Gün: İyul 18, 2018

“Ayə demədim çəkmə? Nə çəkirsən?” – DYP-nin reydində qalmaqal

Şamaxıda səhər saatlarından gecəyədək rayonun dövlət yol polis bölməsinin əməkdaşları yol hərəkəti qaydalarına əməl etməyən, eyni zamanda cərimələrini ödəməyən sürücülərə qarşı reyd keçirib. ARB TV-nin verdiyi məlumata görə, reydlər əsasən rayonun mərkəz və şəhərdaxili küçələrini əhatə edib. Reyd zamanı bir sıra qanun pozuntularına rast gəlinib. Reyd yaşayış məntəqələrinə yaxın olan […]

Ağcaqanad dişləməsindən yaxa qurtarmağın 10 yolu

Ağcaqanadlar… Yayla birgə gəlirlər və onların bizi dişləmələri də istilər kimi dözülməzdir. Dişlədikləri yer dayanmadan qaşınır, dərimizdə ləkələrin əmələ gəlməsinə səbəb olur. Turkustan.info saglamolun.az-a istinadən bildirir ki, hesablamalara görə, hər il 1 milyon adam ağcaqanad dişləməsinə görə həyatını itirir. Beləcə, ağcaqanadlar dünyada ən çox insan “öldürən” həşəratlar kimi tanınır. Bu […]

Diqqət! Şəxsiyyət vəsiqəsini dəyişmə müddətində problemlə üzləşə bilərsiniz – VİDEO

Şəxsiyyət vəsiqəsini dəyişən zaman kimsə 5 manatlıq rüsum ödəyib, sənədin 10 günə verilməsini gözləyirsə, o, bu zaman ərzində bir sıra hüquqlarını icra etməkdən məhrum olur. Bu isə insanların öz hüquqlarını təmin etmələrində problemlər yaradır. Hüquqşünas Xəyal Bəşirov bildirir ki, əgər vətəndaşın şəxsiyyət vəsiqəsini dəyişmə müddətində bu vəsiqəni əvəz edən sənədi […]

Bakı Yunus Emre İnstitutu və İLESAM “15 Temmuz” olaylarını birgə yad etdi – FOTOLAR

Bakı Yunus Emre İnstitutu və İLESAM-ın birgə əməkdaşlığı ilə “15 iyul” xain çevriliş cəhdinin 2-ci ildönümüylə əlaqədar “Korkma, sönmez bu şafaklarda yüzen al sancak” adlı tədbir keçirilib.  Turkustan.info xəbər verir ki, tədbir Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə açıq elan olunub. Tədbirdə Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri […]

Azərbaycanda monopoliya əleyhinə yeni tədbirlər görülür – RƏSMİ

Ölkədə inhisarçılıq fəaliyyətinin dövlət tənzimləməsinin effektivliyini yüksəltmək, təsərrüfat subyektlərinin hökmran mövqelərindən sui-istifadə etməsi, o cümlədən qiymətlərlə manipulyasiya edərək rəqabəti məhdudlaşdırması və istehlakçıların mənafelərini pozması hallarının qarşısını alınmaq məqsədilə bir sıra normativ hüquqi aktlarda dəyişiklik edilməsi barədə təkliflər hazırlanıb. Turkustan.info-nun məlumatına görə, bu barədə “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində […]

Hikmət Babaoğluna beynəlxalq “Türk Dünyasına hizmət Onur Medalı” təqdim olundu – FOTOLAR

Bu gün – Türkiyə Elm və Ədəbiyyat Əsərləri Sahibləri Məslək Birliyi (İLESAM)  Azərbaycan Milli Mətbuat Günü münasibətilə NewBaku Otelində təntənəli mərasim təşkil edib.  Tədbir ölkənin tanınmış şəxsləri, millət vəkilləri,bir sıra media qurumlarının, jurnalist təşkilatlarının rəhbərləri, dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləri iştirak edib. Turkustan.info xəbər verir ki, İLESAM tərəfindən millət vəkili, […]

Bakıda 300 orta məktəb direktoruna töhmət verildi – 30 direktor işdən çıxarıldı

“Təsəvvür edin ki, bu il ərzində Bakı şəhərində yerləşən 317 orta ümumtəhsil məktəbdən 300-nün direktoruna töhmət verilib. Çünki sənədləşdirmə işlərini düzgün aparmayıblar”. Turkustan.info xəbər verir ki, bunu interpress.az-a açıqlamasında təhsil üzrə eskpert Kamran Əsədov deyib. O bildirib ki, həmin direktorların töhmət almasına səbəb isə sənədləşdirmə işlərini düzgün həyata keçirə bilmədikləri […]

“Anam məni gecə 3-də Adnan Oktara aparırdı” – 10 yaşında zorlanan qızdan DƏHŞƏTLİ ETİRAF – FOTO

Türkiyədə özünü din xadimi kimi təqdim edən Adnan Oktar və cinayətkar təşkilatından zərərçəkənlərin polisə danışdıqları dəhşətli həqiqətləri bir-bir ortaya çıxarır. Turkustan.info “Milliyyət” nəşrinə istinadən xəbər verir ki, 10 yaşında ikən Adnan Oktarın təcavüzünə uğrayan, bu gün 15 yaşında olan Serra M. İsveçrədən gələrək Oktarın villasında yaşadıqlarını polisə danışıb. Serra M. hələ […]

Moskvadan Ankaraya Qarabağ GÜZƏŞTİ

Ortaq maraqlar üzərində qurulmuş Rusiya-Türkiyə münasibətlərində müəyyən ziddiyyətli məqamlar da mövcuddur. Azərbaycan-Türkiyə münasibətlərinin hansı səviyyədə olduğu göz qabağındadır. Türkiyə bütün zamanlarda Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanında olub və xüsusi dəstəyini göstərib. Türkiyənin Ermənistanla sərhədlərinin bağlı olmasının da səbəbi məhz Dağlıq Qarabağ münaqişəsinin davam etməsidir. Ancaq Rusiya ilə bağlı məsələ kifayət […]

Paşinyan oğlunu Qarabağada hərbi xidmətə yox, istirahətə göndərib – ERMƏNİ MƏTBUATI

Oğlunu işğal altındakı Qarbağda hərbi xidmətə göndərən Ermənistan baş naziri Nikol Paşinyanla bağlı növbəti qalmaqal yaranıb.  Turkustan.info xəbər verir i, erməni mətbuatı Paşinyanın oğlunun hərbi hissə əvəzində Xankəndidə şəxsi evdə qalacağını yazır. Onunla bərabər müdafiə nazirinin Qarabağa göndərdiyi oğlu üçün də ev axtarılır. Artıq rəsmi dairələr yazılanlara reaksiya verib. Müdafiə […]

Zaxarovadan Qarabağla bağlı keçirilən görüşə REAKSİYA

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Brüsseldə keçirilən son görüşünü şərh edib. APA-nın Moskva müxbirinin məlumatına görə, Rusiya XİN-in sözçüsü ölkəsinin iştirakı olmadan keçirilən ikitərəfli görüşləri şərh etmədiklərini söyləyib: “Lakin nəzərə alsaq ki, Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi bu mövzu […]

İlham Əliyev 1 sərəncam, 4 fərman imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 106 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb. Turkustan.info xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq […]

Bakıda imtahan həyəcanı – FOTOLAR + VİDEO

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib. Turkustan.info xəbər verir ki, “Report”un əməkdaşı Nəsimi rayonunda yerləşən 5 saylı tam orta məktəbdə imtahanın gedişatını yaxından izləyib. Sözügedən məktəbdə qeydə alınmış 138 abituriyentdən 137-si imtahanda iştirak edib. İmtahanın […]

Muğan və Qarasu stansiyalarında yeni yoldəyişənlər quraşdırılır

“Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir və Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur”. “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova  Turkustan.info-ya bildirib ki, hazırda Muğan və Qarasu  stansiyalarında 6 ədəd yeni yoldəyişən qurğu quraşdırılır.  İşlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 5 saylı İxtisaslaşdırılmış Dəmir […]

Mədət Quliyev və Elnur Məmmədli hərbi hissədə – FOTOLAR

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hərbi hissəsində hərbi qulluqçuların, o cümlədən əsgərlərin nümunəvi xidməti üçün hərtərəfli şərait yaradılıb. Dövlət Təhlükəsizlik Xidmətinin ictimaətlə əlaqələr mərkəzindən verilən məlumata görə, hərbi hissədə xidməti-döyüş fəaliyyəti müvafiq qanunvericiliyin, habelə Azərbaycan Respublikası Silahlı Qüvvələrin Nizamnamələrinin tələbləri […]

Gəncənin inkişafında bələdiyələrin də yeri var

Dünya dövİətləri arasında nüfuz və tanınma inkişafla,   iqtisadi qüdrətlə ölçülür. Davamlı inkişaf, ölkənin iqtisadi qüdrətinin güclənməsi hazırda çox diqqətlə izlənilir və ölkələrə münasibət məhz bu cür formalaşır.Elə Azərbaycanı da dünya çapında tanıdan, güc sahibinə çevirənprezident İlham Əliyevin birbaşa nəzarətində olan, daim qayğı göstərdiyi  dinamik və davamlı inkişafdır. Ölkənin iqtisadi gücünü […]

“Diasporun Dostları Klubu” yaradılıb

Bir qrup azərbaycanlı jurnalist və diaspor fəalı tərəfindən dünya ölkələri üzrə “Diasporun Dostları Klubu” yaradılıb.  Turkustan.info xəbər verir ki, “Diasporun Dostları Klubu” dünyada azərbaycanlılardan və azərbaycanlılarla əməkdaş, dost xalqların diaspor, lobbi təşkilatlarını əhatə edir. Tək Azərbaycan mətbuatı ilə kifayətlənməyib, ABŞ, Kanada, Avropa, Türkiyə, Rusiya, Orta Asiya, Qafqaz ölkələrinin mətbuatı ilə […]

Fədayə Laçının səhhəti pisləşdi: “Çox əziyyət çəkir”

Həbsdə olan müğənni Fədayə Laçının səhhətində problemlər yaranıb. Havaların isti keçməsi müğənninin səhhətini pisləşdirib. Turkustan.info xəbər verir ki, bu barədə Yeniçağ.az-a açıqlamasında F.Laçının vəkili Türkel Süleymanlı məlumat verib: “Bilirsiniz ki, Fədayə hepatit xəstəliyindən müalicə olunur. Bu da ağır xəstəlikdir. Son günlər havaların isti keçməsi onun səhhətini daha da pisləşdirib. Çox […]

Tuneli bağlayıb şou göstərən gənclər saxlanılıb – VİDEO

Sosial şəbəkələrdə bir qrup gəncin Bakının mərkəzi küçələrindən birində tuneli bağlayaraq, əylənməsini əks etdirən görüntülər yayılmışdı. Bahalı avtomobillərdən düşmüş gənclər toy karvanı ilə tuneldəki yolu kəsərək, rəqs ediblər. Yolda böyük tıxac yaransa da, gənclər şənliklərini davam etdiriblər. Turkustan.info bildirir ki, Bakı şəhəri Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovun Oxu.Az-a verdiyi […]

Soros Gəncəyə erməni agentlər göndərib? – SENSASİYALI FOTOFAKT

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər etdiyi üçün həbs edilərək, Bakıya gətirilən, daha sonra Azərbaycan Prezidentinə xahiş etdiyi üçün azad edilən, lakin anti-Azərbaycan fəaliyyətini hələ də davam etdirən Rusiya və İsrail vətəndaşı, bloger Aleksandr Lapşinin Feysbuk səhifəsində paylaşdığı video Gəncədə polis zabitlərinə qarşı törədilən terror aktı fonunda […]

Gəncəlilər daim Prezidentimizin yanındadırlar

Bu il Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinin qeyd olunması, iyunun 26-da möhtəşəm bir hərbi paradın keçirilməsi və ən müasir silahların həmin paradda nümayiş etdirilməsi, başqa sözlə, dövlətimizin hərbi qüdrətinin nümayişi, görünür xaricdə və daxildə olan pozucu qüvvələr tərəfindən qısqanclıqla və narahatlıqla qarşılanıb.  İyulun 3-də Gəncə Şəhər […]

QHT TV Xəbərlər Bloku hazırladı – VİDEO

Xəbərlər blokunun 2-ci buraxılışına ötən həftə ərzində QHT-lərin həyata keçirdiyi tədbirlər ilə bağlı informasiyalar və reportajlar daxil edilib. Bu barədə Modern.az-a məlumat verən “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri və layihə rəhbəri Cəsarət Hüseynzadə bildirib ki, xəbərlər bloku vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlıqda hazırlanır. Belə ki, tədbirlər ilə bağlı videogörüntülər təşkilatlar […]

Ünvanlı sosial yardımın alınması proseduru sadələşdirilir

Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi və şəffaflaşdırılması işləri çərçivəsində sosial yardımın alınması üçün aztəminatlı ailələr tərəfindən elektron qaydada müraciət proseduru sadələşdiriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu il aprelin 30-da yaradılmış müvafiq İşçi Qrupu tərəfindən bu istiqamətdə işlər aparılmaqla, aztəminatlı ailələrin sosial yardım proqramına daha […]

Elza Seyidcahandan YENİ ŞEİR: “Pozğunluğun yollarında Yatmışam mən… “

Əməkdar artist Elza Seyidcahan yeni şeirini təqdim edib. Sənətçinin bu şeiri də bir mənalı qarşılanmayıb. Turkustan.info İstiPress-ə istinadən həmin şeiri təqdim edir: Yorğunam mən, Özüm bilərəm, Yaşamağı dadıram Yaxşılıqla yatıram Yaxşılıqda yanıram Mən yandıqca qanıram Azmışam mən Pozğunluğun yollarında Yatmışam mən Yaxşılığın qollarında Döşəyimin yorğanıyam. Yumru-yumru, yumru-yumru Buludların arxasındayam Vurğunuyam […]

Ərdoğanla Azərbaycanın polis mayorunun səmimi söhbəti – VİDEO

Xəbər verdiyimiz kimi, iyulun 10-da Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şəhidlər xiyabanını ziyarət edib. Turkustan.info xəbər verir ki, Türkiyə Prezidenti Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib. Burada kikboks üzrə 9 dəfə dünya çempionu, 3 dəfə Avropa çempionu olaraq bayrağımızı qaldıran mayor Araz Musayev Rəcəb Tayyib […]

Adnan Oktarın ifadəsi alındı – İlk cavab

Türkiyə polisinin keçirdiyi uğurlu əməliyyat nəticəsində saxlanılan Adnan Oktar və digər mütəşəkkil cinayətkar dəstə üzvlərinin ifadələri alınmağa başlanılıb. Turkustan.info xəbər verir ki, indiyə qədər artıq 187 nəfər polis bölməsində dindirilib. Bir çox ittihamla şübhəli bilinən, din pərdəsi altında gizlənməyə çalışan Oktarın ifadəsi alınan zaman yanında 3 vəkil olub. Saatlarla davam edən […]

Jurnalistlər üçün yeni bina bu tarixdə istifadəyə veriləcək

2017-ci ildə jurnalistlər üçün təməli qoyulan 3-cü binanın tikintisi davam etdirilir. Turkustan.info məlumatına görə, bunu Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli deyib. O qeyd edib ki, sayca 3-cü olan binanın artıq 3-cü mərtəbəsi inşa olunur: “16 mərtəbəli, 2 giriş blokundan ibarət yaşayış binasında […]

Elmar Vəliyevin mühafizəçisindən təzə xəbər var

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin mühafizəçisi Qasım Aşbazovun səhhəti tam normallaşıb. Turkustan.info-nun məlumatına görə bunu Modern.az-a Gəncə Beynəlxalq Hospitalından bildiriblər. Qeyd olunub ki, Q.Aşbazov hazırda Gəncədəki evindədir: “Müayinə üçün Bakıdakı Dünya Göz Xəstəxanasına müraciət etmişdi. Hazırda Gəncədədir. Aldığı güllə yarasından gözünün altında şişkinlik qalıb, görməsində heç bir problem yoxdur. […]

Mətbuat günü ilə bağlı Vikipediya-da 143 məqalə yaradıldı – VİDEO

Azərbaycan Milli Mətbuatının yaranmasının 143 illiyi ilə bağlı AMEA Mərkəzi Elmi Kitabxanasının Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən 143 məqalə yaradılıb və əsaslı şəkildə redaktə edilib. Bunlardan 55-i redaktə, 88-i isə yeni yaradılmış məqalədir.  “Nəzərinizə çatdıraq ki, vacib məqamlardan biri kəmiyyət deyil, keyfiyyətdir, məhz bu istiqamətdə də çalışılıb. Komanda bu sahədə […]

Azərbaycan Türkiyədən hansı silahları alır?

Hərbi ekspert: “2018-ci ilin sonuna yaxın ölkəmizin Türkiyədən və bir neçə başqa ölkədən daha güclü, müasir silahları almağı haqda da məlumatı eşidəcəyik” Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərindən sonra ilk olaraq ölkəmizə səfər etməsi və burada iki qardaş ölkənin bütün sahələrdə əməkdaşlığının inkişafı barədə yüksək səviyyəli danışıqlar aparması hər […]

Rus ordusu erməni kəndinə yeridildi – Böyük panika… – VİDEO

Dünən Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası hərbi təlim keçirib. Bu barədə məlumatı “Aravot” qəzeti yayıb. Təlim Şirak vilayətinin Panik kəndində baş tutub. Maraqlıdır ki, təlimlə bağlı kənd sakinləri öncədən xəbərdar edilməyib. Təlim atəşi başladıqdan sonra kənd əhalisi təşvişə düşərək, müharibənin başladığını düşünüb. Qəzetə açıqlama verən kənd icra nümayəndəsi Vardan Makeyan […]

Bakıda dəhşətli QƏTL: Əmisi arvadını yumruqla vurub öldürdü

Bakıda qadın qohumu tərəfindən qətlə yetirilib. Turkustan.info report-a istinadən xəbər verir ki, paytaxtın Pirallahı rayonunda 1974-cü il təvəllüdlü Mariya Qəhrəmanovanın üzərində zorakılıq əlamətləri olan meyiti aşkarlanıb. Araşdırma zamanı onun qaynı oğlu 1983-cü il təvəllüdlü Rəsul Hüseynov tərəfindən öldürüldüyü məlum olub. R.Hüseynov saxlanılıb. İlkin məlumata görə, qadın başına yumruq vurulması nəticəsində […]

Generallar Paşinyana qarşı – “Bizimlə zarafat etmə”

Ermənistanda yeni “ov” başladı Ermənistanın Müdafiə Nazirliyində indi qanqaraçılıqdır. Yeni hakimiyyət keçmiş rejimlə sıx əlaqəsi olduğunu düşündüyü generalların ovuna başlayıb.  “Qraparaq” qəzeti yazır ki, generallar hazırki komandanın fəaliyyətindən çox narazıdırlar. Nəşrin mənbəsinin sözlərinə görə, söhbət korrupsiya ilə mübarizədən yox, onların hamısına potensial cinayətkar kimi baxılmasından gedir. Hərbi ekspert David Arutyunov hesab edir ki, […]

Ərzaq sürətlə bahalaşır – Rəsmi xəbərə ekspert şərhləri

Ekspert: “Ərzaq məhsullarının qiymətinin bundan sonra da bahalaşması baş verəcək” 2018-ci ilin yanvar-iyun aylarında istehlak məhsulları ilə yanaşı ərzaq məhsullarının da qiyməti 3 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiyməti 2,4 faiz bahalaşıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumatda bildirilir ki, qiyməti bahalaşan ərzaqların […]

Hüseyn Abdullayevlə gizli əlbir olan məmurlar vəzifələrdən qovulur – Yeni gəlişmələr

Eks-deputat istintaqla əməkdaşlığa gedib; azadlığa çıxmaq üçün bütün gizli məlumatları, əlaqə xəritəsini paylaşır; Avropadakı əmlakını dövlətə qaytarmaq üçün bazarlıqlara başlayıb… Keçmiş deputat, hazırda həbsdə olan Hüseyn Abdullayevin həbsə 2-ci “gedişi” gözlənilməz olduğu kimi, özünün 4 divar arasındakı davranışları da heyrətamizdir. Hər halda, gələn məlumatlar, iddialar eks-deputatın “təki azadlığa buraxsınlar” istəyinin […]

Putin niyə Trampa top hədiyyə etdi? – Ekspert

ABŞ və Rusiya liderlərinin görüşündə Qafqaz siyasəti ilə bağlı elə bir açıqlama olmayıb. Bu sözləri  politoloq Arzu Nağıyev deyib. O bildirib ki, bu görüşdə Rusiya və ABŞ-ı maraqlandıran bir neçə problem var idi: “Bunlardan birincisi ABŞ-da prezident seçkiləri zamanı Rusiyanın müdaxiləsi, ikincisi Ukrayna məsələsi, üçcüsü isə Suriyada birgə tədbirlərin həyata keçirilməsi […]

Lənkəranski və İsgəndər Həmidovun adları hallanan – “Subtropik əməliyyatı”n əsl mahiyyəti

Son günlər xaricdəki bəzi qüvvələrin Azərbaycanda etnik qarşıdurma yaratmağa yönəlik addımlarına cənub zonasının tanınmış simalarından olan Yadigar Sadıqov cavab verib. Turkustan.info Teleqraf.com-a istinadən xəbər verir ki, Yadigar Sadıqov bir neçə gündür sosial şəbəkələrdə “Subtropik əməliyyatı” ətrafında gedən müzakirələrə maraqlı faktlarla aydınlıq gətirib. Onun sözlərinə görə, “Subtropik əməliyyatı” əsasən iki istiqamətdə talış […]

Rusiyadan şok ixtira: Hərbçiləri, texnikanı görünməz edir…

Hərbçiləri və hərbi texnikanı ətraf mühitin rənginə uyğunlaşdıran örtük yaratmışıq. Turkustan.info xəbər verir ki, bu sözləri Rusiyanın “Rosteç” müdafiə sənayesi şirkətinin rəhbəri Sergey Çemezov deyib. O bildirib ki, görünməz örtük qarşıdakı günlərdə sərgilərdən birində nümayiş olunacaq: “Biz daim hərbçilər üçün təchizatlar yaradıb, modernləşdiririk. Əsas məqsəd döyüşçümüzün təhlükəsizliyini təmin etmək, avadanlıqları […]

Trampla Ərdoğan arasında sensasiyalı razılaşma – Şərh

Rəcəb Tayyib Ərdoğan Qərblə münasibətlərdə, xüsusilə ABŞ-la bağlı sərinliyi aradan qaldırmaq istiqamətində cəhdlər edir. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, artıq Gülənin ABŞ-dan ekstradiyası ilə bağlı danışıqlar aparılır: “Bu danışıqların müsbət nəticə verə biləcəyi ehtimal edilir. ABŞ Türkiyədən İzmirdə həbs edilmiş […]

Tarixin ən məşhur və cazibədar QANUNİ OĞRUSU: General arvadı milyonçuları bu cür soymuşdu

“Qızıl əl Sonka” ləqəbi ilə tanınan bu qadın cinayət aləminin ən məşhur qanuni oğrularından sayılır. Başqalarının hesabına varlanan Sonka bir çox xanımların ilham mənbəyi olub. Sonkanın davamçıları arasında Olqa fon Şteyn adlı qadın da vardı. Olqa bütün cinayətlərində Sonkanı təqlid edirdi. Olqa bir sıra düşünülmüş, hətta belə demək mümkünsə, savadlı […]

Bu gün I və IV qruplar üzrə qəbul imtahanı keçirilir

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün 2018/2019-cu tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirir. DİM-dən verilən məlumata görə, imtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində, ümumilikdə 49 binada aparılacaq. İmtahanda 26332 abituriyentin (I qrup […]

Fətullah Gülən öldü? – İqamətgahda sıxlıq…

FETÖ şəbəkəsinin lideri Fətullah Gülənin ABŞ-ın Pensilvaniya ştatındakı iqamətgahında hərəkətlilik yaşandığı barədə məlumatlar yayılıb. Turkustan.info “Yeniakit.com.tr”yə istinadən xəbər verir ki, ərazidə insan sıxlığının müşahidə olunması Gülənin ölə biləcəyi ehtimalını istisna etmir. Məlumata görə, iqamətgahın geniş həyətinə jurnalistlər buraxılmır. Qeyd edək ki, F.Gülənin xəstə olduğu barədə informasiyalar yayılsa da, hələlik bununla bağlı […]

Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılır – Video

Azərbaycan vətəndaşlarına veriləcək yeni nəsil şəxsiyyət vəsiqələrinin nümunəsi artıq hazırdır. Turkustan.info “Xəzər xəbər”ə istinadən xəbər verir ki, vəsiqələrin verilməsinə bu ilin sentyabrın 1-dən başlanılacaq. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Məlumat Hesablama Mərkəzinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Ruhəngiz Qarayevanın sözlərinə görə, yeni nəsil vəsiqələrinin bir çox üstünlükləri var. Bu vəsiqələr iki […]

“Ətli-canlı olduğumdan ox olub gözə girirəm” – ATV-dən qovulan aparıcı

Azərbaycanlı aparıcı Mələk Heydərova 3 il əvvəl çalışdığı ATV telekanalından hansı səbəbdən qovulduğunu açıqlayıb. Onun işdən qovulmasına səbəb açıq-saçıq geyimləri olub: “Sağlam cəmiyyətdə geyim müzakirə predmeti olmur. Təəssüf ki, bizdə o sağlam cəmiyyət hələ də formalaşmayıb, bəzi insanlar mental dəyərləri geyimlə ölçür və onlar elə düşünür ki, qapalı geyinən əxlaqlı, […]