QHT TV Xəbərlər Bloku hazırladı – VİDEO

Xəbərlər blokunun 2-ci buraxılışına ötən həftə ərzində QHT-lərin həyata keçirdiyi tədbirlər ilə bağlı informasiyalar və reportajlar daxil edilib.

Bu barədə Modern.az-a məlumat verən “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri və layihə rəhbəri Cəsarət Hüseynzadə bildirib ki, xəbərlər bloku vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlıqda hazırlanır. Belə ki, tədbirlər ilə bağlı videogörüntülər təşkilatlar tərəfinə təqdim olunur. Növbəti fəaliyyətlər isə layihə icraçıları tərəfindən həyata keçirilir.  O, qeyd edib ki, 2-ci buraxılışda 9 informasiya yayımlanıb ki, bu informasiyaların 4-ü regionda baş tutan tədbirlərlə bağlıdır.

Bu layihənin gələcək inkişafına toxunan QHT TV rəhbəri bildirib ki, proses yenidir və QHT-lərin bu prosesə alışması üçün müəyyən vaxt lazımdır.  “Hesab edirəm ki, birgə əməkdaşlıq yeni uğurların başlanğıcı olacaq” – deyə Cəsarət Hüseynzadə bildirib.

Xəbərlər Bloku  “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyi tərəfindən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən  “QHT sektorunda baş verən mühüm hadisələr və QHT-lərin fəaliyyəti haqqında video informasiyaların hazırlanması və yayımının təşkili” layihəsi çərçivəsində hazırlanır və hər həftə QHT TV-nin internet saytı (www.qhttv.az) və qht.az saytı vasitəsi ilə yayımlanır.

Türkmənistan səfiri Beynəlxalq Avrasiya Mətbuat Fondunda olub – 0:51:02

Aztəminatlı yeniyetmələrə yardım layihəsinin nəticələri təqdim olunub- 01:46:12

Şuranın dəstəyi ilə sosial işçilərin maarifləndirilməsinə dair dəyirmi masa keçirilib – 05:41:02

Cənub bölgəsində prezidentin fərmanına ictimai dəstək verilib – 07:14:08

“Gələcəyə Baxış” İB Yevlaxda seminar keçirib – 08:39:24

“Loqos” Türkiyə Universiteti ilə əməkdaşlığa başlayıb – 09:44:03

Ailə ənənələri mövzusunda sosioloji araşdırmalar layihəsi yekunlaşıb – 10:36:11

Xüsusi qayğıya ehtiyacı olan şəxslərin seminarı  və sərgisi keçirilib 10:55:10

QHT ahıl insanlar üçün istirahət turu təşkil edib – 11:57:20