Qazaxıstanın məşhur idmançısı qətlə yetirildi – Ölkə şokda

İyulun 19-da günorta saatlarında, Qazaxıstanın Almatı şəhərində fiqurlu konki sürmək üzrə dəfələrlə olimpiya, dünya, 4 qitə çempionu olan Denis Ten xuliqanlıq zəminində quldurluq edən cinayətkarlar tərəfindən qətlə yetirilib.

Turkustan.info xəbər verir ki, naməlum cinayətkarlar şəhərin mərkəzində yol kənarında daynan Lexus maşının güzgülərini və şüşəsini çıxarıb aparmaq istəyərkən, Denis hadisə yerinə çatıb, onlarla əlbəyaxa olub. Cinayətkarlar bıçaqla ona iki zərbə yetirərək, yaxınlıqdakı kolluğa atıblar. Yoldan keçən şəhər sakinləri təcili yardım maşını çağırıblar, xəstəxanaya çatdırılan Denis yol boyu 3 litr qan itirib.  Bir neçə saat  ərzində Denisin həyatını xilas etmək istəsələr də, cəhdləri boşa çıxıb.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Denis Tenin faciəli şəkildə həlak olmasından sonra başsağlığı verib: “Denis bacarıqlı idmançı olmaqla yanaşı, həm də istedadlı, yaradıcı bir gənc idi. Onu dünyanın bir çox ölkələrində tanıyırdılar, o vətənpərvər bir qazaxıstanlı idi. Denisin işıqlı xatirəsi qəlbimizdə yaşayacaq.”

Günün günorta çağı,  gediş gəlişin çox olduğu mərkəzi küçələrin birində Denis Tenə hücum edib, onu öldürən quldurların axtarışı davam etdirilir.

Denisin ölümündən sonra sosial şəbəkələrdə Qazaxıstan Daxili İşlər Nazirliyini və naziri istefaya çağıran şüarlar səslənir.