Piyadaların cəriməsi 2 dəfə artırıldı

Sürət həddi 80 km-dən çox olan yolu keçən piyada…

Yolu nəzərdə tutulmayan yerdən keçən piyadaların cəriməsi artırıldı. Hərəkət sürətinin həddi 80 km/saat və daha artıq müəyyən edilmiş yolda piyada yolun hərəkət hissəsini piyadaların yolu keçməsi üçün müəyyən edilmiş yerlərdən kənar keçdiyinə görə 40 manat məbləğində cərimə ediləcək. 

Prezidenti İlham Əliyevin bu gün “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” fərman imzalayıb.

Bu hal istisna olmaqla, yəni hərəkət sürətinin həddi 80 km/saatdan aşağı müəyyən edilmiş yolda piyada yolun hərəkət hissəsinin, dəmiryol keçidinin müəyyən olunmayan yerdən keçdiyinə görə yenə 20 manat məbləğində cərimə ediləcək.

Bundan başqa şəxs nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirməlidir.

Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur. İndiyədək bu müddət 10 gün idi   /istipress.com/