Azərbaycanda daha bir güclü yanğın – Çoxsaylı yanğın söndürən maşınlar cəlb olundu

Bakı-Quba magistral yolunun 20-ci km-də yaşıllıq ərazi yanır. 
Turkustan.info Report-a istinadən xəbər verir ki, yolun Abşeron rayonu ərazisindən keçən hissəsində hektarlarla ərazidə güclü yanğın başlayıb. 
Hadisə yerinə çoxsaylı yanğın söndürən avtomobilləri cəlb olunub. Ərazidə güclü alov müşahidə olunur. 
Hazirda yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.