Sumqayıtda uşaqlar üçün əyləncə saatı təşkil edilib – FOTOLAR

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə yay mövsümü ilə əlaqədar olaraq Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsi açıq səma altında uşaqlar üçün əyləncə saatı təşkil edib. 
Turkustan.info-nun verdiyi məlumata görə, uşaqların mütaliəyə marağının artırılması və asudə vaxtının səmərəli təşkili məqsədilə keçirilən tədbirdə oxucular və şəhər sakinləri kitabxana fonduna daxil olan ədəbiyyatlardan ibarət səyyar sərgi ilə yaxından tanış olublar. Tədbir boyu uşaqlar yaşıllığın qoynunda əyləşərək kitab oxuyub, şeir söyləyib, şahmat, domino və digər əyləncəli oyunlar oynayıblar.

Sumqayıtda uşaqlar üçün əyləncə saatı təşkil edilib - FOTOLAR

Sumqayıtda uşaqlar üçün əyləncə saatı təşkil edilib - FOTOLAR

Sumqayıtda uşaqlar üçün əyləncə saatı təşkil edilib - FOTOLAR