Vətəndaşlardan Adnan Oktara reaksiya: “Kediciklərin hardadır?” – VİDEO

Bu gün başladılan əməliyyat nəticəsində nəzarət altına alınan Adnan Oktarın əmlakı müsadirə olunub.

Turkustan.info  Türkiyə mətbuatına istinadən xəbər verir ki, şirkətlərinə qəyyum təyin edilib.

Xəbərdə bildirilib ki, əməliyyat zamanı indiyə qədər 166 nəfər saxlanılıb.

Sağlamlığı yoxlanılandan sonra Polis bölməsinə aparılarkən avtomobilə əyləşən Adnan Oktara vətəndaşlar reaksiya verib. Qapının ağzında dayanan vətəndaşlardan biri dəfələrlə qışqıraraq “Kediciklerin hardadır?” sualını verib. Həmin vətəndaşın yanında olan qadın isə Adnan Oktarı təhqir edib.

Qeyd edək ki, “Adnan Oktar Cinayət Təşkilatı” adı altında başladılan əməliyyat çərçivəsində 235 nəfər haqqında saxlanma qərarı verilib.

/A24.az/