“Bu dəfəki hadisə çoxsaylı suallar doğurur”- Etibar Pirverdiyev

“”Azerenerji” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları Azərbaycan FHN-in əməkdaşları ilə birgə Ağsu və Yevlax rayonları ərazisindəki yanğınların nəticələrini tamamilə aradan qaldırıblar”.
Turkustan.info xəbər verir ki, bunu virtualaz.org-a açıqlamasında “Azerenerji”nin rəhbəri Etibar Pirverdiyev deyib.
“Bütün elektrikötürmə xətləri üzrə elektrik enerjisinin verilməsi tamamilə bərpa olunub. Prinsip etibarilə, elektrik enerjisi qısa vaxt ərzində yalnız Bakının bəzi rayonlarına verilməyib, amma bütovlükdə Bakıda elektrik enerjisinin verilməsi ilə bağlı problem olmayıb. Bir neçə dəqiqə əvvəl isə bütün Azərbaycan üzrə elektrik enerjisinin verilməsi bərpa olunub”, – deyə E.Pirverdiyev vurğulayıb.
O, əlavə edib: “Eyni zamanda Yevlaxda və Ağsuda elektrik xətlərinin altında yanğın başlayıb. Bu da çoxsaylı suallar doğurur. Nəyə görə birdən-birə iki yerdə? Buna görə biz Bakıya və Sumqayıta elektrik enerjisinin ötürülməsini dayandırmağa məcbur olduq”.