İrəvanda Qarabağ GƏRGİNLİYİ: “Lavrov planı”nı Paşinyana bəyəndirmək üçün elçilik?

Ermənistanın baş naziri Nikol Paşinyan və sabiq prezident Levon Ter- Petrosyanın 17 iyulda keçirilən görüşü erməni ictimaiyyətində  birmənalı qarşılanmayıb.

Turkustan.info xəbər verir ki, xüsusilə sosial şəbəkələrdə bu görüşün doğurduğu suallar ətrafında ciddi müzakirələr aparılır.

Politoloq, Beynəlxalq Münasibətlər və Təhlükəsizlik İnstitutunun yaradıcısı Stepan Səfəryan görüşü şərh edərkən maraqlı məqamların olduğunu deyib: “2016-cı il iyul hadisələri zamanı Paşinyan Petrosyanın ünvanına kifayət qədər ciddi ittihamlar səsləndirib. O, hətta Petrosyanı Sarkisyanla  brgə Qarabağla bağlı Lavrov planının icrası üçün koalisiya yaratmaqda günahlandırıb.

Buna görə də əgər mövqeyində dəyişiklik olmayıbsa, Paşinyanın Petrosyanın Qarabağ mövqeyini bölüşmədiyini söyləmək olar. Petrosyan isə Kazan sənədinin əleyhinə deyildi. Lavrovun da planı məhz bu sənəd əsasında hazırlanmışdı və Paşinyanın sərt reaksiyasına səbəb olmuşdu. Buna görə də ehtimal etmək oalr ki, Qarabağ məsələsində onların mövqeyi üst-üstə düşmür”.    /Cebhe.info/