]

“Kim harada istəyir, haqqını ödəyib bina tikir” – Deputat Prezidentin mesajlarına DİQQƏT ÇƏKDİ

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bir çox məqamlara toxunub. Tikinti sahəsindəki pərakəndəliyə diqqət çəkən ölkə başçısı qeyd edib ki, bəzən memarlıq baxımından çox eybəcər binalar tikilir: “Buna son qoymaq üçün çox ciddi tədbirlər görülməlidir və qanunsuz […]

“Bitkilərin sirli dünyası” kitabı ictimaiyyətə təqdim edilib

Tibb üzrə fəlsəfə doktoru Məlahət Qəhrəmanova və biologiya elmləri doktoru, professor Səyyarə İbadullayevanın həmmüəllifliyi ilə işıq üzü görmüş ” Bitkilərin sirli dünyası” adlı kitabı “Azərkitab”da ictimaiyyətə təqdim edilib. Turkustan.info xəbər verir ki, tədbirin təşkilatçısı Regional Hüqüqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova kitabın məzmun və əhəmiyyətindən danışıb. Azərbaycan […]

Daha bir icra başçısı Elmar Vəliyevə sui-qəsddən DANIŞDI: “Bu cinayətin dinlə heç bir əlaqəsi yoxdur”

Gəncə Şəhər İcra Hakimiyyətinin sui-qəsdə məruz qalmış başçısı Elmar Vəliyevlə yaxın münasibətdə olan Tərtərin icra başçısı Müstəqim Məmmədov son günlərin ən çox müzakirə edilən hadisəsi barədə fikirlərini Modern.az-la bölüşüb. M.Məmmədov Modern.az-a bildirib ki, Elmar Vəliyevə qarşı törədilən cinayətin qiymətini Dövlət Təhlükəsizlik Xidməti verib və onu terror adlandırıb: “Bu, qara qüvvələrin Azərbaycana […]

Duqin Ermənistanda: “Bütün Qarabağ Azərbaycan ərazisidir”

Ermənistandakı hökümətyönlü KİV-lərdən biri, 1in.am saytı Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqinlə müsahibə yayıb. Turkustan.info bildirir ki, haqqin.az portalı erməni dilində yayımlanan həmin müsahibənin ən aktual hissələrini rus dilində dərc edib. A.Duqin bu yaxınlarda Azərbaycan Ordusunun 2016-cı ilin aprelində işğaldan azad etdiyi Cocuq Mərcanlıya səfəri ilə bağlı sualı da cavablandırıb: “Hər […]

Ermənilər Patruşevin Qarabağ bəyanatını dəyişdirdi – İnanılmaz

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan arasındakı görüşün detalları bəlli olub. Bu barədə məlumatı “Qraparak” qəzeti yayıb. “Bu görüş tarixi idi. Ona görə ki, bundan öncə Rusiya tərəfinin Qriqoryanın qərbyönlü olmasıyla bağlı şübhələri vardı. Tərəflər arasında görüş narahat keçdi. Patruşev burada bəyan etdi ki, […]

1 kilosu milyon dollara — Dünyanın ən bahalı çayları

Çay içmək gündəlik həyatımızın vazkeçilməz parçasına çevrilib. İsti, aromatlı çay bütün dünyada insanlar tərəfindən sevilir. Planetimizdə gün ərzində milyonlarla fincan çay içilir. Çay sudan sonra ikinci ən populyar içkidir. Amma elə çaylar da var ki, onu almaq hər adama qismət olmur. Turkustan.info dünyanın ən bahalı çaylarının qiymətini təqdim edir. “Tienhchi” […]

53 yaşlı qadın dənizdə itkin düşdü – 18 ay sonra sahildə sağ tapıldı – VİDEO

18 ay ərzindədənizdə boğularaq öldüyü düşünülənitkin qadınsahildəsağ tapılıb. 53 yaşlı qadın yaşlı əmisinin yuxuları sahəsində ortaya çıxıb. Hadisə İndoneziyada baş verib. Hər kəsin ümidini kəsdiyi qadın əmisinin yuxularına girib və itdiyi yeri söyləyib. O üzərində 18 ay əvvəlki paltarlarıyla tapılıb. Turkustan.info xarici mətbuata istinadən xəbər verir ki, İndoneziyada Nininq Sunarşih adlı qadın […]

İlham Əliyevdən YENİ TƏYİNATLAR – SƏRƏNCAM

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzliyə iki müavin təyin olunub. Turkustan.info xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyevin iyulun 9-da imzaladığı sərəncamla Rəşad Mafusov və Balarəhim Quliyev sədr müavini təyin ediliblər. Qeyd edək ki, bu təyinatadək Agentlikdə bir sədr müavini vardı – Rüfət Rüstəmzadə. Yeni sədr müavini Rəşad Məcnun oğlu […]

Ərdoğanın şir balaları: Onları görmək üçün hamı bura axın edir – FOTOLAR

Sudanın dövlət başçısı Ömər əl- Bəşir Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana 4 şir balası hədiyyə edib. Turkustan.info yerli mətbuata istinadən xəbər verir ki, şir balaları Qaziantepdəki zooparkda saxlanılır. “Nil, “Sultan”, “Sudan” və “Sevakin” adlandırılan şir balaları gündə 4,5 kiloqram toyuq əti yeyərək, 6 ayda 80 kiloqram kökəlib. Böyüklüyünə görəTürkiyənin 1-ci, dünyanın […]

“Dollar kreditlərinə görə vətəndaşa yox, SOCAR-A kömək edildi”- EKSPERT

“Devalvasiyalardan sonra vətəndaşlara dollar kreditlərinə görə kömək edilmədi, amma dövlət qat-qat artığını SOCAR-a edir”. Turkustan.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Qulu İbrahimli deyib. O qeyd edib ki, SOCAR hesabatında 2017-ci ildə Maliyyə Nazirliyindən, yəni dövlət büdcəsindən 1,2 milyard manat borc götürdüyü görünür: “Bu vəsait böyük ehtimala Beynəlxalq Bank vasitəsilə Mərkəzi Bankdan […]

Mübariz Qurbanlıdan Gəncə hadisəsinə REAKSİYA

Gəncədə şəhər İcra Hakimiyyətinin başçısına qarşı törədilən cinayət birbaşa terror aktıdır. Bunu təşkil edənlərin, arxasında duranların qarşılarına qoyduğu əsas məqsəd ölkədə ictimai-siyasi sabitliyi pozmaq, qarşıdurma yaratmaqdır. Turkustan.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Mübariz Qurbanlı bildirib ki, Azərbaycan güclü dövlətdir, […]

Ərdoğan bu gün Azərbaycana gəlir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Bakıya gələcək. Turkustan.info Türkiyə KİV-ə istinadla xəbər verir ki, Ərdoğanın təyyarəsi səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edəcək. Səfər çərçivəsində Türkiyə prezidenti azərbaycanlı həmkarı İlham Əliyevlə təkbətək görüş keçirəcək. Ərdoğan Bakıdan birbaşa Şimali Kipr Türk Respublikasına, iyulun 11-də isə Brüsselə yollanacaq. Türkiyə prezidenti […]

Dənizkənarı Bulvarında konsert keçirildi – Sumqayıt R.M.İ-nin təşəbbüsü ilə

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə şəhər əhalisinin mədəni-asudə vaxtının səmərəli keçirilməsi məqsədilə şənbə və bazar günləri Sumqayıt şəhərinin Dənizkənarı Bulvarında silsilə konsert proqramları təşkil edilir. Turkustan.info-nun verdiyi məlumata görə, bu məqsədlə Sumqayıt şəhər C.Cabbarlı adına mədəniyyət evi müğənni Sevda Kazımovanın Sumqayıt bulvarının konsert meydançasında solo konsertini təşkil edib. Sevda […]

Azərbaycanda institut işçi axtarır

Qida Təhlükəsizliyi İnstitutu cənub regional bölmələri üçün ixtisaslı mütəxəssislər axtarır. Turkustan.info bildirir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. İnstitutun Lənkəran Regional Sınaq Laboratoriyasında işləmək üçün aşağdakı ixtisaslar üzrə ali təhsilli iddiaçılar Azərbaycan dilində tərtib olunmuş şəxsi işləri (şəkilli) ilə müraciət edə bilər: – Baytar mütəxəssisi; – Toksikologiya; – Kimya; […]

Gəncə və Mingəçevir işi böyüyür – həbslər başladı, bəzi saytlara giriş bağlandı

Elmar Vəliyevə sui-qəsd üzrə 12 nəfər saxlandı; Respublika ərazisində elektrik enerjisinin kəsilməsi və Gəncə ŞİH başçısı Elmar Vəliyevə qarşı sui-qəsdlə əlaqədar sosial şəbəkələrdə qeyri-qanuni çağırışlar etdiyinə görə daha 20 nəfər cəzalandırıldı – siyahılar Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı törədilən terror aktından 1 həftə ötür. Bu müddət ərzində […]

Xərçəngə SON QOYACAQ üç qida – Rusiya alimləri inanılmazı etdilər

Rusiya alimləri xərçəng şişlərinin profilaktikası üçün qidalanma məhsulları hazırlayıblar. Turkustan.info “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, bu haqda Sankt-Peterburq İnformasiya Texnologiyaları, Mexanika və Optika Milli Tədqiqat Universitetinin professoru Vladimir Bespalov bildirib. Bunlar müsli baton, yulaf peçenyesi və sürətli hazırlanan sıyıqdır. Ekspertlər tərəfindən yaradılmış yeni qida məhsulları xərçəng şişlərinin profilaktikasına imkan […]

İncirlik Rusiyaya verilə bilərmi? – Açıqlama

Son 2 ildə tük siyasətçiləri, hətta Ərdoğanın özü tərəfindən də İncirlik hərbi bazasının ABŞ-dan alına biləcəyi ilə bağlı mesajlar səsləndirilib. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a Rusiya Liberal Demokratik Partiyasının sədri Vladimir Jirinovskinin İncirlik aviabazasının NATO-dan alınıb Rusiyaya verilə biləcəyi ilə bağlı açıqlamasını şərh edən beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev […]

İrəvanın hiyləgər planı: Ərdoğan Bakıdan ora gedəcək…

Ərdoğanın Bakı səfərində Türkiyə-Azərbaycan münasibətlərinin daha da genişləndirilməsi məsələsi ön planda olacaq. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Bakıya səfərini şərh edən Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Sabiq nazir bildirib ki, Azərbaycan və Türkiyə prezidentlərinin görüşünün gündəliyi tam bəlli olmasa da, bir neçə […]

Bu gün DÇ-2018-də ilk finalçı məlum olacaq

Bu gün DÇ-2018-də ilk finalçı bəlli olacaq.  Turkustan.info-nun məlumatına görə, ilk yarımfinal matçında Fransa və Belçika yığmaları üz-üzə gələcəklər. Mübarizəyə C qrupunda start verən Fransa 1/8 finalda Argentina, ardınca isə Uruqvayı məğlub edib. Belçika isə Yaponiya və 5 qat dünya çempionu Braziliyanı üstələyərək mübarizədən kənarlaşdırıb. Oyun yerli vaxtla 22:00-da başlayacaq.  

Ərdoğan yeni Nazirlər Kabinetinin tərkibini açıqladı

Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan konstitusiyaya edilən dəyişikliklərdən sonra yeni nazirlər kabinetinin tərkibini açıqlayıb Turkustan.info xəbər verir ki, ölkə tarixində ilk vitse-prezident vəzifəsinə Fuad Oktay təyin edilib. Yeni hökumətin tərkibində xarici işlər naziri: Mevlüt Çavuşoğlu və ədliyyə naziri Abdulhəmit Gül postlarını qoruyublar. Milli Müdafiə naziri postunu əvvəllər Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının […]

Prezident elan etdi: “O səhvləri buraxan məmurlar işdən qovulub”

“Son illərdə şəhər nəqliyyatı ilə bağlı böyük işlər görülüb. Yeni, çox komfortlu avtobuslar gətirilib və yeni avtobusların gətirilməsi nəzərdə tutulur”. Turkustan.info-nun məlumatına görə, bunu prezident İlham Əliyev iyulun 8-də Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib. Dövlət başçısı qeyd edib ki, Bakı Nəqliyyat […]

“Azərbaycan dövləti istənilən təxribatın qarşısını almaq gücündədir”

“Azərbaycan çətin və mürəkkəb bir regionda yerləşir. Nəzərə almaq lazımdır ki, Ermənistan kimi təxribatçı, işğalçı dövlətlə üz-üzəyik.” Bunu “Qarabağ” Kikboksinq Klubun prezidenti Emin Seyidov sosial şəbəkədə təxribatla bağlı çağırışlara münasibət bildirib. “Sosial şəbəkədə təxribat xarakterli məlumatların yayılması yolverilməzdir. Ölkədə insanları kütləvi ixtişaşlara çağırmaq vəziyyəti qarışdırmaq niyyətı daşıyır. Ortada cinayət var […]

Bilik Fondunun təmsilçisi Girne Amerika Universitetində Azərbaycan təhsilinin uğurlarından danışıb

Şimali Kiprdə keçirilən “Təhsildə beynəlxalq liderlər” forumunda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu da iştirak edib. Bilik Fondundan Turkustan.info-ya bildirilib ki, Girne Amerika Universitetində keçirilən tədbirə Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrin təhsil nazirlikləri, dövlət qurumlarının rəsmi nümayəndələri, KİV təmsilçiləri və digər səlahiyyətli şəxslər qatılıblar. Tədbirdə C.Musaoğlu […]

Prezident hansı məmurların işdən çıxarılacağını açıqladı

Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha ciddi aparılmalıdır. Aprel ayında formalaşmış yeni hökumət qarşısında bu vəzifə çox kəskin qoyulmuşdur. Bu xoşagəlməz hallara son qoyulmalıdır. Turkustan.info AZƏRTAC-a istinadla xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib. […]

“Bundan sonra da xalq bizim siyasətimizi dəstəkləyəcək” – Müşavirədə İlham Əliyevdən ciddi MESAJLAR

İyulun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Turkustan.info Azərtaca-a istinadla xəbər verir ki, dövlət başçısı iclası giriş nitqi ilə açıb. -Bu gün biz ilin altı ayının yekunlarını müzakirə edəcəyik, görüləcək işlər […]