Bu da uçan maşın – VİDEO

Tıxacdan xilas edəcək uçan qurğu bir nəfərlikdir

Kanadada uçan maşının prototipi hazırlanıb. İstiPress-in məlumatına görə, bir yerli olan və “BlackFly” adlanan maşını “Opener” şirkəti ərsəyə gətirib.

Aparatın uzunluğu 4, hündürlüyü isə yarım metrə yaxındır. O, 114 kq çəkiyə, 2 metrə yaxın isə boya hesablanıb.

Xarici görünüşünə görə “BlackFly” normal maşınlara qismən bənzəyir. Lakin ona avtomombil demək o qədər də doğru olmaz. Belə ki, uçan aparatın normal maşından fərqli olaraq təkərləri yoxdur. Mühəndislər onu daha çox ənənəvi daşınma vasitələrinə rəqib olan “şəxsi nəqliyyat” vasitəsi kimi təqdim edirlər.

“BlackFly” elektrik mühərriki ilə çalışır. Bir dəfə mehərriki tam enerji ilə doldurulmaqla 40 km uça bilər. Sürəti saatda 62 km-ə yaxındır.

Onlarla sınaqdan üzüağ çıxan uçan aparatın qiymətinin isə normal maşınla eyni olacağı gözlənilir.