Bakıda avtobus yandı

Bakı şəhərinin Nizami rayonunda 35 saylı sərnişin avtobusunda yanğın baş verib.  Turkustan.info “Report”a istinadən xəbər verir ki, hadisə “Neftçilər” metrosunun yaxınlığında qeydə alınıb.

Yanğın hadisə yerinə çağırılmış Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri tərəfindən söndürülüb, xəsarət alan olmayıb.