Bakı metrosunda növbəti qalmaqal – Qısa ətək geyinənləri tənqid etdi, döyüldü – VİDEO

Bakı metrosunda növbəti dəfə qalmaqal yaşanıb.
Turkustan.info Minval.info-ya istinadən xəbər verir ki, bu dəfə də davaya səbəb geyim olub. Belə ki, kimliyi bəlli olmayan şəxs qatara daxil olan qadını mini ətək geyindiyi üçün tənqid edib. O, qısa geyinənləri vətən xaini adlandırıb.
Lakin o, başqa bir vətəndaşın etirazı ilə qarşılaşıb. Vəziyyət o həddə çatıb ki, sərnişinlər əlbəyaxa olublar.
Sözügedən hadisənin görüntülərini sizə təqdim edirik: