Bakıda iki uşaq anası yoxa çıxıb – VİDEO

Bakıda iki uşaq anası 4 gündür ki, yoxa çıxıb. Turkustan.info “Xəzər xəbər”ə istinadən xəbər verir ki, itkin düşən İlahə Əsədovanın övladları-7 yaşlı Fuad və onun lal-kar qardaşı 6 yaşlı Allahverdi hər gün anasının yolunu gözləyir. Uşaqlar anaları ilə bağlı nəsə eşidəndə göz yaşlarına hakim ola bilmirlər.

İki uşaq anasından günlərdi ki, xəbər yoxdur. Paytaxtın Zaqulba qəsəbəsində yaşayan İlahə Əsədova 4 gündür ki, övladlarını və həyat yoldaşını tərk edib.

İlahə Əsədova hara getməsi barədə heç kimə məlumat verməyib. Bir neçə gündür davam edən axtarışlar isə hələ ki, nəticə verməyib. Ata çörək pulunu fəhləlik edərək qazanır. Evdə atasız və anasız qalan azyaşlı uşaqlar isə özləri yemək hazırlamaq məcburiyyətində qalıblar.

Ailənin qohumu, həm də qonşusu olan İsmayıl Xələfov deyir ki, İlahənin həyat yoldaşı Vüsal Əsədov nitq əngəllidir. Onlar ailə qurduqdan bu günə qədər isə heç vaxt problemləri olmayıb.

İlahə Əsədova barəsində Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə də məlumat verilib. İki uşaq anasından isə hələlik bir xəbər yoxdur.

22 Baxılıb