“Şahinlər”rəqs kollektivi tamaşaçılarda xoş ovqat yaratdı – Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə şəhər əhalisinin mədəni-asudə vaxtının səmərəli keçirilməsi məqsədilə Sumqayıt şəhər bulvarının konsert meydançasında “Dostluq” mədəniyyət evinin  “Xəzri” xalq və mahnı rəqs ansamblı və uşaq və yeniyetmələrdən ibarət “Şahinlər” rəqs kollektivinin hesabat konserti keçirilib.

Konsertdə “Azərbaycan suitası”, “Qaytağı”, “Qazaxı”, “Dənizçilər”, “Bakı haqqında rəqs”, “Şənlik suitası”, “Tango”, “İspan”, “Yallı” və s. rəqslər tamaşaçılar qarşısında nümayiş olunub.

Konsertdə həmçinin Vüsalə Məmmədova, Aydan Salahova, Şamo Babayev, Vüqar Ulusoy, Vüqar Təmkinin ifa etdikləri şən və oynaq mahnılar tamaşaçılarda xoş ovqat yaradıb.