İnsan üzlü pişik görənləri heyrətə düşürür – FOTO

Turkustan.info xəbər verir ki, iki aylıq pişik internetin yeni ulduzu olub. Maine Coon cinsli bala pişik Valkyrie insana bənzəyən üz cizgiləri ilə diqqət çəkərək sosial şəbəkənin yeni fenomenləri sırasında yer alıb.

Bir çox internet istifadəçisi şərhlər yazaraq pişiyin çox sevimli olduğunu bildirib və təəcüblərini dilə gətiriblər.

Daha əvvəl bənzəri görülməmiş bir üz ifadəsinə sahib olan 2 aylıq pişik görənləri heyrətə düşürüb. Hətta bu pişiyi görə bilmək üçün dünyanın fərqli ölkələrindən Rusiyaya gələnlər belə var.



/Metbuat.az/