Adnan Oktar ifadəsini verdi: “11 yaşlı qızı anası gətirmişdi, bağçada görüşdük…”

Cinsi istismar, silahlı qruplaşma yaratmaq, silah saxlamaqda ittiham olunan “Türk İslam Camaatı”nın lideri Adnan Oktar həbs olunduqdan sonra ilk ifadəsini verib.
Turkustan.info Türkiyə mətbuatına istinidən xəbər verir ki, Adnan Oktar ona qarşı irəli sürülən iddiaları  qəbul etməyib:
“Azyaşlı qızları evimə salaraq, zorlamağımla bağlı deyilən fikirlər böhtandan başqa bir şey deyil. Haqqında deyildiyi 11 yaşlı qızı anası gətirmişdi. Qəbul etmədim. Bağçada görüşdük, yola saldım. Çünki yaşı az idi. Mən qanuna və qaydalara riayət edən adamam. Mənə qarşı irəli sürülən iddiaların hamısı iftira və böhtandır. Xaricilərlə gizli görüşüm olmayıb. Getdiyim yerlər bəllidir. Keçirdiyim bütün görüşlər Türkiyənin lehinədir, əleyhinə deyil”.
Qeyd edək ki, “Adnan Oktar işi”ndə həbs edilənlərin sayı 143-ə çatıb. Onlardan 25 artıq ilkin dindirmədən sonra sərbəst buraxılıb.  /Unikal.org/