Gün: İyul 11, 2018

Gəncədə hücum zamanı yaralanan polis danışdı – VİDEO

Yaralanan polis əməkdaşı baş verənləri danışdı. Gəncə Baş Polis İdarəsi, Post-Patrul Taborunun qərargah rəisi Samir Bayramov iyulun 10-da  ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin qarşısını almaq istərkən yaralanıb. Baş leytenant Samir Bayramov hadisə haqqında müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

Rusiyalı yazıçı – Ermənistan bizə lazım deyil

İctimai-siyasi, humanitar və hərbi fəaliyyəti ilə tanınan rusiyalı yazıçı Zaxar Prilepin Rusiya ilə bağlı geosiyasi sualları cavablandırıb. Yazıçı Ermənistandakı son inqilaba da toxunub. “Baxın, Ermənistanda indi çevirilişdi, gəlin Ermənistanla bağlı qərar verək. Nə qərar verək? Ermənistan Rusiya ilə ticarət balansını aparan ölkələr sırasında 35-cidir, o bizə lazım deyil. Hərbi bazalara […]

Ağır xəbərdən sarsılan Arif Babayevin səhhəti pisləşdi

Xalq artisti, tanınmış xanəndə Arif Babayev Gəncədə baş verən iğtişaşlardan narahatlıq hissi keçirdiyini deyib. Sənətkar xəbəri eşidəndən sonra təzyiqinin qalxdığını deyib. O, baş verən hadisələri dövlətçiliyimizə uzanan xain əl kimi dəyərləndirib: “Bu xəbər mənə çox pis təsir etdi. Xəbəri eşidəndən bəri halım özümdə deyil, dünəndən təzyiqim qalxıb, dərman içirəm. Bu araqarışdıran insanların […]

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başlayıb

Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirləri – Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında görüş keçirilir.  Turkustan.info xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev özünün “Twitter” hesabında yazıb. Görüşdə ATƏT Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də […]

Adnan Oktarın evindən nələr çıxdı? – Fotolar

Türkiyədə səhər saatlarında həbs edilməsindən sonra mütəşəkkil cinayətkar dəstə yaratmaqda ittiham olunan Adnan Oktarın mülklərində axtarış keçirilib. Turkustan.info xəbər verir ki, bu barədə Türkiyə polisi informasiya yayıb. Oktarın evində bir çox iri və kiçik çaplı silah, daraq və sursat aşkar edilib. Bundan əlavə, axtarış zamanı Oktarın mülklərindən bir çox bahalı […]

Azərbaycana qarşı təxribat: Dini kimlər alət edir? – “Şəxsən mənə deyiblər ki…”- Hacı Şahin

Gəncədə baş verən son hadisələr  göstərir ki, dini radikalizm Azərbaycan üçün ciddi təhlükə vəd edir. Məhz bu təhlükəni zamanında görən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Dini Məsələlərlə bağlı İdeoloji Konsepsiya və Təkliflər Paketi hazırlayıb. Bu təkliflər paketində hər bir ölkə , o cümlədən vətənimiz üçün də təhlükə vəd edən dini […]

Bu telefonlara diqqət edin: Casusluq edirlər- XƏBƏRDARLIQ

Mütəxəssislər xəbərdarlıq edirlər ki, “Android” əməliyyat sistemi ilə işləyən ucuz Çin smartfonları öz sahiblərinə qarşı casusluq edirlər. Turkustan.info-nun Rueconomics.ru saytına istinadən məlumatına görə, söhbət “Singtech” markalı cihazlardan gedir. Onları kütləvi şəkildə Asiya və Cənubi Amerikanın inkişafda olan ölkələrinə tədarük edirlər. Mütəxəssislərin sözlərinə görə, bu smartfonlar istifadəçilər barəsində məlumatları toplayan və […]

Erməni pasportunu dəyişib Azərbaycana gəldi – Gəncəyə getdi… (VİDEO)

Rusiya və İsrail vətəndaşı, blogger Aleksandr Lapşin Facebook səhifəsində bir video paylaşıb. Bildirilir ki, həmin videonu əslində bir erməni hazırlayıb. Hansı ki, həmin erməni Azərbaycana Belarus pasportu ilə daxil olub. Turkustan.info hafta.az-a istinadən xəbərinə görə, Lapşin öz səhifəsində yazır: “Bu da Azərbaycanı ziyarat edərək Gəncəyə, öz ata-baba evinədək gedib çıxan […]

Dünya çempionu: ”Ölkəmizdə olan bütün hər kəsi birliyə,həmrəyliyə dəvət edirəm”

Bu, hadisə bilavasitə sübut etdi ki,bundan öncə Gəncə Şəhər İcra Hakimiyyəti başçısına qarşı baş verən sui-qəsd hadisəsi sıradan bir hadisə deyil. Dünən şəhid edilən polislərimizin qanı yerdə qalmayacaq. Bunu edənlər qanun qarşısında öz cəzalarını alacaqlar. Bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti,tanınmış dünya çempionu Güloğlan Cabbarov bildirib. “Bu,düşmənlərimizin ölkəmizə qarşı edilən […]

Qatilin biri tutuldu – SON DƏQİQƏ

Hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 10-da Gəncə şəhərində baş vermiş qanunsuz  aksiyanın ən fəal iştirakçılarından və xidməti vəzifələrini yerinə yetirən polis zabitlərindən birinin qətlində şübhəli bilinən Qasımov Fərrux Xəqani oğlu (Fotoda soldakı şəxs) vətəndaşların yaxından köməkliyi ilə tutularaq istintaqa təhvil verilib.   APA-nın xəbərinə görə, bu cinayətin […]

“Allahın yaratdığı insanın qətlə yetirilməsi bütün bəşəriyyətə qarşı ağır cinayətdir” – Şeyxülislamdan bəyanat

Qafqaz Müsəlmanları İdarəsi Gəncədə baş verən hadisələrlə bağlı bəyənat yayıb. Bəyənat mətnində deyilir: “Son günlər Gəncə şəhərində baş verən qətl və terror hadisələrini dərin təəssüf və ciddi narahatlıq hissi ilə qarşılayırıq. Hiddət doğuran odur ki, Vətənimizdə hökm sürən sabitlik və əmin-amanlıq, tərəqqi və quruculuq işlərinə, habelə xarici siyasət sahəsində uğurlarımıza […]

“Gəncə təxribatlarının arxasında Azərbaycanın düşmənləri dayanır” MÖVQE

“Gəncədə bir-birinin ardınca törədilən qanlı hadisələrə kəskin şəkildə etirazımı bildirirəm. Bu hadisələri təşkil edənlər və həyata keçirənlər Azərbaycan dövlətinin düşmənləridir”. Bu fikirləri Turkustan.info-ya açıqlamasında “XXI Əsrin Qadınları ” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova deyib. M.Əmirhüseynova bildirib ki, hadisələr təsadüfən baş vermədiyi kimi, onu törədənlərin kimliyi də maraqlıdır: “Azərbaycan sürətlə inkişaf […]

Sumqayıt RMİ-də 6 ayın yekunlarına dair müşavirə keçirildi – FOTOLAR

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində baş tutan müşavirə altı ayın yekunlarına həsr olunub. Turkustan.info-nun verdiyi məlumata görə, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov müşavirəni açaraq Mədəniyyət Nazirliyində aparılan struktur dəyişikliyi haqqında məlumat verib. Daha sonra Mehman Şükürov müəssisələrin fəaliyyəti haqqında danışıb. “Son vaxtlar qazanılan uğurlar bizdə arxayınlıq hissi yaratmamalı, […]

Vətəndaşlardan Adnan Oktara reaksiya: “Kediciklərin hardadır?” – VİDEO

Bu gün başladılan əməliyyat nəticəsində nəzarət altına alınan Adnan Oktarın əmlakı müsadirə olunub. Turkustan.info  Türkiyə mətbuatına istinadən xəbər verir ki, şirkətlərinə qəyyum təyin edilib. Xəbərdə bildirilib ki, əməliyyat zamanı indiyə qədər 166 nəfər saxlanılıb. Sağlamlığı yoxlanılandan sonra Polis bölməsinə aparılarkən avtomobilə əyləşən Adnan Oktara vətəndaşlar reaksiya verib. Qapının ağzında dayanan vətəndaşlardan […]

“İmam Hüseyn” qışqırıb zorakılıq törətmək Kərbəla ideyasına ziddir” – Hacı Şahin Həsənli

“Ötən gün Gəncədə baş vermiş iğtişaşlar həm Azərbaycan qanunvericiliyinin, həm də dini dəyərlərin kobud şəkildə tapdalanmasıdır. Polisə, hüquq-mühafizə orqanları əməkdaşlarına silah qaldırmaq böyük cinayətdir. Din adı ilə edildikdə isə böyük günahdır və faciədir”. Turkustan.info xəbər verir ki, bunu Lent.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, “Məşədi Dadaş” məscidinin imam-camaatı Hacı Şahin […]

“Rus ordusu 2 günə paytaxta girir, ancaq orda da ölər” – POLKOVNİK

Estoniya ordusunun Xüsusi Əməliyyat Qüvvələrinin komandiri, polkovnik Rixo Yuxteqi rus ordusunun ölkəyə hücumunun qarşısını almaq üçün öz planlarını açıqlayıb.  Turkustan.info yerli mətbuata istinadən bildirir ki, o, rus təhlükəsini müzakirə üçün köhnəlməyən mövzu adlandırıb. Xüsusilə 2 gün ərzində rusların Tallinə çatmaq müzakirəsi səngimir: “Ola bilər. Ancaq bütün Estoniyanı onlar cəmi 2 günə götürə […]

Niyə başçıya atəş üçün Yunis seçildi?

Nardaranda məlum olaylar baş verir – İran diqqət mərkəzinə keçir, Gəncədə qarışıqlıq düşür – yenə İran yada düşür. Əlbəttə, şübhələnməyə əsaslar az deyil. Ancaq bu məmləkətdə İranı araşdıran mərkəz yoxdur. Bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, qonşu dövlətdə müxtəlif siyasi və dini mərkəzlər və güclü kəşfiyyat sistemi […]

Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin olundu

Nazirlər Kabinetinin Aparatında yeni təyinat olub. Turkustan.info xəbər verir ki, baş nazirin Katibliyinin rəisi təyin edilib. Baş nazirin Katibliyinin rəisi vəzifəsinə Ərəstü Həbibbəyli təyin olunub. Qeyd edək ki, Ərəstü Həbibbəyli 1980-cı ildə Naxçıvan şəhərində anadan olub. 2002-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində işləyib. 2007-ci ildən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr […]

Mitinqlərdə polislə toqquşan şəxs kimi deyirəm…

Gəncədə baş verənlərə, qarşıdurmaya və sonucda iki polis zabitimizin qətlinə, qan tökülməsinə, bir xeyli günahsız insanın həbsinə çox üzüldüm, təəssüfləndim. Heç bir kürsü savaşı, heç bir mənsəb, var-dövlət insan həyatını əvəz edə bilməz. Son günlərin olayları hamını çətin suallar qarşısında qoyub. Şəxsən mənə işıq böhranının, Gəncə hadisələrinin Ordumuzun 100 illiyinə […]

Gəncədə hay-küylü təbliğat puç oldu – Millət vəkili

Gəncədə baş verənlər bizi narahat edir. Turkustan.info xəbər verir ki, bu sözləri millət vəkili Adil Əliyev qeyd edib. O bildirib ki, bu gün Azərbaycan dövlətini çökdürmək üçün bu cür xain qüvvələr ortaya çıxarılır və istifadə olunur: “Onların nə milləti, nə də dini var. Onları bir maraq birləşdirir: Dövlətçiliyə qarşı çıxmaq […]

“Şahinlər”rəqs kollektivi tamaşaçılarda xoş ovqat yaratdı – Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə şəhər əhalisinin mədəni-asudə vaxtının səmərəli keçirilməsi məqsədilə Sumqayıt şəhər bulvarının konsert meydançasında “Dostluq” mədəniyyət evinin  “Xəzri” xalq və mahnı rəqs ansamblı və uşaq və yeniyetmələrdən ibarət “Şahinlər” rəqs kollektivinin hesabat konserti keçirilib. Konsertdə “Azərbaycan suitası”, “Qaytağı”, “Qazaxı”, “Dənizçilər”, “Bakı haqqında rəqs”, “Şənlik suitası”, “Tango”, […]

İranın Gəncə provokasiyası – Eks-nazirin təhlili

Gəncədə faciə baş verdi. Bu sözləri öz Feysbuk səhifəsində Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov paylaşıb. “Öz xidməti öhdəliklərinin icrası zamanı cinayətkarlar tərəfindən polis zabitləri qətlə yetirilib. Gəncə icra başçısına bir neçə gün əvvəl edilən sui-qəsd kimi, polislərin də qətlə yetirilməsi cinayətkarlara mənən güc verilməsi üçün nəzərdə tutulub. Xüsusilə […]

Emin Seyidov:”Gəncədə xain qüvvələrin planları iflasa uğradı”

İki gün öncə mətbuatda Gəncədə baş verə biləcək hadisələrin arxasında nələrin durduğunu bildirmişdim. Bunu “Qarabağ” Kikboksinq Klubun prezidenti Emin Seyidov dünən Gəncədə baş verən hadisələrə münasibət bildirərkən qeyd edib. “Dünən olanlar və iki polisimizin qətlə yetirilməsi dövlətçiliyimizi çökdürmək istəyənlərin planlarını açıq göstərdi. Bunu görməmək mümkün deyil. Gəncə insanı mərd,qəhrəman və […]

Qətlə yetirilən polisin axund qardaşı sensasion faktları açdı – VİDEO

Gəncədə polislə qarşıdurmada öldürülən Nizami rayon Polis idarəsi rəisinin müavini Səməd Abbasovun qardaşı – İmamzadə türbəsinin axundu Hacı Tahir Abbasov qardaşının qətli haqqında danışıb. Turkustan.info xəbər verir ki, o, müsahibəsində qardaşının ölümünün Elmar Vəliyevə qarşı narazılıqla əlaqəsinin olmadığını deyib. O, bildirib ki, bu olay Azərbaycan dövlətinə qarşı təxribatdır.Həmin açıqlamanı tam versiyada […]

Biri anasını, biri arvadını, digəri isə… – Polisi öldürənlərin İNANILMAZ ƏMƏLLƏRİ ÜZƏ ÇIXDI

İyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti şəhid olub. Turkustan.info xəbər verir ki, polis əməkdaşlarını qətlə yetirən və hazırda axtarışda olan həmin şəxslər radikal dindarlar və cinayətkarlardır. […]

“Real Madrid” Ronaldoya belə VİDA ETDİ: DUYĞULU ANLAR – VİDEO

Xəbər verdiyimiz kimi, portuqaliyalı dünya ulduzu Kriştiano Ronaldo 9 ildir formasını geyindiyi “Real Madrid” klubundan ayrılaraq “Yuventus”a keçib. Turkustan.info xəbər verir ki, ulduzun sabiq klubu tarixinin ən məhsuldar futbolçusu olan Ronaldoya vida videosu hazırlayıb. Videoda portuqaliyalı ulduzun “Real” karyerası ərzində yaşadığı tarixi anlar yer alıb. /Publika.az/

“Polisin qətli və Elmar Vəliyevə atılan güllə müstəqilliyə atılan güllədir” – Əflatun Amaşov

İstər Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə atılan güllə, istərsə də dünən iki yüksək rütbəli polis əməkdaşının qətlə yetirilməsi Azərbaycanın müstəqilliyinə atılan güllədir. Turkustan.info xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. Onun sözlərinə görə, Gəncədə baş verən hadisələr birmənalı şəkildə pislənməli və […]

XİN Gəncədəki hadisələr barədə

Dünən Gəncədə baş vermiş provokativ, ölkədə sabitliyi pozmağa yönəlmiş cəhdlər onu göstərir ki, Azərbaycanın inkişafı, beynəlxalq səviyyədə əldə etdiyi uğurlar Ermənistan da daxil olmaqla, bəzi xarici dairələri ciddi sürətdə narahat edir. Turkustan.info-nun xəbərinə görə, bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.  H.Hacıyev bildirib ki, arxa cəbhədə xidmət edən polisə əl qaldırmaq […]

Əli Həsənov: İctimaiyyətə düzgün mesajlar verilməlidir

Gəncədə yaranmış həssas dönəm cəmiyyətimizin dövlətin ətrafinda daha sıx birləşməsini tələb edir. Turkustan.info məlumat verir ki, bunu Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Facebook” səhifəsində yazıb. Ə. Həsənov yazısında qeyd edib ki, iyul ayının 3-də axşam Gəncə Şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı törədilmiş sui-qəsdlə bağlı BBC əməkdaşının sualına cavab verərkən, ilkin […]

Azercell beynəlxalq qurum tərəfindən mükafatlandırıldı

“Azercell Telekom” MMC Azərbaycanda idarəetmə və dayanıqlı inkişaf sahəsində “Ən yaxşı şirkət” kimi ödülləndirildi. Uğurlu fəaliyyəti ilə yerli və beynəlxalq təşkilatların diqqətini özünə cəlb edən Azərbaycanın lider mobil operatoru “Azercell Telekom” MMC “Qlobal Liderlər Klubu” tərəfindən Azərbaycanda idarəetmə və dayanıqlı inkişaf sahəsində “Ən yaxşı şirkət”, Vahid Mürsəliyev isə “İlin rəhbəri” […]

Yüz yaşlı güvənc və iftixar mənbəyimiz

CÜMHURİYYƏTİN DƏYƏRLİ MİRASI OLAN SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ SİSTEMİMİZ BİR ƏSRƏ UĞURLA YEKUN VURUR. Emin HƏSƏNLİ QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, politoloq  Tariximizin ən şanlı və parlaq səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi təntənə ilə keçirilərkən bir daha yəqin etdik ki, müstəqil dövlətçiliyimizin ən köklü tərkib hissələrindən […]

Qayınana gəlinini sevgilisi ilə yataqda tutdu – Kişi küçəyə yarıçılpaq qaçdı – VİDEO

Türkiyənin Kocaeli şəhərində ərinin evdə olmadığını fürsət bilən qadın sevgilisi ilə görüşüb. Turkustan.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, 3 uşaq anası A.S sevgilisi N.Ş.K. ilə evində görüş təyin edib. A.S sevgilisi ilə münasibətdə olan vaxt qaynanası təsadüfən evə gəlib və onları birlikdə görüb. Qaynana gəlinini otaqa salıb, qapını bağlayıb. […]

Gəncədə polisi öldürən Fərrux kimdir? – FOTOLAR

Xəbər verdiyimiz kimi, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti şəhid olub. Turkustan.info azvision.az-a istinadən xəbər verir ki, artıq qanlı cinayəti törətməkdə şübhəli bilinən iki nəfər […]

I müavin Gəncə hadisələrinə görə şəhər İcra Hakimiyyətində iclas keçirir

Hazırda Gəncə Şəhər İcra Hakimiyyətində başçınını I müavini Elnur Rzayevin sədrliyi geniş iclas keçirilir. Turkustan.info bildirir ki, İcra Hakimiyyətindən Modern.az-a daxil olan məlumata görə, şəhərdə asayiş tam bərpa olunub: “Hər kəs gündəlik həyatına davam edir, İcra Hakimiyyətinin bütün əməkdaşları işlərinin başındadır”. Eyni zamanda, İcra Hakimiyyətindən başçı Elmar Vəliyevin səhhətinin yaxşı olduğu […]

Dilqəmlə Şahbazın girov götürülməsindən 4 il keçdi – XİN beynəlxalq aləmə ÇAĞIRIŞ ETDİ

11 iyul 2014-cü ildə azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda doğma torpaqlarını və ata-analarının məzarlarını ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülməsindən dörd il ötür. D.Əsgərov və Ş.Quliyev girov götürülərkən onların yanında olan digər soydaşımız Həsən Həsənov qətlə yetirilib. Turkustan.info xəbər […]

Adnan Oktar 235 tərəfdarı ilə həbs edildi

Türkiyədə özünü din adamı kimi təqdim edən Adnan Oktar və tərəfdarlarının həbs edilməsi istiqamətində əməliyyat keçirilib. Turkustan.info xəbər verir ki, mərkəzi İstanbul olan 5 mahalda Adnan Oktarın rəhbərlik etdiyi mütəşəkkil cinayətkar dəstənin üzvü olduğu iddia olunan 235 nəfərin yaxalanması üçün işlər başladılıb. Məlumata görə, Adnan Oktar özü də İstanbulun Çəngəlköy bölgəsində […]

Gəncədə qanlı cinayət törətməkdə şübhəli bilinən şəxslərin FOTOLARI yayıldı

  İyulun 10-da Gəncədə qanlı cinayət törətməkdə şübhəli bilinən iki nəfər axtarılır. Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında deyilir ki, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə […]

İran İsraillə sərhəddə islam ordusu yaradır

Qolan təpələrində islam ordusu qura bilərik. Turkustan.info xəbər verir ki, bu sözləri iranlı general Hüseyn Səlami deyib. O bildirib ki, bu ordu İsraili məhv etmək qabiliyyətinə malik olacaq: “Bu gün beynəxalq islam ordusu Suriyada qurulub və müsəlmanların səsi Qolan yaxınlığında eşidilir. Əmr gözləyirlər… Bu ordu ilə İsrail rejimi aradan qaldırılacaq […]

Ruhani Paşinyanı İrana çağırdı: Tehranın İrəvan qorxusu

Paşinyanın açıq-aşkar qərbyönümlü siyasət yürütməsi İranda da təşviş doğurub. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a Ermənistan prezidentinin İrana gözlənilən səfərini şərh edən politoloq Tofiq Abbasov deyib. O bildirib ki, Paşinyanın siyasəti getdikcə bütün qonşu ölkələr üçün ciddi suallar doğurur: “Paşinyan siyasi konyekturanı elə bir tərzdə dəyişmək istəyir ki, Ermənistan staqnasiyadan sonra […]

Gəncədə baş verən hadisələrin – TƏFƏRRÜATLARI

Məlum olduğu kimi, bu gün axşam radikal elementlərdən ibarət bir neçə qrup Gəncə şəhərinin mərkəzində bir müddət əvvəl şəhərin İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törətmiş Yunis Səfərova dəstək məqsədilə qanunsuz aksiya keçirməyə cəhd göstəriblər. Biz Gəncədəki müxbirlərimizdən baş vermiş hadisənin bəzi təfərrüatlarını əldə etmişik. Belə ki, iki polis […]

Gəncədə polislərdən birinin qətlə yetirilmə anının videosu yayıldı – VİDEO

Turkustan.info xəbər verir ki, 10 iyul tarixində Gəncədə baş verən iğtişaşlarda həlak olan polis zabitlərindən birinin qətl anı video kameralara düşüb. Kadr ani olsa da, yerə yıxılan polisin qara köynəkli bir gənc tərəfindən vəhşicəsinə bıçaqlandığını görmək mümkündür. /musavat.com/

“Şəhid polislərimizə Milli Qəhrəman adının verilsin” – Samir Adıgözəlli

“Açıq-aşkar ölkəmizdə vətəndaş qarşıdurmasına, sabitliyin pozulmasına rəvac verən addımlar atılır. Heç şübhəsiz ki, bu məqsədyönlü hərəkətlər Azərbaycan əleyhinə bəzi dairələr tərəfindən idarə olunur”.  Bu sözləri Turkustan.info-ya siyasi məsələlər üzrə ekspert Samir Adıgözəlli deyib. O, açıqlamasında təəssüflənib ki, bəzi vətəndaşlarımız aldadılaraq bu qaranlıq dairələrin məqsədləri üçün istifadə edilir:  “Bu gün məmur özbaşınalığından danışan və […]

Müxalifətdən reaksiyalar: ”Aydın görünür ki, xarici güclərin Azərbaycana qarşı təxribatıdır”

Bu gün saat 20 radələrində Gəncədə baş verən və iki yüksək rütbəli polisin ölümü ilə nəticələnən iğtişaşlar ölkə ictimaiyyəti tərəfindən pislənir. Məsələyə müxalif düşərgənin təmsilçiləri də münasibət bildiriblər. AXP sədri, sabiq baş nazir Pənah Hüseyn musavat.com-a deyib ki, istənilən halda bu cür aksiya cinayətdir. Bu cür hərəkətlər nə dinə, nə […]