Emin Seyidov:”Gəncədə xain qüvvələrin planları iflasa uğradı”

İki gün öncə mətbuatda Gəncədə baş verə biləcək hadisələrin arxasında nələrin durduğunu bildirmişdim.

Bunu “Qarabağ” Kikboksinq Klubun prezidenti Emin Seyidov dünən Gəncədə baş verən hadisələrə münasibət bildirərkən qeyd edib. “Dünən olanlar və iki polisimizin qətlə yetirilməsi dövlətçiliyimizi çökdürmək istəyənlərin planlarını açıq göstərdi.

Bunu görməmək mümkün deyil. Gəncə insanı mərd,qəhrəman və qeyrətli insanlardır. Onlara dəstək verməməklə və yanlarında olmamaqla, dövlətçiliyimizin yanında olduqlarını nümayiş etdirdilər.

Bu gün əsas şüarımız xalq və dövlət birliyidir. Və, Gəncədə olanlar təsdiqlədi ki,xalq və dövlət birliyi güclüdür,sabitdir və onu çökdürmək mümkün deyil. Şəhid olan polislərimizə Allahdan rəhmət və ailələrinə səbr diləyirəm”.