Hikmət Babaoğluna beynəlxalq “Türk Dünyasına hizmət Onur Medalı” təqdim olundu – FOTOLAR

Bu gün – Türkiyə Elm və Ədəbiyyat Əsərləri Sahibləri Məslək Birliyi (İLESAM)  Azərbaycan Milli Mətbuat Günü münasibətilə NewBaku Otelində təntənəli mərasim təşkil edib. 

Tədbir ölkənin tanınmış şəxsləri, millət vəkilləri,bir sıra media qurumlarının, jurnalist təşkilatlarının rəhbərləri, dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləri iştirak edib.

Turkustan.info xəbər verir ki, İLESAM tərəfindən millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğluna beynəlxalq “Türk Dünyasına hizmət Onur Medalı” təqdim olunub. Medalı H.Babaoğluna İLESAM başkanı Mehmet Nuri Parmaksız təqdim edib.

İLESAM-ın Azərbaycan təmsilçisi şair Xəyal Rza bildirib ki, H.Babaoğlu Türk dünyası, Türk mifologiyası, tarixi ilə bağlı araşdırmalarına, publisistik yazılarına, ictimai-siyasi xadim olaraq Türk Birliyi yönündə fəaliyyətinə görə təltif edilib.

İLESAM rəhbərliyi jurnalistlərə qarşıdan gələn Milli Mətbuat Günü münasibətilə müxtəlif hədiyyələr və diplomlar verilib.