Fətullah Gülən öldü? – İqamətgahda sıxlıq…

FETÖ şəbəkəsinin lideri Fətullah Gülənin ABŞ-ın Pensilvaniya ştatındakı iqamətgahında hərəkətlilik yaşandığı barədə məlumatlar yayılıb.

Turkustan.info “Yeniakit.com.tr”yə istinadən xəbər verir ki, ərazidə insan sıxlığının müşahidə olunması Gülənin ölə biləcəyi ehtimalını istisna etmir.

Məlumata görə, iqamətgahın geniş həyətinə jurnalistlər buraxılmır.

Qeyd edək ki, F.Gülənin xəstə olduğu barədə informasiyalar yayılsa da, hələlik bununla bağlı rəsmi açıqlama verilməmişdi.  /Axar.az/