Ağır xəbərdən sarsılan Arif Babayevin səhhəti pisləşdi

Xalq artisti, tanınmış xanəndə Arif Babayev Gəncədə baş verən iğtişaşlardan narahatlıq hissi keçirdiyini deyib.

Sənətkar xəbəri eşidəndən sonra təzyiqinin qalxdığını deyib. O, baş verən hadisələri dövlətçiliyimizə uzanan xain əl kimi dəyərləndirib:

“Bu xəbər mənə çox pis təsir etdi. Xəbəri eşidəndən bəri halım özümdə deyil, dünəndən təzyiqim qalxıb, dərman içirəm. Bu araqarışdıran insanların dərdi nədir, nə istəyirlər. Əmin-aman, firavan ölkədə yaşayırıq, bizim bir dərdimiz var, o da Qarabağı almaq. Bu hadisə dövlətçiliyimizə uzanan xain əldir. Biz əlbir olmalıyıq, dövlətimizin ətrafında sıx birləşməliyik. Necə yəni, polisi qətlə yetirmək? O polislər xalqımızın asayişi keşiyində dayanan insanlardır. Cinayəti törədənlər öz layiqli cəzalarını almalıdır”.   (yenicag.az)