Bu gün DÇ-2018-in bürünc mükafatçısı müəyyənləşəcək

Bu gün Rusiyadakı dünya çempionatının bürünc mükafatçısı müəyyənləşəcək.

3-cü yer uğrunda görüşdə Belçika və İngiltərə milliləri üz-üzə gələcək. Bu komandalar DÇ-2018-də ikinci dəfə qarşılaşacaqlar. Eyni qrupda yer almış iki ölkənin duelində Belçika qalib olmuşdu – 1:0.

“Qırmızı şeytanlar” 1/8 finalda Yaponiya, 1/4 finalda isə beşqat dünya çempionu Braziliyanı mübarizədən kənarlaşdırıb. Roberto Martinesin baş məşqçi olduğu kollektiv yarımfinalda Fransa səddini keçə bilməyib.

İnglitərə isə 1/8 finalda Kolumbiya, 1/4 finalda İsveçdən güclü olub. Britaniyalılar finala gedən yolda Xorvatiya ilə bacarmayıb.

DÇ-2018

14 iyul 

3-cü yer uğrunda oyun

18:00. Belçika – İngiltərə

Baş hakim: Alireza Faqani (İran)

Sankt-Peterburq. “Sankt-Peterburq” stadionu stadionu    /A24.Az/