Duqinin Qarabağla bağlı dediyi sözlər türk aparıcını özündən çıxartdı: “…Rusiyanın qucağına minək?!” – VİDEO

Türkiyənin “Ulusal” kanalında yayımlanan verilişdə aparıcı Halil Nebiler rusiyalı politoloq Aleksandr Duqinin Qarabağla bağlı fikirlərini şərh edib.

Turkustan.info bildirir ki, türkiyəli aparıcı Duqinin erməni mediasına verdiyi açıqlamasıyla ölkəsinin dost və düşmən ölkələr barəsində ciddi düşünməsinə vurğu edib.

Belə ki, erməni mediasına açıqlama verən Aleksandr Duqin “bütün Qarabağ Azərbaycana aiddir” demişdi.

Türk aparıcı isə “bəs biz nə üçün çalışırıq? İşğal altında olan Qarabağ torpaqlarının Azərbaycana geri qaytarılması üçün çalışırıq, düzdür?! Bunu bir amerikalı, alman, fransız söyləyir? Xeyir! Bu sözləri “Moskvanın düşməni” dediyimiz insan deyir. Vay, Amerikanın qucağından düşüb Rusiyanın qucağına minək?! Qucaqdan düşüb, qucağa minmək yoxdur. Amma bu sözləri deyən ruslamı yan-yana gözəl münasibət qurmaq istəyərsən, yoxsa 15 İyul dövlət çevrilişinə cəhd edən Amerikaylamı? Birisi mənə bunun qərarını versin. Kor-kor “barmağım gözünə” siyasəti yoxdur. Həyat təcrübədir. Türk millətinin dayanıqlı dostu və dayanıqlı düşməni yoxdur. Türk millətinin və dövlətinin dayanıqlı maraqları vardır”, – deyə bu gün Türkiyənin tutduğu mövqeyə münasibətini bildirib.

Turkustan.info A24.az-a istinadən Türkiyə mediasında yayımlanan görüntüləri təqdim edir: