Bakı Yunus Emre İnstitutu və İLESAM “15 Temmuz” olaylarını birgə yad etdi – FOTOLAR

Bakı Yunus Emre İnstitutu və İLESAM-ın birgə əməkdaşlığı ilə “15 iyul” xain çevriliş cəhdinin 2-ci ildönümüylə əlaqədar “Korkma, sönmez bu şafaklarda yüzen al sancak” adlı tədbir keçirilib. 
Turkustan.info xəbər verir ki, tədbir Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə açıq elan olunub.

Tədbirdə Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Milli Məclisin deputatı Hikmət Babaoğlu, İLESAM-ın sədri Mehmet Nuri Parmaksız və Bakı Yunus Emre İnstitutunun müdiri Cihan Özdemir məruzəçi olaraq çıxış ediblər.

AYB mətbuat katibi, İLESAM Azərbaycan təmsilcisi Xəyal Rza istiqlal şairi Mehmet Akif Ərsoyun “İstiqlal Marşı” şeirini səsləndirib. İştirakçılara “15 iyul” gecəsi baş verən hadisələrdən kadrlar nümayiş etdirilib, vətənin istiqlalı üçün şəhid olan qəhraman övladlar anılıb.