Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başlayıb

Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirləri – Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında görüş keçirilir. 

Turkustan.info xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev özünün “Twitter” hesabında yazıb.

Görüşdə ATƏT Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edir.   /Modern.az/