Putin amerikalı jurnalistə əvvəl güldü, sonra 4 dəfə xəbərdarlıq etdi – VİDEO

Bildiyimiz kimi iyulun 16-da Trampla Putin arasında Helsinki sammiti keçirilib.

Turkustan.info bildirir ki, həyəcanla gözlənilən görüşdən sonra Putin amerikalı jurnalist Kris Uollesə (Chris Wallace) müsahibə verib.

Müsahibə zamanı jurnalistin verdiyi ikinci sual 2016-c ildə Amerikada keçirilən prezident seçkilərinə Rusiyanın müdaxilə etməsi olub. Belə ki, sualı verən zaman jurnalist əlindəki sənədlərdə qeyd olunan faktları və rəqəmləri deyib. Bu zaman səsləndirilən faktlara Putin ürəkdən gülüb, buna cavab olaraq jurnalist “siz gülürsünüz, icazə verin bitirim” deyib. Daha sonra Kris Uolles əlindəki sənədləri Putinə uzadıb və həmin faktlara baxmasını istəyib. Putin isə sənədlərə əl vurmadan onları masanın üstünə qoymasını rica edib.

Amerikalı jurnalist sualı cavablandıran zaman hər dəfə Putinin fikirlərinə müdaxilə edib. Rusiya prezidenti isə birinci dəfə ondan səbrli olmasını və verəcəyi cavabı təmkinlə dinləməsini istəyib. Lakin buna baxmayaraq jurnalist razılaşmadığı məqamlarda Putinin sözünü 4 dəfə kəsib və hər dəfəsində Rusiya prezidenti ona nəzakətlə “səbriniz olsun xəbərdarlığını edib.

Turkustan.info A24.az-a istinadən müsahibədən sözügedən görüntünü təqdim edir: