İranda güclü ZƏLZƏLƏ

İranda 4.9 bal gücündə zəlzələ baş verib.
Turkustan.info xarici mətbuata istinadən xəbər verir ki, yerli vaxtla saat 03:58-də qeydə alınan zəlzələnin episentri Bocnurd şəhərindən 38 kilometr cənub-şərqdə, ocağı isə 2 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.