Masallıda ziyalılarla gənclərin görüşləri keçirilib – FOTO

Masallı kəndlərində tariximizin, mədəniyyətimzin və Qarabağ həqiqətlərinin yayılmasında gənclərin rolu adlı tədbir və  ziyalılarla gənclərin  görüşləri keçirilib.
Millət vəkili Q.Paşayeva Masallı kəndlərində gənclərə Qarabağ həqiqətlərinin təbliği ilə bağlı çağırış edib. 
 Masallının Hişkədərə kəndində  Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin təşkilatçılığı  ilə “tariximizin, mədəniyyətimzin və Qarabağ həqiqətlərinin yayılmasında gənclərin rolu adlı tədbir və  ziyalılarla gənclərin  görüşü keçirilib. Təşkilatın rəhbəri Arzu Bağırova tədbirdə iştirak edən bütün gənclər üçün tariximiz, Qarabağ həqiqətlərinə dair kitablar hədiyyə gətirdiklərini deyərək gəncləri tariximizi dərindən öyrənməyə və təbliğ etməyə çağırıb. Azərbaycan Yazıçılar Birliyinin katibi, 525-ci qəzetin baş redaktoru Rəşad Məcid ədəbiyyatımızı, tariximizi öyrənməyin vacibliyi ilə bağlı geniş çıxış edərək gənclərə bir sıra tövsiyyələr edib. Tədbirdə kəndin savadlı gənclərinin dəvət edildiyini xüsusi vurğulayan millət vəkili Q. Paşayeva ölkəmizin gələcəyi sizin əlinizdədir və siz hamınız tariximizi, həqiqətlərimizi əzbər bilməlisiniz deyib və onları Azərbaycan tarixi, ədəbiyyatı və çoğrafiyasını yaxşı öyrənməyə çağırıb .Gəncləri özəlliklə tariximizi dərindən öyrənməyə çağıran millət vəkili Qənirə Paşayeva bildirib ki, hər bir Azərbaycan gənci tariximizi yaxşı bilməlidir. Millət vəkili bu mövzuda məktəbin və müəllimlərin  üzərinə düşən vəzifələr barədə də geniş çıxış edib və gənclərimizin tariximizi  yaxşı öyrənməsi məsələsinə daha böyük diqqət ayırmağa çağırıb. 
Millət vəkili Qənirə Paşayeva gənclərimizi sosial şəbəkələrdə keçirdikləri zamanı əylənməyə deyil, oxumağa, öyrənməyə, Qarabağ həqiqətlərinin daha çox yayılmasında iştirak etməyə və ölkəmizə qarşı yalan, böhtan kompaniyalarına qarşı mübarizəyə sərf etməyə çağırıb. O bildirib ki, Qarabağ həqiqətlərinin daha geniş yayılmasında gənclərimiz daha da fəal olmalıdırlar və erməni yalanları ilə aktiv mübarizə aparmalıdırlar. İLESAM-ın Azərbaycan təmsilçisi, Yazıçılar Birliyinin üzvü,  şair Xəyal Rza da gəncləri oxumağa daha çox zaman ayırmağa çağırıb. Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova və millət vəkili Qənirə Paşayeva, Azərbaycan Yazıçılar Birliyinin katibi, 525-ci qəzetin baş redaktoru Rəşad Məcid, Yazıçılar Birliyinin üzvü,  şair Xəyal Rza müəllim və şagirdləri, kənd sakinlərini maraqlandıran sualları da cavablandırıblar. Rayon icra hakimiyyəti başçısının müavini, rayon təhsil şöbəsinin rəhbəri, Hişkədərə kənd orta məktəbi direktoru, müəllim və kənd ziyalıları bu cür görüş və tədbirlərin əhəmiyyətinə toxunaraq uşaqlarla bu mövzularda müzakirələrə və onların hər birinə kitab hədiyyələrinə görə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırovaya və millət vəkili Qənirə Paşayevaya təşəkkürünü bildiriblər. Qənirə Paşayeva hər bir uşaqla ayrıca söhbət edib, onlara müəllifi olduğu “Səni Allaha Eşq götürür” kitabını imzalı hədiyyə edib və kitablara, oxumağa, mütailəyə meyilli gəncləri görməkdən, onlarla söhbətdən hər zaman böyük zövq aldığını deyib. Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova kəndin məktəbinə də çox sayda kitab hədiyyə edib.