Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin olundu

Nazirlər Kabinetinin Aparatında yeni təyinat olub.

Turkustan.info xəbər verir ki, baş nazirin Katibliyinin rəisi təyin edilib.

Baş nazirin Katibliyinin rəisi vəzifəsinə Ərəstü Həbibbəyli təyin olunub.

Qeyd edək ki, Ərəstü Həbibbəyli 1980-cı ildə Naxçıvan şəhərində anadan olub. 2002-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində işləyib. 2007-ci ildən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsində işləyib, 2015-ci ildən Xarici siyasət məsələləri şöbəsinin müdir müavini olub.

“Qafqazinfo” qeyd edir ki, Ə. Həbibbəyli millət vəkili, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəylinin oğludur / APA/