“Bəli, İran bəzi məsələlərdə haqlıdır” – Zərdüşt Əlizadədən “GÖZLƏNİLƏN” AÇIQLAMA

“Qaynar Qazan” layihəsində Əvəz Zeynallının qonağı olan politoloq Zərdüşt Əlizadə qalmaqal yaradacaq fikirləri ilə gündəmə gəlib.

Turkustan.info xəbər verir ki, Zərdüşt Əlizadə İranın Azərbaycan ciddi yardımlar etdiyini iddia edib.

Bəli, bəli, İran bəzi məsələlərdə haqlıdır. İran azı öz tərəfindən şiə, müsəlman qardaşı kimi Azərbaycana istənilən dəstəyi, köməyi verib. Sizə deyim ki, Azərbaycan müstəqilləşib, Qarabağda Ermənistanla savaş başlayıb. İran təşkil edib, əfqan mücahidləri gəlib Azərbaycanda vuruşmağa. 

İran öz könüllülərini göndərib Azərbaycana. İran silah verib Azərbaycana. Mən özüm Qarabağda döyüşən iranlı könüllüləri görmüşəm”.