Be. İyl 22nd, 2019

Ticarət mərkəzində baş verən yanğın söndürüldü – VİDEO

Abşeron rayonunda ticarət mərkəzində yanğın başlayıb.

FHN-nin Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən  verilən məlumata görə, yanğın rayon ərazisindəki “Riyad” Ticarət Mərkəzindəki mebel dükanının anbarında başlanıb.

Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib.

Hələlik yanğının qarşısını almaq mümkün olmayıb.

***

Alovun yayılmasının qarşısı alınıb və yanğın söndürülüb.

Əlavə məlumat veriləcək.

/Axar.az/