Mələk Heydərova: ATV-dən geyimimə görə çıxarıldım – FOTO

Aparıcı Mələk Heydərova “Facebook” paylaşımları ilə diqqət çəkib.

Turkustan.info xəbər verir ki, yeni fotolarını paylaşan aparıcı açıq-saçıq geyindiyi üçün qınanılmaqdan bezdiyini deyib:

“Sağlam cəmiyyətdə geyim müzakirə predmeti olmur. Təəssüf ki, bizdə o sağlam cəmiyyət hələ də formalaşmayıb, bəzi insanlar mental dəyərləri geyimlə ölçür və onlar elə düşünür ki, qapalı geyinən əxlaqlı, açıq geyinən isə əxlaqsız qadındır. Bu isə anormal fikirlərdir.

Cəmiyyətdə müzakirə olunası “n” sayda problemlər var. Mən qısa geyinirəmsə, bunu mən bilərəm və heç bir normal insan mənə sual verə bilməz ki, sən niyə qısa geyinirsən. Heç kim mənə deyə bilməz niyə mini geyinirsən.

Deməli, Azərbaycandan başqa əksər ölkələrə əxlaqsız adı yapışdıra bilərik. Çünki onların xanımları, demək olar ki, geyinmirlər. Bizdə bir çoxları düşünür ki, qoy üzdə abırlı görünüm, amma altda gizlin nə edirəmsə, edim. Mən isə belə insanları qəbul etmirəm”. 

O, daha sonra əlavə edib ki, çalışdığı ATV kanalından geyiminə görə çıxarılıb:

“Efirdə də həyatda olduğum kimi, səmimiyəmsə, yenə də qınaq obyekti oluram. Hətta bizdə geyimə görə insanı işdən belə qovurlar. Üç il əvvəl ATV kanalından geyimimə görə uzaqlaşdırıldım.

Şokda idim, heç bir cəmiyyətdə belə şey yoxdur. Amma halbuki ATV-də məndən beşbetər geyinənlər var idi. Açıq geyinən əxlaqsız deyil, ay camaat! Mələk haqda nəsə demək üçün onu tanımaq lazımdır.

Məndən açıq- saçıq geyinənlərə heç nə demirlər, mən ox olub gözə girirəm. Bəlkə də, mən ətli-canlı olduğum üçün diqqət cəlb edirəm”.

/oxu.az/