Gənclərə müjdə – Sumqayıtda müasir kinoteatr istifadəyə veriləcək

Vaxtilə şəhərin ən böyük mədəniyyət obyektlərindən olan “Nizami” kinoteatrında əsaslı təmir işlərinə başlanılıb. 

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Nəriman Nərimanov küçəsində yerləşən Nizami kinoteatrındakı vəziyyətlə tanış olarkən bildirmişdi ki, Sumqayıt şəhərində müasir texnologiyalara uyğun, ən yeni proyektorlar, yüksək parlaqlığa malik kinoekranlar və səs sistemləri ilə təchiz olunan, tamaşaçıların zövqünü oxşayan kinoteatrın olması vacibdir.

Z.Fərəcov “Nizami” kinoteatrı ilə tanış olarkən qısa müddətdə müasir tələblərə cavab verən kinoteatrın istifadəyə veriləcəyini və gənclərin asudə vaxtının səmərəli keçirilməsi üçün əlverişli şərait yaradılacağını bildirmişdi.

Qeyd edək ki, Nizami kinoteatrı 1960-cı illərdə tikilib. Bir zamanlar şəhər sakinlərinin ən çox üz tutduğu məkanlardan biri olan ikimərtəbəli, 600 nəfərlik tamaşa zalı olan kinoteatrda bu günə kimi heç bir təmir aparılmayıb, avadınlıqlar, oturacaqlar yararsız vəziyyətə düşmüşdü.

Məlumat üçün bildirək ki, “Nizami” kinoteatrının qarşısında genişmiqyaslı abadlıq-quruculu işləri aparılıb, şəhər sakinlərinin asudə vaxtının səmərəli keçirilməsi üçün geniş işlər görülüb.