Ca. İyl 18th, 2019

Putin niyə Trampa top hədiyyə etdi? – Ekspert

ABŞ və Rusiya liderlərinin görüşündə Qafqaz siyasəti ilə bağlı elə bir açıqlama olmayıb.

Bu sözləri  politoloq Arzu Nağıyev deyib. O bildirib ki, bu görüşdə Rusiya və ABŞ-ı maraqlandıran bir neçə problem var idi:

“Bunlardan birincisi ABŞ-da prezident seçkiləri zamanı Rusiyanın müdaxiləsi, ikincisi Ukrayna məsələsi, üçcüsü isə Suriyada birgə tədbirlərin həyata keçirilməsi idi. Danışıqlar zamanı da əsasən bu mövzular müzakirə olundu. Sonda Putinin Trampa rəmzi olaraq bir futbol topunu verməsi də artıq topun ABŞ-da olmasının mesajı idi”.

Xatırladaq ki, ABŞ və Rusiya prezidentləri 16 iyulda Helsinkidə görüşüb.   /ednews.net/az