Paşinyan “döyüşə” qocaları göndərir: Təcrübəsiz baş nazir Qarabağı eks-prezidentə həvalə edir?

Ermənistanın baş naziri Nikol Paşinyan eks-prezident Levon Ter-Petroyanla görüşüb.Ermənistan mediasının verdiyi məlumata görə görüş Levon Ter-Petrosyanın təşəbbüsü ilə baş tutub.Tərəflərin xarici siyasət və Dağlıq Qarabağ məsələlərini müzakirə etdikləri bildirilir.Ancaq danışıqların detalları barədə ətraflı açıqlama verilmir.

Xatırladaq ki, N.Paşinyan liderlik etdiyi “Vətəndaş Sazişi” Partiyasını yaratmazdan əvvəl Levon Ter-Petrosyanın siyasi kursunu ən çox dəstəkləyən şəxslərdən biri olub.Paşinyan hələ gənc yaşlarında- 1998-ci ildə Levon Ter-Petrosyanın impiçment elan edilməsinə qarşı çıxıb.Hətta o, eks-prezidentiin hüquqlarının müdafiəsi məqsədilə təşkilat da yaradıb. Sonralar fəaliyyətini L.Ter-Petrosyanın rəhbərlik etdiyi Ermənistan Ümummilli Hərəkatında davam etdirən N.Paşinyan 2008-ci ildə həbs edilib .2011-ci ilə qədər məhbus həyatı yaşayan N.Paşinyan əfv fərmanı ilə azadlığa buraxıldıqdan sonra 2012-ci ildə başqa siyasi partiya yaradıb.Ona görə də “məxməri inqilab”ın lideri 2012-ci ildən ötən müddətdə Levon Ter-Petrosyanla görüşmədiyini iddia edir.Lakin Ermənistanda inqilabi proseslərin cərəyan etdiyi günlərdə Paşinyan jurnalistlərə verdiyi açıqlamada ehtiyac yaranarsa, L.Ter-Petrosyanla görüşməyə hazır olduğunu demişdi.Bu səbəbdən, baş nazirin eks-prezidentlə görüşü son altı ildə ilk dəfədir ki, baş tutur.

Buna baxmayaraq, bəzi siyasi ekspertlər hələ üç 3 ay öncədən “məxməri inqilab”ın reallaşması ilə Ermənistanda Ter-Petrosyan siyasi kursunun ön plana keçəcəyini proqnozlaşdırırdılar. Bu fikir ilk növbədə, Ter-Petrosyanın siyasi yetişdirməsi olan müxalifət liderinin hökuməti devirməsi ilə izah edilirdi.İkinci amil kimi Ermənistanda eks-prezidentin əsas rəqibi olan Qarabağ klanının siyasi səhnəni tərk etməsi əsas götürülür.Belə şəraitdə L.Ter-Petrosyan 2019-cu ilin mart ayına qədər keçiriləcək növbədənkənar parlament seçkilərində N.Paşinyanın “Yelk” (Çıxış) bloku ilə mandat qazanmaq şansı əldə edə bilər.Xüsusilə də Serj Sarkisyanın sədrlik etdiyi Ermənistan Respublika Partiyasının parlamentdəki çoxluğu itirəcəyi gözlənilir ki, həmin yerləri də Erməni Milli Konqres Partiyası əldə edə bilər.Bu isə Ter-Petrosyana hakim koalisiyada və hökumətdə yer almaq imkanı yarada bilər.

“Mərhələli həll” planı yenidən gündəmə gələ bilər

Politoloqların rəyinə görə, Levon Ter-Petrosyanın Ermənistanın siyasi elitasına qayıdışı Dağlıq Qarabağ probleminin həllinə yanaşmada da təsirsiz qalmayacaq.Yəni Dağlıq Qarabağ klanının tamamilə sıradan çıxarıldığı və fəalların həbs edildiyi bir şəraitdə Ter-Petrosyanın 1998-ci ildə Azərbaycanla razılaşdırdığı “Mərhələli həll” planı yenidən gündəmə gələ bilər.Nikol Paşinyan isə Qarabağ məsələsinin nizamlanması məsələsində təcrübəsiz siyasətçi sayılır. Əgər seçkilərdə qalib gələrsə, ali icra hakimiyyəti orqanının rəhbəri kimi danışıqları aparmaq səlahiyyətləri Paşinyanın üzərinə düşür. Lakin N.Paşinyan indiyə qədər keçirilmiş danışıqlar prosesindən məlumatsızdır.

Onun Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair hazırkı bəyanatları isə daha çox hakimiyyətini möhkəmlətmək və seçkilərdə qalib gəlmək üçün daxili auditoriyaya hesablanıb. Ona görə də Paşinyanın bu məsələdə daha təcrübəli siyasətçinin məsləhətinə ehtiyacı olduğu hiss olunur. Yaxud, bu boşluğu görən Ter-Petrosyan yaranmış vəziyyətdə baş nazirə yardım etməklə hakimiyyəin ağırlıq mərkəzlərindən birinə çevrilməyə çalışır.Bu da Paşinyana Dağlıq Qarabağ məsələsinə dair danışıqlarda seçkidən sonrakı mərhələdə daha praqmatik addımlar atmağa və kompromisə getmək üçün məsuliyyəti bölüşmək imkanı yarada bilər.

Erməni politoloq Akop Badalyanın sözlərinə görə, “məxməri inqilab”dan sonra yaranmış vəziyyətlə bağlı müraciət edən L.Ter-Petrosyan Paşinyana bir sıra siyasi mesajlar göndərib.Badalyanın qənaətincə, birinci prezident onun mesajlarının düzgün çatmadığını hiss edib və üz-üzə görüşmə ehtiyacını duyub.

“Əlbəttə ki, hakimiyyətin tanışlıq baxımından problemləri var, bütün bunları dərinləşdirir və təcrübə baxımından Ter-Petrosyan, əlbəttə, faydalı məsləhət verə bilər. Digər tərəfdən, biz Ter-Petrosyanın Qarabağ məsələsindəki yanaşmasını bilirik və bu baxımdan bu yanaşma, ümid edirəm ki, 2017-ci ilin aprel ayındakı seçkilərdə Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi 1 faizdən bir az artıq olmaqla Ermənistanda son qiymətləndirməsini aldı. Mən Ter-Petrosyanın Azərbaycanla bağlı olan artan hərbi ritorikasında nə edə biləcəyini və ya nə deyə biləcəyini bilmirəm.Bu baxımdan, hesab edirəm ki, burada müzakirə etməli bir şey yoxdur”.

“Bu gün Dağlıq Qarabağdakı vəziyyət birinci prezidentin təcili görüş keçirilməsinimi zəruri edir” sualına cvabında Badalyan bildirib ki, Levon Ter-Petrosyan 2008-ci ildən bu məsələyə təcili baxıb.Lakin bu, təcili həll ediləsi məsələ deyil” Badalyan belə deyib.Eyni zamanda, siyasi ekspert əlavə edib ki, yeni hökumətin Qarabağ probleminə dair konsepsiyasının olmaması Ermənistan üçün problemdir. Nikol Paşinyan isə baş nazir seçildikdən sonra Qarabağda minimum ehtiyacla qarşılaya bilən, lakin çox məsuliyyətli və çox açıq bir bəyanat verdi.

O, öz sözləri üçün siyasi məsuliyyət daşımalıdır. Yəni onlardan uzaqlaşmaq həqiqətən çox təhlükəli bir qeyri-müəyyənlik deməkdir.Hesab edirəm ki, Nikol Paşinyan buna yol verməməlidir.   /Cebhe.info/