Səbaildə Eldar Əzizovu kim əvəz edir?

Xəbər verdiyimiz kimi, Bakının Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizova dünən yeni vəzifə verilib. Prezident İlham Əliyevin sərəncamı ilə o, Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. 

Digər sərəncamla Eldar Əzizov Bakı Şəhəri İcra Hakimiyyəti (BŞİH) başçısının birinci müavini təyin olunub. 

Hazırda BŞİH-nin başçısı postu boş olduğu üçün E.Əzizov birinci müavin kimi həm də şəhər meri səlahiyyətini icra edəcək.

Bakı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov bu ilin aprelində Baş nazirin müavini vəzifəsinə aparılıb.

Bəs Eldar Əzizovu Səbaildə kim əvəz edir? Səbail Rayon İcra HakimiyyətindənModern.az-a bildirilib ki, hazırda icra başçısı səlahiyyətlərini müavin Abit Əliyev icra edir.

Qeyd edək ki, Abit Əliyev 2016-cı ildən Səbail Rayon İcra Hakimiyyətində başçının müavini vəzifəsində çalışır.