Gün: İyul 17, 2018

Azərbaycanlıların soyqırımı tarixin ən qanlı faciələrindəndir

I yazı Soyqırımı bütöv əhali qruplarının, etnosların irqi, milli, etnik, yaxud dini əlamətlərə görə tamamilə və ya qismən məhv edilməsi deməkdir. Tarix sübut edir ki, XIX əsrdən başlayaraq ermənilər Qafqazda və Türkiyə ərazisində işğalçılıq niyyətlərini həyata keçirmək və tarixi torpaqlarımız hesabına “böyük Ermənistan” xülyasını reallaşdırmaq üçün ardıcıl olaraq hərbi və […]

Tramp Ərdoğana tərif dedi: “Dövlət başçılarından yalnız o,…”

Brüsseldəki NATO zirvəsi ABŞ mətbuatında müzakirə olunmağa davam edir. Turkustan.info xəbər verir ki, ABŞ-ın CBS televiziyasında çıxış edən jurnalist Yan Bremmer Trampın zirvəyə damğa vuran çıxışlarından daha əvvəl eşidilməmiş ifadələri tamaşaçılarla bölüşüb. Bremmer NATO liderlərinin müdafiə büdcəsində artım etmək istəmədiyi üçün Trampın çox əsəbi olduğunu qeyd edib: “Liderlərin bir çoxu […]

Allahşükür Paşazadə: “İlham Əliyevə də dedim ki, qorxuram”

“Müstəqillik qazananda cəmi 17 məscidin olduğu Azərbaycanda hazırda 2 min məscid var. Bu, ümummilli lider Heydər Əliyev və prezident İlham Əliyevin apardığı siyasətin, dinə yanaşmasının nəticəsidir”. Turkustan.İnfo APA-ya istinadən xəbər verir ki, bunu Gəncədə iğtişaşların qarşısını alarkən şəhid olan polis əməkdaşlarının 7 mərasimində Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə bildirib. […]

Bakıda özünü ərəb şeyxi kimi aparan oliqarx kimdir? – VİDEO

Bakının maşın bazarında ortaya çıxan mənzərə maraq doğurub. Turkustan.info xəbər verir ki, Badamdar qəsəbəsində oliqarx olduğu iddia edilən şəxs özünü ərəb şeyxlərinə bənzədib. Belə ki, onun yanındakı cangüdən və ya köməkçisi çətirlə müdirini günəş şüalarından qoruyur. Mobil telefon vasitəsilə “şeyxi” lentə alan şəxs indiyə qədər belə mənzərənin şahidi olmadığını dilə gətirib. O, […]

Xoşqədəm Hidayətqızı tapdı, “tok” vurub öldürdü

Bu gün günorta saatlarında Salyan rayonunda 14 yaşlı oğlan elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib. Turkustan.info xəbər verir ki, Salyan şəhər Ə.Zeynalov küçəsində yerləşən həyətdə elektrik nasosu ilə su vuran 2004-cü ildə anadan olmuş Səyyad Kənan oğlu Bəkirovu elektrik cərəyanı vuraraq öldürüb. Faktla bağlı araşdırma aparılır. Məlumata görə, dünyasını dəyişmiş […]

Azərbaycan tam üzən məzənnəyə keçidə hazırlaşır

2020-ci ildən Azərbaycanda tam üzən məzənnə rejimi tətbiq olunacaq. Turkustan.info xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında Strateji Yol Xəritəsinin icra vəziyyəti”nin 2017-ci il üzrə illik monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib. Monitorinq və qiymətləndirmə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanıb.  Sənəddə qeyd edilib ki, əsas icraçı qurum olan Mərkəzi […]

18 yaşlı qızı 17-ci mərtəbədən kim atıb? – Bakıdakı dəhşətli hadisənin detalları açılır

Bu gün Bakı şəhərinin Yasamal rayonunda 18 yaşlı qızın özünü 17-ci mərtəbədən ataraq intihar etməsi hadisəsi ilə bağlı bəzi məqamlar dəqiqləşib. Turkustan.info Lent.az-a istinadən xəbər verir ki, Yeni Yasamal 2 yaşayış massivində – Əsəd Əhmədov küçəsində “Şərur MTK”ya məxsus kompleksdən özünü ataraq intihar edən 2000-ci il təvəllüdlü Vəliyeva Nərgiz Rövşən […]

Prezidentdən Azərbaycan dili ilə bağlı mühüm sərəncam

Prezident İlham Əliyev Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb.   Turkustan.info-nun xəbərinə görə, sərəncama əsasən Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin, bu dillə maraqlanan şəxslər üçün əlçatanlığının təmin edilməsi və öyrənilməsinin asanlaşdırılması məqsədilə  Xarici İşlər Nazirliyi Təhsil Nazirliyi, […]

Yaşlı qadın Bakıda sökülən evdən çıxmır – VİDEO

Bakının Azadlıq prospektində Hənifə Ələsgərov və Mirəli Qaşqayküçələrinin kəsişməsində yerləşən 80 nömrəli evdə əsl faciə yaşanır. Sökülməli olan binanın bir neçə sakini evlərindən çıxmaqdan imtina edirlər.  Bundan başqa, itaətkar bina sakinləri artıq köçürülüb, binanın girişlərində isə əllərində açar toplusu olan insanlar gəzir. Əgər açarın kodu düzgün gəlmirsə, onu sadəcə güc yolu ilə sındırırdılar. Günlərlə […]

Moskvadan İrəvana SON QARABAĞ ŞƏRTİ: Ermənistan üçün DƏHŞƏTLİ İKİ YOL

Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağda müharibə qorxusu haqda danışması və orduya hazırlıq əmri verdiyini, hər şeyin nəzarət altında olduğunu bəyan etməsi erməni mediasında birmənalı qarşılanmayıb. Turkustan.info xəbər verir ki, erməni şərhçi Qarnik Qevorqyan Paşinyanın artıq ikinci dəfədir Qarabağla bağlı danışdığına diqqət çəkib: “Paşinyan bu mesajlarla cəmiyyəti sakitləşdirməyə çalışır. Lakin reallıqda […]

Bütün qadın problemləri buradan qaynaqlanır – Dahi psixoloqun KƏŞFİ

Hamımız yaxşı bilirik ki, səhvləri etiraf etmək çətin olur. Bəzən haqsız olduğumuzu bilə-bilə özümüzü müdafiə etməyə, küsməyə və hirslənməyə davam edirik. Nəticədə neqativ və aqressiya həm özümüzə, həm də yaxınlarımıza qayıdır. Bu halda evdə ailədaxili münaqişələr və gərginlik yaranr. Rəfiqələr bir yerə yığışanda tez-tez öz məişət problemlərini müzkairə edir, ərlərindən […]

MEK-dən millət vəkili ilə bağlı təqdirəlayiq ADDIM

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov haqqında rus və ingillisdilli Vikipediya məqaləsi yaradılıb. Bu barədə Turkustan.info-ya MEK-dən məlumat verilib. Məlumata görə, bu materiallarda Ə.Amaşovun fəaliyyəti və gördüyü işlərə geniş yer verilib. Məqalələrlə bu və linklərdən tanış ola bilərsiniz.

Türkiyənin ən uzun gecəsində… 15 İyulda gördüklərim

Söhrab İsmayıl Qazi Universitetinin magistrantı (Türkiyə) 2016-cı ildə Türkiyənin Qazi Universitetində Beynəlxalq Münasibətlər ixtisası üzrə magistratura təhsilimi davam etdirirdim. Ankaranın Keçiörən rayonunda Rayon Ülkü Ocaqlarından olan dostlarla bərabər eyni evdə qalırdıq. Evin yerləşdiyi binanın yanında Piri-Türküstan məscidi və önündə park idi. 2016-cı il Türkiyə üçün çox ağır keçməktəydi. Bir-birinin ardınca […]

Sürücülərə şad xəbər – 1 gündən sonra sizə cərimə yazıla bilməz

Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. İnzibati Xətalar Məcəlləsinə dəyilişlik edilib. Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb və Məcələyyə ötən ay Milli Məclis tərəfindən edilən dəyişikliklər təsdiqlənib. Turkustan.info-nun məlumatına görə, dəyişikliklərə əsasən inzibati cəza tədbiri ilə bağlı məlumatlar elektron portala daha qısa müddətdə yerləşdirilməlidir. Belə ki, bundan sonra […]

Gəncə hadisələri: terrorçuların əsas hədəfi… – Analiz

Preziden İlham Əliyev 3 iyul və 10 iyul tarixlərində Gəncədə törədilmiş mütəşəkkil cinayət əməllərini məhz terror aktları kimi qiymətləndirib və bütün bunların hədəfində dövlətçiliyimizin dayandığını vurğulayıb. Turkustan.info xəbər verir ki, bu sözləri millət vəkili Elman Nəsirov deyib. O bildirib ki, Prezidentin Gəncə iğtişaşlarına və onun nəticələrinə verdiyi obyektiv qiymət terror […]

Duqinin Qarabağla bağlı dediyi sözlər türk aparıcını özündən çıxartdı: “…Rusiyanın qucağına minək?!” – VİDEO

Türkiyənin “Ulusal” kanalında yayımlanan verilişdə aparıcı Halil Nebiler rusiyalı politoloq Aleksandr Duqinin Qarabağla bağlı fikirlərini şərh edib. Turkustan.info bildirir ki, türkiyəli aparıcı Duqinin erməni mediasına verdiyi açıqlamasıyla ölkəsinin dost və düşmən ölkələr barəsində ciddi düşünməsinə vurğu edib. Belə ki, erməni mediasına açıqlama verən Aleksandr Duqin “bütün Qarabağ Azərbaycana aiddir” demişdi. Türk aparıcı isə […]

Son dəqiqə ! – Yumurta və toyuq əti kəskin bahalaşıb – SƏBƏB

Azərbaycanda yumurtanın və toyuq ətinin qiyməti qalxıb. Yay mövsümünün əvvəlində 8-9 qəpiyə satılan yumurta indi 14-16 qəpiyə təklif edilir. Toyuq ətinin bir kiloqramı isə 6 manata (əvvəl qiymət 3 manat 80 qəpiklə 4 manat 50 qəpik arasında dəyişirdi) yüksəlib. Dövlət Statistika Komitəsi də iyun ərzində toyuq ətinin, yumurtanın qiymətinin qalxdığını açıqlayıb. Bahalaşmanın […]

“Güzəştli mənzillər”in təkrar satışı nə vaxt olacaq?

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən may ayında Yasamal Yaşayış Kompleksində ilk sosial mənzillərin satışı təşkil edilsə də, sonradan prosedur dayandırıldı və nəticələr ləğv edildi. Agentlik bunu mənzil seçimi mərhələsində “Elektron hökumət” portalına istifadəçi daxilolmalarının və aparılan əməliyyatların sayı kütləvi xarakter daşıdığına görə portalın artıq yüklənməyə məruz qalması və bəzi […]

Azərbaycandan kimlər Adnan Oktarla bağlı konsulluğa şikayət etdi? – VİDEO

Türkiyə mediasında yayımlanan xəbərlərdə 6 ölkənin Adnan Oktardan şikayətçi olduğu bildirilib. Turkustan.info xəbər verir ki, həmin ölkələr Azərbaycan, Almaniya, Qazaxıstan, Hollandiya, Qətər və Avstriyadır. Adı çəkilən ölkələrdən 51 zərəçəkmiş baş konsulluqlara gedərək Adnan Oktardan şikayətçi olub. Qeyd edək ki, “Adnan Oktar cinayət təşkilatı” adı altında başladılan əməliyyat Türkiyədə daha da genişləndirilib. […]

Telman Adıgözəlovun vəfatıyla bağlı ŞOK FAKT: “Onu öldürdülər” – VİDEO

Bugün xalq artisti, bənzərsiz aktyor Telman Adıgözəlovun doğum günüdür. Turkustan.info xəbər verir ki, sənət dostu, əməkdar artist Hicran Nəsirova aktyorla bağlı xatirələrini Yenicag.az-a bölüşüb: “Telman olduqca şux, həyatsevər bir insan idi, heç vaxt ölüm barədə düşünməzdi. Zarafatcıl insan idi. Biz tamaşa oynayanda pərdə arxasında dayanıb bizi güldürürdü. Amma qəribədir ki, bu cür […]

Bu gündən sürücülük vəsiqəsi üçün rüsum qalxdı

Bu gündən etibarən sürücülük vəsiqəsi almaq və dəyişdirmək, eləcə də avtomobilin qeydiyyat şəhadətnaməsini almaq və dəyişdirmək üçün ödənilən rüsumun məbləği dəyişir. Turkustan.info xəbər verir ki, “Dövlət rüsumu haqqında” Qanuna edilən son dəyişikliyə əsasən, bu gündən həm sürücülük vəsiqəsinin, həm də qeydiyyat şəhadətnaməsinin alınması üçün 25 manat rüsum ödəniləcək. Qeyd edək […]

Sumqayıtda uşaqlar üçün əyləncə saatı təşkil edilib – FOTOLAR

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə yay mövsümü ilə əlaqədar olaraq Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsi açıq səma altında uşaqlar üçün əyləncə saatı təşkil edib.  Turkustan.info-nun verdiyi məlumata görə, uşaqların mütaliəyə marağının artırılması və asudə vaxtının səmərəli təşkili məqsədilə keçirilən tədbirdə oxucular və şəhər sakinləri kitabxana fonduna […]

Masallıda ziyalılarla gənclərin görüşləri keçirilib – FOTO

Masallı kəndlərində tariximizin, mədəniyyətimzin və Qarabağ həqiqətlərinin yayılmasında gənclərin rolu adlı tədbir və  ziyalılarla gənclərin  görüşləri keçirilib. Millət vəkili Q.Paşayeva Masallı kəndlərində gənclərə Qarabağ həqiqətlərinin təbliği ilə bağlı çağırış edib.   Masallının Hişkədərə kəndində  Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin təşkilatçılığı  ilə “tariximizin, mədəniyyətimzin və Qarabağ həqiqətlərinin yayılmasında gənclərin rolu adlı […]

Allahşükür Paşazadə Gəncəyə getdi – Dindarlarla görüş

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bu gün səhər saatlarında Gəncə şəhərinə gedib. Turkustan.info Modern.az-a istinadən xəbər verir ki, şeyxi QMİ-nin nümayəndə heyəti müşayiət edir. Allahşükür Paşazadənin Gəncədə törədilmiş iğtişaşlar, icra başçısı Elmar Vəliyevə sui-qəsd cəhdi və iki polis zabitinin qətlə yetirilməsi hadisələrilə bağlı şəhər ictimaiyyəti, dindarlarla […]

Azercell-dən məktəblilər üçün pulsuz proqramlaşdırma dərsləri

“Barama Junior 2018 / Summer IT school for kids” layihəsinə start verildi Gələcək nəslin inkişafına dəstək məqsədilə bir çox layihələr həyata keçirən “Azercell Telekom” MMC daha bir təşəbbüslə çıxış edir. Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin PAŞA Bankın dəstəyi ilə məktəblilərin yay tətilini daha səmərəli və məhsuldar keçirməsi […]

Qartal 10 yaşlı qıza hücum etdi – VİDEO

Qırğızıstanın şimali-şərqində yerləşən İssık-Kul gölü ətrafında əvənəvi ovçuluğun nümayişi zamanı qartal 10 yaşlı qıza hücum edib. Turkustan.info xəbər verir ki, bu haqda “Kabar” informasiya agentliyi bildirib. Azyaşlı insanlar qrupundan ayrılaraq qaçmağa başlayıb. Yırtıcı quş onun hərəkətlərinə hücumla reaksiya verib. Köməyə gələn insanlar hadisənin faciə ilə nəticələnməsinə imkan verməyiblər. Qızı xəstəxanaya yerləşdirdilər. […]

Xərçəngin dərmanının bir addımlığında

Alimlər yeni vaksin yaratdı Alimlər hər il dünyada milyonlarla insanın ölümünə səbəb olan bəladan – xərçəngdən xilas olmağın yollarını axtraışına davam edirlər. İddiaya görə, onlar xəstəliyə qarşı vaksinin əldə edilməsinin bir addımlığındadırlar.  Con Hopkins universitetinin alimləri beyindəki onkoloji hüceyrələri məhv edə bilən vaksin yarada biliblər. Əgər vaksinin test mərhələsi də […]

Piyadaların cəriməsi 2 dəfə artırıldı

Sürət həddi 80 km-dən çox olan yolu keçən piyada… Yolu nəzərdə tutulmayan yerdən keçən piyadaların cəriməsi artırıldı. Hərəkət sürətinin həddi 80 km/saat və daha artıq müəyyən edilmiş yolda piyada yolun hərəkət hissəsini piyadaların yolu keçməsi üçün müəyyən edilmiş yerlərdən kənar keçdiyinə görə 40 manat məbləğində cərimə ediləcək.  Prezidenti İlham Əliyevin bu […]

“Hazırda xəstənin harda olduğunu bilmirəm” – Elmar Vəliyevi əməliyyat edən cərrahın köməkçisi

“Elmar Vəliyevin sağlıq durumu getdikcə yaxşılaşır. Ümid edirik ki, xəstənin vəziyyəti yaxın vaxtlarda, getdikcə daha da yaxşı olacaq”. Turkustan.info bildirir ki, bunu Modern.az-a açıqlamasında Elmar Vəliyevi əməliyyat edən Türkiyədəki Bahçeşehir Universitetinin tibb fakültəsinin dekanı, məşhur beyin cərrahı, professor Türker Kılıçın köməkçisi Gülşah Öztürk deyib. Köməkçi bildirib ki, Türker Kılıç Elmar […]

“Asan İmza” nömrəsinin aylıq abunə haqqı ARTIRILDI

“Azercell Telekom” MMC “Asan İmza” xidmətinin qiymətini artırıb. Turkustan.info xəbər verir ki, 15.08.2018-ci il tarixdən “Asan İmza” xidmətindən istifadəyə görə əhali, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər, hüquqi şəxslərin nümayəndələri və dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşları olan “Azercell” abunəçiləri (28.08.2017-ci il tarixdən etibarən dövlət hakimiyyəti və […]

Azərbaycan və Rumıniya diasporlarının əməkdaşlığını, təcrübə mübadiləsini əks etdirən memorandum imzalanıb

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun başçılıq etdiyi nümayəndə heyəti Rumıniyaya səfəri zamanı bir sıra görüşlər keçirib. Səfər zamanı nümayəndə heyətinin üzvləri Rumıniyadakı diplomatlarımızla birlikdə Buxarestdə yerləşən Tei Parkındakı Heydər Əliyev xiyabanında ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar. Sonra Fuad Muradov xaricdə yaşayan […]

Azərbaycanda maşın nömrələri ilə bağlı mühüm – YENİLİK

Yaxın gələcəkdə avtomobillər üçün bəzi dövlət qeydiyyat nişanları artıq hərrac yolu ilə satılacaq. Bu sözləri yol üzrə ekspert, hüquqşunas Ərşad Hüseynov qeyd edib. O bildirib ki, bu barədə yeni qanun dərc ediləcək: “Bildiyiniz kimi, 001, …, 100, …, 111, …. rəqəmləri olan nömrələr üçün hərf və rəqəm kombinasiyasından asılı olaraq, […]

Putin amerikalı jurnalistə əvvəl güldü, sonra 4 dəfə xəbərdarlıq etdi – VİDEO

Bildiyimiz kimi iyulun 16-da Trampla Putin arasında Helsinki sammiti keçirilib. Turkustan.info bildirir ki, həyəcanla gözlənilən görüşdən sonra Putin amerikalı jurnalist Kris Uollesə (Chris Wallace) müsahibə verib. Müsahibə zamanı jurnalistin verdiyi ikinci sual 2016-c ildə Amerikada keçirilən prezident seçkilərinə Rusiyanın müdaxilə etməsi olub. Belə ki, sualı verən zaman jurnalist əlindəki sənədlərdə qeyd […]

Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilmə tarixi dəyişdirildi – Prezident qanun imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi müddətləri ilə əlaqədar bəzi qanunlarda dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb. Turkustan.info-nun xəbər verir ki, sənədə əsasən, yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə bu il sentyabrın 1-də başlanılacaq. Bundan əvvəl şəxsiyyət vəsiqələrinin 2019-cu ilin yanvarın 1-dən verilməsi planlaşdırılırdı. Qeyd edək ki, […]

Bakıda dəhşətli hadisə baş verdi – VİDEO

“Həyətə çıxdıq. Özünü atan qadın alt geyimində idi. Qonşular üstünə adyal atdılar”  Bakı şəhəri Yasamal rayonunda dəhşətli intihar hadisəsi baş verib. Turkustan.info xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntü və xəbər yayılıb. Məlumata görə, hadisə bu gün səhər saatlarında Yeni Yasamal ərazisində, “Şərur” MTK-ya məxsus binada baş verib. Bina sakinlərinin sözlərinə […]

Moskvada Jirinovskinin üzərinə pivə tökdülər – VİDEO

Moskvanın Tver məhkəməsi Rusiyanın Liberal Demokratik Partiyasının lideri Vladimir Jirinovskinin üzərinə pivə tökən şəxsin 14 sutka həbs cəzası alması ilə bağlı qərar çıxarıb.  Turkustan.info bununla bağlI “RİA Novosti” agentliyinə istinadla xəbər verir.  “Məhkəmə Qleb Strunnikovu “xuliqanlıq” maddəsi ilə təqsirli bilib və ona 14 sutkalıq həbs cəzası verilib”, – məhkəmənin mətbuat katibi Anasatiya Dzyurko bildirib.  Xatırladaq ki, […]

İlham Əliyev Makronla hansı məsələləri müzakirə edəcək? – ŞƏRH

“Hesab edirəm ki, Azərbaycan prezidenti İlham Əliyevin Parisə rəsmi səfəri çox faydalı olacaq”. Turkustan.unfo bildirir ki, bu sözləri Yenicag.az-a açıqlamasında Azərbaycan dövlət başçısının həftəsonuna yaxın Parisə gözlənilən səfəri və fransalı həmkarı Emmanuel Makronla görüşündə hansı məsələlərin müzakirə predmeti olacağına münasibət bildirərkən Milli Məclis Aparatının analitik informasiya şöbəsinin müdiri Aydın Ağayev deyib. […]

Qarabağ ətraflında köhnə-təzə status-kvo – Zaman kimə işləyir?

Nazirlərin Brüssel görüşü hərbi toqquşma riskini azalda bilmədi – səbəb; separatçı rejimin “rəsmisi”ndən təlaş: “Azərbaycan sürəkli müharibəyə hazırlaşır…”  Ötən həftə Qarabağla bağlı nəhayət ki, tərpəniş qeydə alındı, buz sındı: Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirləri bir araya gəldilər. ATƏT-in Minsk Qrupu həmsədrlərinin təşəbbüsü və iştirakı ilə baş tutan, 4 […]

Kəlbəcərli girovların azad olunması üçün şans

Əhməd Şahidov: “Ermənistan tərəfi diversantlarla girovların dəyişdirilməsinə müsbət yanaşmasa, təbii ki, Azərbaycan tərəfi də çox sərt addım atacaq” İyulun 15-i səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində Ermənistanın kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bölmələrimizin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı […]

Sarkisyanın evinin zirzəmisində işgəncələr verilirdi – ŞOK TƏFƏRRÜAT

Ermənistanın sabiq prezidenti Serj Sarkiyanın qardaşı oğlu Narek Sarkisyan adam oğurluğunda və insanlara işgəncə verməkdə ittiham olunur. Turkustan.info-nun “RİA-Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan polisinin mətbuat xidmətinin məlumatında bildirilir. Mətbuat xidmətinin məlumatına görə, hadisə 2017-ci ilin avqustunda baş verib. Paytaxt İrəvanda xarici turistlər üçün gecə klubunu açmaq […]

Səbaildə Eldar Əzizovu kim əvəz edir?

Xəbər verdiyimiz kimi, Bakının Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizova dünən yeni vəzifə verilib. Prezident İlham Əliyevin sərəncamı ilə o, Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.  Digər sərəncamla Eldar Əzizov Bakı Şəhəri İcra Hakimiyyəti (BŞİH) başçısının birinci müavini təyin olunub.  Hazırda BŞİH-nin başçısı postu boş olduğu üçün […]

İranda güclü ZƏLZƏLƏ

İranda 4.9 bal gücündə zəlzələ baş verib. Turkustan.info xarici mətbuata istinadən xəbər verir ki, yerli vaxtla saat 03:58-də qeydə alınan zəlzələnin episentri Bocnurd şəhərindən 38 kilometr cənub-şərqdə, ocağı isə 2 kilometr dərinlikdə yerləşib. Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Gədəbəydə bacı qardaşının boğazını kəsdi

Gədəbəydə qətl hadisəsi baş verib. Turkustan.info APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Slavyanka kəndində baş verib. Kənd sakini, 2001-ci il təvəllüdlü Samir Sübhan oğlu Alıyev boğaz nahiyəsindən bıçaqlanıb. Ona tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, S. Alıyev zarafatlaşan zaman bacısı, 1998-ci il təvəllüdlü Sevinc Alıyeva tərəfindən bıçaq xəsarəti alıb. […]

Mələk Heydərova: ATV-dən geyimimə görə çıxarıldım – FOTO

Aparıcı Mələk Heydərova “Facebook” paylaşımları ilə diqqət çəkib. Turkustan.info xəbər verir ki, yeni fotolarını paylaşan aparıcı açıq-saçıq geyindiyi üçün qınanılmaqdan bezdiyini deyib: “Sağlam cəmiyyətdə geyim müzakirə predmeti olmur. Təəssüf ki, bizdə o sağlam cəmiyyət hələ də formalaşmayıb, bəzi insanlar mental dəyərləri geyimlə ölçür və onlar elə düşünür ki, qapalı geyinən əxlaqlı, açıq geyinən […]

Ermənistanda nazirlik binası uçub – Vəzifəli şəxs ölüb

Ermənistan Ədliyyə Nazirliyinin ekspertiza mərkəzinin binasında uçqun olub. Erməni KİV-lərinin məlumatına əsasən, yanğın texnikası və elektrotexnika ekspertizası şöbəsinin rəisi Araik Karapetyan dağıntılar altında qalıb. Onun hadisə yerində meyiti aşkar edilib. İki nəfərin isə yaralandığı bildirilir. Uçqunun səbəbləri hələlik açıqlanmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.

“Cümhuriyyət bizə milli kimliyimizi qaytardı”

Turan Araşdırma Mərkəzi Cümhuriyyətimizin 100 illiyi ilə bağlı tədbir keçirdi Turkustan.info xəbər verir ki, İyulun 16-da Bakıdakı Atatürk Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illiyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib. Konfrans “Turan Araşdırma Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı və “İstanbul-Azərbaycan Mədəniyyət Evi” dərnəyinin birgə təşkilatçılığı ilə reallaşıb. Tədbiri giriş sözü ilə […]