Gədəbəydə bacı qardaşının boğazını kəsdi

Gədəbəydə qətl hadisəsi baş verib.

Turkustan.info APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Slavyanka kəndində baş verib.

Kənd sakini, 2001-ci il təvəllüdlü Samir Sübhan oğlu Alıyev boğaz nahiyəsindən bıçaqlanıb.

Ona tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, S. Alıyev zarafatlaşan zaman bacısı, 1998-ci il təvəllüdlü Sevinc Alıyeva tərəfindən bıçaq xəsarəti alıb.

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma aparılır.