Gün: İyul 19, 2018

Bir milyon bu qəzetlər arasında bölündü – SİYAHI

İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Turkustan.info xəbər verir ki, iclası giriş sözü ilə açan Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov gündəlikdəki məsələlər barədə məlumat verib: 1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli “Azərbaycan Respublikasında nəşr olunan […]

İlham Əliyev Fransada Dağlıq Qarabağ məsələsini müzakirə etdi – FOTOLAR

Azərbaycan prezidenti İlham Əliyev bu gün Parisdə Fransa Senatının sədri Jerar Larşe ilə görüşüb. Turkustan.info xəbər verir ki, Senatın binasının qarşısında İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Senatın sədri Jerar Larşe qarşılayıb. Dövlət başçısı və Senatın sədri fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Prezident İlham Əliyev və Senatın sədri […]

Əsrin kəşfi: İçində 130 milyard dollarlıq qızıl olan rus gəmisi tapıldı

Qızılların döyüş zamanı əsgərlərin maaşları, liman və digər xərclərin qarşılanması üçün gəmidə olduğu ehtimal edilir  Milyardlarla dollarlıq qızıl daşıyan döyüş gəmisi tapılıb. Turkustan.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, Cənubi Koreya sahillərində hazırkı pulla təxminən 130 milyard dollar dəyərində qızıl daşıdığı ehtimal edilən Rusiya gəmisinin qalıqları tapılıb. Məlumata görə, rus donanmasına aid […]

Sol əllə sağ əlin fərqi, əllər ilə özünü müalicə- Əlindəki enerjinin sirri

İnsan əllərinin mərkəzi – ovuclar ürək mərkəzindən gələn enerji axınını balanslaşdırır. Ona görə də bir işə ürəklə başlayanda belə deyirlər: əllərini ovuşdurub, ürəklə işə girişdi. Ümuimiyyətlə, müəyyən işləri başlayanda, xüsusən müalicə seanslarında əllərin energetikasını aktivləşdirmək üçün ovucları bir-birinə sürtmək lazımdır. Kimdəsə əllər istidir, kimdəsə soyuq. Bəzən əllərin isti-soyuqluğuna görə o […]

Dil qaydalarına əməl olunmasına nəzarət ediləcək

“Yol hərəkəti qaydalarını pozanlara cərimə tətbiq olunur və bu, normal qarşılanır. Amma nədənsə dil qaydalarını pozanların cərimələnməsi məsələsi birmənalı qarşılanmır”. Bu fikir “Dilimiz – qürurumuz” internet televiziya verilişində səslənib. AMEA Nəsimi adına Dilçilik İnstitutunun monitorinq şöbəsinin müdiri, dosent Sevinc Əliyeva qeyd edib ki, monitorinqlərin nəticəsinə görə, son dövrlər TV dilində […]

Rusiya “Qiyamət günü” silahını göstərdi – VİDEO

Rusiya Müdafiə Nazirliyi xaricdən çox böyük torpedanı xatırladan “Poseidon” sistemini təqdim edib. Turkustan.info xəbər verir ki, bununla bağlı “RİA Novosti” agentliyi məlumat yayıb. Videoçarx “Poseidon” nümunəsinin stabilizator təkərlərinin yoxlanılması ilə başlayır. Daha sonra animasiya vasitəsilə quru və dəniz hədəflərinə doğru atəş açılır. Rusiya MN-dən bildirilib ki, 2017-ci ilin dekabrında bu silahın […]

Leysan, dolu, SEL OLACAQ, temperatur enəcək – XƏBƏRDARLIQ

İyulun 20-dən ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 20-si axşamdan 23-ü gündüzədək şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Azərbaycan rayonlarında iyulun 20-si axşamdan 24-ü axşamadək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə […]

“Adnan Oktar o kişilərlə birgə mənə təcavüz etdi və…” – 15 yaşlı qız DƏHŞƏTLİ FAKTI AÇDI

Türkiyədə özünü din xadimi kimi təqdim edən və cinayətkar təşkilata başçılıq etdiyi üçün həbsə atılan Adnan Oktarla bağlı açılan cinayət işində təşkilat qurbanlarının yeni ifadələri açıqlanıb. Turkustan.info Türkiyə mediasın intinadən xəbər verir ki, qurbanlardan G.Ç. 15 yaşında hazırda şübhəlilər sırasında olan Kartal Gökhanla tanış olduğunu, habelə emosional yaxınlıq yaşadıqlarını və bir […]

Paşinyan “döyüşə” qocaları göndərir: Təcrübəsiz baş nazir Qarabağı eks-prezidentə həvalə edir?

Ermənistanın baş naziri Nikol Paşinyan eks-prezident Levon Ter-Petroyanla görüşüb.Ermənistan mediasının verdiyi məlumata görə görüş Levon Ter-Petrosyanın təşəbbüsü ilə baş tutub.Tərəflərin xarici siyasət və Dağlıq Qarabağ məsələlərini müzakirə etdikləri bildirilir.Ancaq danışıqların detalları barədə ətraflı açıqlama verilmir. Xatırladaq ki, N.Paşinyan liderlik etdiyi “Vətəndaş Sazişi” Partiyasını yaratmazdan əvvəl Levon Ter-Petrosyanın siyasi kursunu ən […]

Kəlbəcərli seçicilərin növbəti qəbulu keçirildi – FOTO

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovun seçiciləri ilə Millət vəkilinin tapşırığına əsasən mütəmadi olaraq görüşlər keçirilir və onların problemləri dinlənilir. Növbəti qəbul 19 Iyul 2018-ci il tarixində keçirildi. Qəbulu aparan Millət vəkilinin nümayəndəsi Həbib Misirov bildirib ki, müraciətlər əsasən iş və yaşayış yeri ilə […]

“Azərsu” daha 4 regional su-kanal idarəsi yaradıb

“Azərsu” ASC 4 şəhər və rayonda regional su-kanal idarəsi açıb.   Turkustan.info  xəbər verir ki, “Azərsu” ASC-dən APA-ya verilən məlumata görə, Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinə əsasən “Azərsu” ASC  ölkə ərazisində 4 regional su-kanal idarəsini açıb.   Respublikanın şimal zonası üzrə 1 saylı Quba regional su-kanal […]

Troyandan Rusiyaya qarşı əmr: Hazırlaşın, Donbasa qayıdırıq!

Ukraynanın Daxili İşlər nazirinin müavini Vadim Troyan Donbasa qayıdışla bağlı hərbçilərə hazırlıq görməyi əmr edib. Turkustan.info xəbər verir ki, bu barədə TCN məlumat yayıb. “Biz Donbasın Ukraynanın iqtisadi, hüquqi və humanitar məkanına tam reinteqrasiyasını təklif edirik. Sərhədlərin bərpasında hərbçilərin üzərinə böyük məsuliyyət və yük düşür”, – nazir müavini bildirib. Onun sözlərinə […]

Prezident Fransada bir sıra görüşlər keçirdi

Azərbaycan prezidenti İlham Əliyev iyulun 19-da Parisdə “Naval” qrupunun sədri və baş direktoru Erve Giyu ilə görüşüb. Turkustan.info xəbər verir ki, görüşdə Azərbaycan ilə Fransa arasında hərbi sənaye sahəsində əməkdaşlıq haqqında müzakirələr aparılıb. “Naval” qrupunun sədri və baş direktoru Erve Giyu rəhbərlik etdiyi şirkətin fəaliyyəti barədə dövlətimizin başçısına məlumat verib. Prezident İlham Əliyev məlumata görə […]

Vaxtsız vəfat edən jurnalist məzarının başında anıldı

Bu gün xalq şairi Cabir Novruzun sonuncu oğlu Müşfiq Cabiroğlunun ölümünün  40 günü tamam olur. Turkustan.info-nun məlumatına görə, 54 yaşında vaxtsız vəfat edən Müşfiq Cabiroğlu dəfn edildiyi Xırdalan qəbristanlığında yad edilib. Məzarı önünə yığışan ailə üzvləri, yaxınları, Müşfiqsevərlər, Cabir Novruz Mədəniyyət Fondunun nümayəndələri, peşə və sənət dostları, ziyalılar iştirak edib. […]

İsrail rəsmən yəhudi dövləti oldu

Bu gün Knesset ikinci və üçüncü oxunuşdan sonra İsrail dövlətinin milli xarakteri haqqında qanunu qəbul edib. Bu, İsrailin yəhudi xalqının milli dövləti olduğu statusunu göstərən ölkənin tarixində ilk qanunvericilik aktıdır. Turkustan.info İsrail KİV-ə istinadla xəbər verir ki, qanuna əsasən, İsrail yəhudi xalqının öz müqəddaratını təyin etmə, dini və mədəniyyət hüquqları […]

Bahar Muradova: “Azərbaycanı Gəncəylə təhdid edirlər”

“Mesaj ondan ibarət olub ki, sizin ən çox inkişaf etmiş, iş görülmüş bölgənizdə problemlər yarada bilərik”. Turkustan.info xəbər verir ki, bu fikirləri Milli Məclisin sədr müavini Bahar Muradova “Yeni Müsavat”a müsahibəsində Gəncədə baş verənlərdən danışarkən deyib. O, jurnalistin “Amma məsələyə tibbi nöqteyi-nəzərdən yanaşsaq, xəstəliklər adətən müqaviməti zəifləmiş insana, yaxud da […]

İşıq pulu müxtəlif saatlarda müxtəlif qiymətlə hesablanacaq

“2017-ci ildə enerji balansının proqnozlaşdırılması və planlaşdırılması sahəsində beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində bir sıra işlər həyata keçirilib, enerji bazarında istehsalçı və istehlakçı müəssisələr arasında əlaqələndirmənin gücləndirilməsi məqsədilə enerji istehsalçısı və istehlakçısı olan müəssisələr arasında fəaliyyət üzrə əlaqələndirmə qrupu yaradılıb”. Turkustan.info-nun məlumatına görə, bu barədə “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində […]

Gəncə olayı ilə bağlı daha 3 nəfər barəsində HƏBS QƏRARI

Gəncə şəhərində baş verən iğtişaşlar törətməkdə və digər cinayətlərdə təqsirli bilinərək daha bir neçə nəfər həbs edilib. Bunlar Nuruzadə Riya Bədəl oğlu, Əzizov Sabir Mərdan oğlu və Məhərrəmzadə İsa Yasın oğludur. Riya Nuruzadə və Sabir Əzimovun barəsində Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi, odlu silahın, partlayıcı […]

İmtahanların nəticələri nə zaman açıqlanacaq?

Abituriyentlər, valideynlər, müəllimlər, ekspertlər iyulun 18-də ali təhsil müəssisələrinin I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş sual kitabçalarını əldə edə bilərlər. Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən verilən məlumata görə, imtahanda istifadə olunmuş sual kitabçalarının elektron versiyasını (pdf formatında) Mərkəzin internet saytının “Elektron xidmətlər” bölməsində >”DİM […]

Tibb elmində yeni kəşf — Xərçəngi əvvəlcədən müəyyən edəcəklər

ABŞ-ın Stenford universitetinin alimləri yeni texnologiya üzərində işləyirlər. Turkustan.info xəbər verir ki, yeni texnologiya xərçəng xəstəliyini ilk mərhələdə müəyyən etməyə imkan verəcək. Yeni texnologiya dövr edən şiş hüceyrələri ilə işləyir. Bu hüceyrələr orqanizmdə ilk şiş yarananda şişdən qoparaq qana düşürlər. Bu hüceyrələr metastazın yaranmasına və ikinci şiş ocağının ortaya çıxmasına […]

Bakı merinin səlahiyyətlərini kim icra edir?

Səbail Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Eldar Əzizov hazırda Bakı Şəhəri İcra Hakimiyyəti başçısının səlahiyyətlərini yerinə yetirir. Turkustan.info xəbər verir ki, prezident sərəncamı ilə BŞİH-nə birinci müavini təyin edilən E.Əzizova qədər bu vəzifəni keçmiş mer Hacıbala Abutalıbovun müavini Fidumə xanım Hüseynova icra edirdi. E.Əzizov BŞİH-yə birinci müavin təyin edilməsilə […]

“Kimisi qızımın özünü atanda lüt olduğunu deyir” – Özünü 17-ci mərtəbədən atan qızın anası danışdı

Bakıda özünü 17-ci mərtəbədən atan 2000-ci il təvəllüdlü Nərgiz Vəliyeva barədə təfərrüat məlum olub. Turkustan.İnfo xəbər verir ki, Oxu.Az-ın əməkdaşları hadisə baş verən yerdə olublar. Məlum olub ki, 2000-ci il təvəllüdlü Nərgiz Vəliyeva Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən, “Şərur” MTK-ya məxsus 24 B saylı binanın 17-ci mərtəbəsindən özünü atıb. Hadisə baş […]

Qarpız niyə bahalaşıb? – Nazirlik səbəbləri açıqladı

Kənd Təsərrüfatı Nazirliyi Azərbaycanda qarpızın bahalaşmasının səbəblərini açıqlayıb. Turkustan.info xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Anar Hüseynov bunun bir neçə səbəbi olduğunu deyib: “Kənd təsərrüfatı mütəxəssislərinin fikrincə, bahalaşma ənənəvi problemlə bağlıdır – fermerlərimiz hələ də tələb-təklif qanunlarına uyğunlaşa bilmirlər. Hamımız bilirik ki, hər il hansısa məhsulun qiyməti əvvəlki illə […]

“Gəncə hadisələrinin məsuliyyəti təhsilin üzərindədir” – Vahid Əhmədov

“Ölkədə baş verən son olaylar göstərdi ki, Azərbaycanın müstəqilliyini istəməyən qüvvələr mövcuddur, ölkəmizin, dövlətimizin bütövlüyü və müstəqil siyasətinə qarşı ciddi təhdidlər var”.  Turkustan.info xəbər verir ki, sözləri Modern.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib. Deputat qeyd edib ki, istər Gəncədə, istərsə də Sumqayıtda baş verən hadisələr təsadüfi deyil: “Azərbaycan dünyanın […]

QHT “Sahibkar olmaq istəyirəm ” mövzusunda təlimlər keçirir – FOTOLAR

“Gənclərin Sosial-İqtisadi və Mədəni İnkişafına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə  “Sahibkar olmaq istəyirəm ” mövzusunda təlimlərin təşkili adlı layihə həyata keçirir. Layihənin əsas məqsədi sahibkarlıq fəaliyyətinə başlamaq istəyən gənclər üçün maarifləndirmə işinin təşkil edilməsindən ibarətdir.  Layihə çərçivəsində sonuncu tədbir Xaçmaz […]

Paşinyan Rusiyaya barmaq silkələdi, təxribatda İTTİHAM ETDİ

“Rusiya hərbçilərinin Panik kəndində törətdiyi hərəkət yolverilməzdir və bunu erməni-rus dostluğu üçün təxribat hesab edirəm”. Turkustan.info xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan sözügedən kənddə rus hərbçilərin atış açaraq yerli əhalini qorxutmasına münasiət bildirərkən deyib: “Mən bunu erməni- rus dostluğu və Ermənistanın suverenliyinə təhdid hesab edirəm”.  Paşinyan hadisənin erməni qanunverciliyi […]

“Bəli, İran bəzi məsələlərdə haqlıdır” – Zərdüşt Əlizadədən “GÖZLƏNİLƏN” AÇIQLAMA

“Qaynar Qazan” layihəsində Əvəz Zeynallının qonağı olan politoloq Zərdüşt Əlizadə qalmaqal yaradacaq fikirləri ilə gündəmə gəlib. Turkustan.info xəbər verir ki, Zərdüşt Əlizadə İranın Azərbaycan ciddi yardımlar etdiyini iddia edib. “Bəli, bəli, İran bəzi məsələlərdə haqlıdır. İran azı öz tərəfindən şiə, müsəlman qardaşı kimi Azərbaycana istənilən dəstəyi, köməyi verib. Sizə deyim […]

Musa Yaqubun səhhəti haqda son məlumat

Ötən həftə heç yaxşı deyildi. Bu gün özünü yaxşı hiss etdiyinə görə gəzintiyə çıxarmışıq. Turkustan.info bildirir ki, bu sözləri Kult.az-a Azərbaycanın tanınmış şairi Musa Yaqubun nəvəsi Ayxan Yaqublu sevimli şairimizin son vəziyyəti barədə danışarkən deyib. Şairin nəvəsi bildirib ki, Musa Yaqubun vəziyyəti yaxşı olduğu zamanlarda tez-tez gəzdirirlər: “Uzaq məsafələrə özü gəzə bilmir, […]

“Ordum varsa, yurdum var!” adlı kompozisiya təqdim olunub

“AYTAM” uşaqların mədəni maariflənməsi İctimai Birliyinin təşəbbüsü ilə Azərbaycanda Atatürk Mərkəzində “Ordum varsa, yurdum var!” adlı tədbir keçirilib. Tədbir Milli Ordumuzun və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub. Turkustan.info xəbər verir ki, tədbirdə İctimai Birliyin sədri Aygün Zamanlı Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qısa zaman kəsiyində gördüyü […]

Vüsal Hüseynov: “Ölkəmizə gələn əcnəbilərin sayı 10 faizdən çox artıb”

“Bu ilin 6 ayı ərzində 1 324 075 halda 827 352 əcnəbi və vətəndaşlığı olmayan şəxs ölkəyə daxil olub. Bu rəqəm 2017-ci ilin müvafiq dövründə 1 199 770 halda 747 107 olub”. Turkustan.info xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov qurumun 6 aylıq fəaliyyətinin yekunlarına həsr olunan mətbuat konfransında […]

İsrail televiziyasında Qarabağ müzakirə edildi – VİDEO

Ermənistan hər nə qədər Belarusun Azərbaycana silah satmasına əngəl olmağa çalışsa da, bu proses davam edəcək. Turkustan.info xəbər verir ki, bu fikirləri rusiyalı hərbi ekspert Aleksandr Perenciyev İsrailin “Iland.TV” kanalında çıxışı zamanı deyib. Onun sözlərinə görə, heç kim Azərbaycana silah tədarükü kanalını bağlaya bilmir. “Ermənistan Belarusun Azərbaycana nəhəng raket kompleksləri […]

Ələ keçən erməni xüsusi təyinatlısı barədə yalan ifşa olundu – FOTOLAR

Sosial şəbəkələrdə ötən bazar günü Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində tutulan erməni diversantının hərbi geyimdə və əli silahlı fotoları yayılıb. Bu fotolar Ermənistan Müdafiə Nazirliyinin və Xarici İşlər Nazirliyinin bəyanatlarını tamamilə alt-üst edir. Həmin bəyanatlarda deyilirdi ki, Azərbaycan ordusunun bölmələri tərəfindən iyulun 15-də əsir götürülən 1984-cü il təvəllüdlü Karen […]

Adnan Oktar ifadəsini verdi: “11 yaşlı qızı anası gətirmişdi, bağçada görüşdük…”

Cinsi istismar, silahlı qruplaşma yaratmaq, silah saxlamaqda ittiham olunan “Türk İslam Camaatı”nın lideri Adnan Oktar həbs olunduqdan sonra ilk ifadəsini verib. Turkustan.info Türkiyə mətbuatına istinidən xəbər verir ki, Adnan Oktar ona qarşı irəli sürülən iddiaları  qəbul etməyib: “Azyaşlı qızları evimə salaraq, zorlamağımla bağlı deyilən fikirlər böhtandan başqa bir şey deyil. […]

Qarabağda körpü partlatmaq istəyən rus zabitin etirafı – VİDEO

Rus hərbçi pulla işlədiyini deyib Son günlərdə sosial şəbəkələrdə muzdlu rusiyalı hərbçilərin ermənilər tərəfindən işğal edilən Dağlıq Qarabağda döyüşə cəlbv edilməsini əks etdirən video görüntü sürətlə yayılmağa başlayıb. Söhbət 1992-ci ildən gedir. Azərbaycanda körpünü partlatmaq istəyən Ermənistanın rusiya əsilli muzdlu əsgərlərinin etirafı görüntüləri ANS-in Qızıl fondundandır.  Əsir götürülən rusiylı zabit başqa […]

Sumqayıt RMİ silsilə tədbirlər keçirir – FOTOLAR

Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilir. Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasının əməkdaşları kitabxanada təşkil edilmiş “yay məktəbi”nin fəal üzvlərinin iştirakı ilə 40 saylı xüsusi təyinatlı nitqi qüsurlu “Lisan” Körpələr evi-uşaq bağçasında səhərcik təşkil ediblər. Tədbiri giriş sözü ilə açan kitabxananın əməkdaşı Leyla Mahmudova balaca fidanları nağıl qəhrəmanları […]

Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB “Gənclər və sosial şəbəkələr” mövzusunda tədbir keçirib

Dəfinə liseyində Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin təşkilatçılığı ilə “Gənclər və sosial şəbəkələr” mövzusunda geniş tədbir keçirilib. Turkustan.info xəbər verir ki, tədbirdə millət vəkilləri Qənirə Paşayeva və Rəşad Mahmudov da iştirak edib. Tədbiri giriş sözü ilə açan təşkilatın rəhbəri Arzu Bağırova bildirib ki, uşaqlar və gənclər vaxtlarının böyük bir hissəsini […]

ABŞ-ın yeni Qarabağ planı – Ağ Ev Bakını İrəvanla barışdırır?

İran ətraflında daralan mühasirə Qarabağ məsələsini keyfiyyətcə yeni müstəviyə daşıya bilər; Trampın İlham Əliyevə mesajı və fransız analitikdən ilginc iddia; gələn həftə Putin Paşinyanı yenidən “xalça üzərinə” çağıracaq…    Helsinkidə ABŞ və Rusiya prezidentləri – Donald Tramp və Vladimir Putin arasında 4 saatlıq görüş Trampın tələsik bəyanatlarına və Putinə şəxsi […]

Sosial yardım almaq istəyənlər üçün vacib xəbər – VİDEO

Ünvanlı dövlət sosial yardımın alınması üçün elektron müraciət proseduru sadələşdirilir. Artıq elektron müraciət zamanı “ərizə-bəyannamə”nin doldurulması proseduru ləğv edilir. Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi və şəffaflaşdırılması işləri çərçivəsində sosial yardımın alınması üçün aztəminatlı ailələr tərəfindən elektron qaydada müraciət proseduru sadələşdiriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmri əsasında […]

Tramp 3-cü Dünya Müharibəsinin bu ölkəyə görə başlanacağını dedi

ABŞ prezidenbti Donald Tramp Üçüncü Dünya Müharibəsinin Çernoqoriyaya görə başlaya biləcəyini deyib. Modern.az xəbər verir ki, “Fox News” telekanalına müsahibəsi zamanı ABŞ prezidentiu NATO-dan narazılığını da ifadə edib. “NATO-nun üzvlərindən birinə hücumun bütün təşkilata hücum anlamına gəlməsi prinsipi asanlıqla Üçüncü Dünya Müharibəsini alovlandıra bilər. Məsələn, Çernoqoriyada çox azsaylı, lakin aqressiv xalq […]

Adnan Oktar ilk ifadəsində bunları dedi – VİDEO

11 iyulda həbs edilən Yarun Yəhya adı ilə tanınan Adnan Oktar bu gün hakimlər qarşısında ilk ifadəsini verib. Turkustan.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, haqqında 31 maddə üzrə cinayət işi açılan Oktara 13 saat ərzində 500-dən çox sual verilib. O, haqqında səslənən bütün iddiaları təkzib edərək “Biz günahsız bir […]

Tramp dünyanı təhlükəyə atır: Nələr ola bilər?

Bu, çox təhlükəli tendensiyadır. Bu, müasir dünya düzənini tamamilə yenidən formalaşdırmaq və dünyada yeni siyasi düzənə cəhd kimi də dəyərləndirilə bilər. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a Çinin Avropaya yatırdığı investisiyaların həcminin ABŞ-a qoyduğu yatırımlardan 9 dəfə artıq olmasına münasibət bildirən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, işin […]

“Könlünə ölüm düşən hər kəs bu binaya üz tutur” – Dəhşətli intiharın təfərrüatları

Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən, “Şərur” MTK-ya məxsus binadakı intihar hadisəsi ilə bağlı yeni məlumatlar var. Xatırladaq ki, 5-ci Yasamal, ev 1-də yaşayan 2000-ci il təvəllüdlü Nərgiz Vəliyeva Ə.Əhmədov küçəsindəki 24 B saylı binanın 17-ci mərtəbəsindən özünü atıb. Turkustan.info xəbər verir ki, intiharın baş verdiyi 24 B saylı […]

“Bozbash Pictures” komandasına ağır itki

“Bozbash Pictures”in filmlərində “Təzəgül” obrazını canlandıran Asya xanım dünyasını dəyişib. Turkustan.info xəbər verir ki, bu barədə aparıcı və aktyor İlkin Həsəni məlumat verib. O, Asya xanımın bu dəqiqələrdə dünyadan köçdüyünü bildirib: “Elə indilərdə aldığım məlumata görə, komandamızın sevimlisi, “Şəminin “Təzəgüliçkası”, ətrafa pozitivlik saçan nənəmiz Asya xanım dünyasını dəyişib. Allah rəhmət […]