Dünya çempionu: ”Ölkəmizdə olan bütün hər kəsi birliyə,həmrəyliyə dəvət edirəm”

Bu, hadisə bilavasitə sübut etdi ki,bundan öncə Gəncə Şəhər İcra Hakimiyyəti başçısına qarşı baş verən sui-qəsd hadisəsi sıradan bir hadisə deyil. Dünən şəhid edilən polislərimizin qanı yerdə qalmayacaq. Bunu edənlər qanun qarşısında öz cəzalarını alacaqlar.

Bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti,tanınmış dünya çempionu Güloğlan Cabbarov bildirib.

“Bu,düşmənlərimizin ölkəmizə qarşı edilən alçaq təxribatıdır. Onun üçün ölkəmizdə olan bütün hər kəsi birliyə,həmrəyliyə dəvət edirəm. Gün birlik günüdür. Düşmən Qarabağa ordu cəmləşdirir, Paşinyan oğlunu ön cəbhəyə göndərir və bölgədə vəziyyəti öz xeyrinə dəyişməyə çalışırlar. Təəssüf ki, bizi isə biri-birimizə qarşı düşmən mövqeydə durmağa vadar edən çağırışlar edilir. Sosial şəbəkədə təxribatçı çıxışların sayı artıb. Ayıq-sayıq olmalıyıq. Düşmənin dəyirmanına su tökənlərə, dövlətimizi təhlükə altına atmaq istəyənlərə birlikdə cavab verəcəyik.

Təxribatlara imkan vermək olmaz. Ölkə rəhbərinin ətrafında sıx birləşmişik”.