Gün: İyul 14, 2018

13 rəqəmi ilə bağlı bitməyən mübahisə: Ölümün baş hərfi, yoxsa uğura qarşı “səlib yürüşü”?

Bu gün iyul 13-ü həm də cümə günüdür. Bir çoxları 13 rəqəminin nəhs olduğunu düşünür, bu günə hansısa əlamətdar hadisə təsadüf edirsə, onu təxirə salır, hətta 13 saylı mənzili almaqdan imtina edənlər də olur. Ayın 13 cümə gününə düşdükdə isə bu “nəhs” həm də qorxulu olur. Bəs, 13 niyə nəhsdir […]

Daha bir anlaşılmazlıq yarandı: Çıxış yolu tapılacaqmı?

Universitetindən 20 yanvara 20 qəpik ödəyərək gələn sərnişinlər bu gündən etibarın 25 qəpik ödəməli olduqlarını qeyd ediblər Xəbər verdiyimiz kimi, bu gündən etibarən 199 saylı marşrut xəttində gediş haqqının ödənilməsi üçün kart sisteminə keçirilib. Bu gün səhər saatlarından avtobuslar sərnişinlərdən “Bakı kart” ilə ödənişləri qəbul etməyə başlayıb. Amma sərnişinlərin bəziləri […]

Adnan Oktar cinayətində YENİ DETALLAR – Azərbaycan vasitəsilə…

Türkiyədə özünü din xadimi kimi təqdim edən və cinayətkar təşkilata başçılıq etdiyi üçün həbs edilən Adnan Oktarın ilk ifadəsi açıqlanıb. Turkustan.info Türkiyə mediasına istinadən xəbər verir ki, dünən A.Oktarın Çengelköydəki villasında araşdırma aparılıb. Polis təhdid, şantaj və çirkli pulların yuyulması ilə təşkilatın ayda 10 milyon dollara yaxın gəlir əldə etdiyini açıqlayıb. […]

Gəncədə şəhid olmuş polis zabitlərinin ordenləri övladlarına təqdim edilib

Daxili İşlər Nazirliyində Azərbaycan Polisinin 100 illik yubileyi münasibətilə bir qrup polis əməkdaşının və iyulun 10-da Gəncədə ictimai asayişi kobud şəkildə pozmaq cəhdinin qarşısının alınması zamanı qəhrəmancasına şəhid olmuş iki polis zabitinin (ölümündən sonra) təltif edildikləri dövlət mükafatlarının təqdim edilməsi mərasimi keçirilib. Turkustan.info-nun məlumatına görə, əvvəlcə nazir Ramil Usubov xidməti […]

Emin Ağalarovun toyundan – Fotolar

Xalq artisti Emin Ağalarov ikinci dəfə ailə həyatı qurub. Turkustan.info xəbər verir ki, o, müğənni Alyona Qavrilova ilə nikah masasına oturub. Moskvada baş tutan mərasimə Rusiyanın tanınmış simaları qatılıb.  Qeyd edək ki, Emin Leyla Əliyeva ilə ailəli olub. Bu evlilikdən onların Əli və Mikayıl adlı əkiz oğulları var. /Musavat.com/

Cavid Osmanov: “Azərbaycan xalqı terroru lənətləyir”

“Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına edilmiş sui-qəsd terror hadisəsidir. Bunu törədənlər cəzalarını almalıdırlar. İyulun 10-da Gəncədə qanunsuz aksiya zamanı polis zabitlərini qətlə yetirənlər də axtarışa verilib. Əminik ki, bu hadisəni törədənlər, onların arxasındakı qüvvələr cəzalandırılacaqlar”. Turkustan.info-nun xəbərinə görə, bunu Milli Məclisin deputatı Cavid Osmanov deyib. “Heç bir dövlət bu cür hadisələrdən […]

Ermənilərdən növbəti təxribat xəbəri

Ermənistan Müdafiə Nazirliyi Azərbaycana qarşı növbəti təxribat xarakterli məlumat yayıb. Turkustan.info Tert.am-in məlumatına əsasən xəbər verir ki, Azərbaycan tərəfi guya dünən axşam saatlarında atəşkəs rejimini pozub.  Amma Azərbaycanın Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 92 dəfə […]

Kremlin ideoloqundan ermənilərə GÖZLƏNİLMƏZ CAVAB – “Əraziləri qaytarın, İlham Əliyev sizə…”

“Nikol Paşinyan hakimiyyətə gələn kimi Dağlıq Qarabağ münaqişəsinin həll planını – ilkin mərhələdə 5 rayon Azərbaycana qaytarılır, daha sonra digər ərazilərin taleyi müzakirə olunur – ləğv etdi. Bu razılaşma Serj Sarkisyanın vaxtında əldə olunmuşdu”. Bu barədə Beynəlxalq Avrasiyaçılıq Hərəkatının lideri, Kremlin ideoloqu kimi tanınan rusiyalı politoloq Aleksandr Duqin Ermənistan mediasına […]

Bu da uçan maşın – VİDEO

Tıxacdan xilas edəcək uçan qurğu bir nəfərlikdir Kanadada uçan maşının prototipi hazırlanıb. İstiPress-in məlumatına görə, bir yerli olan və “BlackFly” adlanan maşını “Opener” şirkəti ərsəyə gətirib. Aparatın uzunluğu 4, hündürlüyü isə yarım metrə yaxındır. O, 114 kq çəkiyə, 2 metrə yaxın isə boya hesablanıb. Xarici görünüşünə görə “BlackFly” normal maşınlara qismən […]

Paşinyanın Avropa fiaskosu – “Bizi başdan elədilər…”

Qərb paytaxtlarından Rusiyaya qarşı qarant və 160 milyon avro almağa gedən erməni baş nazir pərt oldu; Paşinyandan acı etiraflar: “Avropanın bu mövqeyi bizim üçün aydın və qəbuledilən deyil, Ermənistan konkret kömək gözləyirdi, onlar isə…” Ermənistanın baş naziri Nikol Paşinyanın Avropaya ilk səfəri erməni tərəfinin, onun KİV-nin yaratdığı təbliğati hay-küyə rəğmən, […]

Gəncə terroru: Rauf Arifoğlunu kimlər hədəfə aldı?

Əməkdar jurnalist, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğluna qarşı radikal ünsürlər və təkfirçi ekstremistlər tərəfindən virtual terror həmlələri başladılıb. Turkustan.info xəbər verir ki, R.Arifoğlunun Gəncə hadisələri ilə bağlı Real TV-də çıxışı zamanı Gəncə meydanında “qısa şalvarlılar”ın da olması ilə bağlı dedikləri onun təhdidlərə məruz qalmasına səbəb olub. Sosial şəbəkələr üzərindən, […]

Gəncə hadisələrinə görə daha 3 nəfər həbs olundu – FOTO

Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində 2018-ci il iyulun 3-də Gəncə şəhərində törədilmiş terror aktında iştirakda təqsirləndirilən Əliyev Akif İsmayıl oğlu həbs edilib. Turkustan.info-nun  AzVision.az-a istinadən əldə etdiyi məlumata görə, Əliyev Akif İsmayıl oğlu 1966-cı ildə Ermənistan SSR-də anadan olub. Azərbaycan Respublikasının vətəndaşıdır. Bundan başqa 2018-ci il iyulun 10-da Gəncə şəhərində […]

Adnan Oktarın aylıq qazancı nə qədər olub?

Adnan Oktar və qruplaşmasına qarşı keçirilən əməliyyat nəticəsində ələ keçirilən 86 şirkətə qəyyum təyin edilib. Turkustan.info xəbər verir ki, qruplaşmanın aylıq 10 milyon dollar qazandığı məlum olub. Pul isə qeyri-qanuni yollarla qazanılıb. Qruplaşmaya aid şirkətlər beynəlxalq şirkətlərlə ticarət edib və əvvəlcə az miqdarda mal alaraq ödəniş ediblər. Sonra isə ödənişlər […]

Şeyxülislam Gəncə hadisələrindən danışdı: “O adam kafirdir”

“Terrorun İslam dinində heç bir yeri yoxdur. İsada da, Musada da, Məhəmməd peyğəmbər səllalahu aleyhi və səlləmin gətirdiyi Quranda da bir insanı qətl etmək, müqəddəsliyə əl uzatmaq Allaha qarşı üsyandır. O adam kafirdir”. Turkustan.info-nun məlumatına görə, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Gəncə hadisələri barədə danışarkən […]

​​​​​​​“Türk Hava Yolları”ndan Azərbaycana QARDAŞ JESTİ

“Türk Hava Yolları” aviaşirkəti İstanbulda inşa edilən yeni hava limanından ilk ölkədaxili uçuşu Ankaraya, ilk ölkə xaricinə uçuşları isə Azərbaycan və Şimali Kipr Türkiyə Cümhuriyyətinə həyata keçirəcək. Turkustan.info Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda “Türk Hava Yolları”nın Baş direktoru Bilal Ekşi bildirib. Şirkətin yeni hava limanına daşınması bu il […]

İnsan 5300 il əvvəl nə yeyirdi? – Alimlərdən MARAQLI TƏDQİQAT

İtaliyanın “Eurac Research” tədqiqat mərkəzindən olan alimlər qrupu 5300 yaşlı Esi adlı mumiyanın mədəsinin tərkibini analiz ediblər. Turkustan.info xarici mediaya istinadən xəbər verir ki, tədqiqatın məqsədi qədim insanın son qidasının nədən ibarət olduğunu müəyyən etmək olub. Bildirilir ki, alimlər mikroskopiya metodlarının köməyi ilə Esinin orqanizmində zəhərli ayıdöşəyi, təzə və ya qurudulmuş […]

“Gəncə “İmamzadə”sinin tarixi haqqında Prezidentə məlumat verəndə…” – Allahşükür Paşazadə danışdı

Terrorun İslam dinində heç bir yeri yoxdur. İsada da, Musada da, Məhəmməd peyğəmbər səllalahu aleyhi və səlləmin gətirdiyi Quranda da bir insanı qətl etmək, müqəddəsliyə əl uzatmaq Allaha qarşı üsyandır. O adam kafirdir. Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Gəncə hadisələri barədə danışarkən deyib. QMİ sədri […]

Bakıda stolu 250 manat olan şadlıq evləri – VİDEO

Paytaxtda elə şadlıq sarayları var ki, menyuları 150, 200, hətta 250 manatdır. Təəccüblüsü budur ki, belə restoranların sayı gündən-günə artır. Ancaq cəmiyyətdə bu, birmənalı qarşılanmır. Turkustan.info xəbər verir ki, bu haqda xəbəri “XəzərXəbər” yayıb. Reportajda bildirilir ki, bəzi vətəndaşlar elə bu qiymətə görə, toylara gedə bilmədiklərini deyirlər. Sosioloqlar da bu […]

“İcra başçıları özlərini vətəndaşdan yuxarıda görürlər” – Vahid Əhmədov

“Məmur-vətəndaş münasibətləri çox ciddi məsələdir və hazırda bu problem var. Deməzdim ki, bu problem yalnız Gəncədədir. Bir çox regionlarda bu problem var”. Turkustan.info xəbər verir ki, bunu millət vəkili Vahid Əhmədov Yeni Müsavat-a müsahibəsində deyib. O, bildirib ki, çox təəssüflər olsun ki, icra başçılarının əksəriyyəti  məmur-vətəndaş münasibətlərində çox ciddi problemlər […]

Ailə ənənələri mövzusunda sosioloji araşdırmalar layihəsi yekunlaşdı

Azərbaycan Respublikasi Prezidenti yaninda QHT-lərə Dovlət Dəstəyi Şurasinin Maliyyə yardimi ilə”Gənclərin Həmrəyliyi” ictimai birliyi 11-12 iyul tarixində Tovuz rayonunda “Ailə Ənənələri movzusunda sosioloji araşdirmalar aparmaq, ailə dəyərlərinin təbligi istiqamətində dəyirmi masalar keçirmək”adli layihəsini həyata kecirir. Layihəmiz Tovuz rayonunda son tədbirimizidə ugurla başa vurduqdan sonra başa çatdi.

“İRƏLİ” İctimai Birliyinin sədri Gəncə hadisələrinə münasibət bildirdi

“Cənab Prezidentin yürütdüyü güclü siyasət və xalqımızın dəstəyi Azərbaycanı bu ağır günlərdən tez bir zamanda sabitliyə çıxaracaq”. Turkustan.info xəbər verir ki, bunu açıqlamasında “İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov deyib: “Mən deyərdim ki, Gəncə şəhərində baş verən hadisələrin kökündə Azərbaycanı, onun inkişafını gözü götürməzlik var. Görünən odur ki, Ermənistanla yanaşı, […]

“Bu kitab erməniyə elə bir yaylım atəşi olacaq ki, onlar bu zərbədən çətin qalxsın”

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Beynəlxalq ümumi hüquq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Rüstəm Məmmədovun “Ermənistan Respublikasının işğalçılıq siyasəti və regional təhlükəsizlik problemləri” adlı kitabı işıq üzü görüb.  Turkustan.info istinadən xəbər verir ki, ingilis dilində nəşr olunan bu kitabda müsir beynəlxalq hüquqda işğalçılıq siyasəti tədqiq olunaraq, klassik beynəlxalq hüquq […]

Ailə qurmaq üçün ən ideal yaş hansıdır?

Ailəni neçə yaşda qurmaq lazımdır ki, bu ailə xoşbət və möhkəm olsun? Alimlər bu suala cavab tapıb. Turkustan.info xəbər verir ki, alimlər yüzlərlə ailə cütlüklərin münasibətlərini təhlil etdikdən sonra ailə qurmaq üçün ideal yaş təyin edib. Mütəxəssislərin fikrinə görə, bu 28-32 yaşlar arasıdır. Bu yaşlarda ailə quran insanlar özünü daha xoşbəxt […]

14 yaşlı uşağa qarşı DƏHŞƏTLİ ƏMƏL: Qardaşı və dayısının təcavüzündən sonra…

Turkustan.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, özünü yaxşı hiss etməyən 14 yaşlı A.B-ni valideynləri həkimə aparıb. İlkin müayinədən sonra hamilə olduğu bəlli olub. Bir nəqədər sonra o qız övladı dünyaya gətirib.  Daha sonra həkmlər hadisə ilə bağlı polisə məlumat verib. Polisə ifadə verən A.B. böyük qardaşı və görmə qüsurlu […]

Prezidentin etirazla Milli Məclisə qaytardığı QANUNLAR

Konstitusiyanın 97-ci maddəsinə görə, Milli Məclis tərəfindən qanunlar qəbul olunduqdan sonra 14 gün müddətində imzalanmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir. Milli Məclisin Daxili Nizamnaməsində göstərilib ki, Azərbaycan Respublikası Prezidentinin etirazını doğuran və qaytarılan qanunlara Milli Məclis tərəfindən təkrar baxılır. Belə ki, Konstitusiyanın 110-cu maddəsinin I hissəsində göstərilmiş müddət ərzində […]

Rusiyada “qırmızı yağış” yağıb

Rusiyanın Norilsk şəhərində “qırmızı yağış” yağıb. Turkustan.info məlumatına görə, yağışın səbəbi kimi bölgədə yerləşən metallurgiya zavodunun borularının tərkibi göstərilib. Qeyd olunur ki, səbəblərdən biri kimi həmçinin bir müddət əvvəl zavodun damının təmir olunması da göstərilib. Məlumata əsasən, damdan yığışdırılan material külək nəticəsində havaya dağılıb və yerdə qırmızı gölməçələr yaranıb. Bu […]

İsrail-İran gərginliyi artır: Hər an müharibə başlaya bilər

İsrail-İran gərginliyi hər an açıq toqquşmaya çevrilə bilər. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, sözügedən iki dövlət arasında dialoq, barışıq meyillərinin olmaması İsrail-İran müharibəsini şərtləndirir: “Bu isə açıq-aşkar İsrail-İran münasibətlərində düşmənçiliyi artırır. Tərəflərin bir-birinə qarşı təhlükəli planları var. İsrail ümumiyyətlə İranla bağlı dünyadakı […]

Azərbaycanda nə qədər işsiz var?

2018-ci il iyulun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 mln. 108,9 min nəfər olub, onlardan 4 mln. 856,5 min nəfərini məşğul əhali təşkil edib. Turkustan.info Dövlət  Statistika Komitəsinə istinadən xəbər verir ki, cari il iyunun 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1 mln. 545,4 min nəfər, o cümlədən […]

Bu gün DÇ-2018-in bürünc mükafatçısı müəyyənləşəcək

Bu gün Rusiyadakı dünya çempionatının bürünc mükafatçısı müəyyənləşəcək. 3-cü yer uğrunda görüşdə Belçika və İngiltərə milliləri üz-üzə gələcək. Bu komandalar DÇ-2018-də ikinci dəfə qarşılaşacaqlar. Eyni qrupda yer almış iki ölkənin duelində Belçika qalib olmuşdu – 1:0. “Qırmızı şeytanlar” 1/8 finalda Yaponiya, 1/4 finalda isə beşqat dünya çempionu Braziliyanı mübarizədən kənarlaşdırıb. […]